Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün Prezident Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün İrana səfər edəcək.
Bu məlumatı Paşinyanın mətbuat katibi Nazeli Baqdasaryan açıqlayıb.
Xatırladaq ki, mayın 19-da İran Prezidenti İbrahim Rəisi və onu müşayiət edən 8 nəfər helikopter qəzasında öləndən sonra növbədənkənar prezident seçkiləri elan edilib. Seçkilərdə 53,6% səs toplayan M.Pezeşkian İranın 9-cu prezidenti seçilib.(Sputnik Ermənistan)