İran səfiri Almaniya Xarici İşlər Nazirliyinə çağırılıb. İranın təhlükəsizlik orqanlarının Tehrandakı Alman Dili Tədqiqatları İnstitutuna qarşı hərəkətlərini pisləyirik. Buna heç cür haqq qazandırmaq olmaz.
Bu barədə Almaniya Xarici İşlər Nazirliyindən bildirilib.
“Biz İranın yeni hökumətini dərhal tədrisin bərpasına icazə verməyə çağırırıq”, – XİN-dən verilən açıqlamada bildirilib.
XİN vurğulayıb ki, dil mübadiləsi qarşılıqlı anlaşmanın əsasını təşkil edir.