Skip to content
30 İyun, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Dünya
  • Arvadını qətlə yetirən Qaçay təcridxanada yanaraq ölüb – Ailə faciəsi…
  • Dünya
  • Gündəm

Arvadını qətlə yetirən Qaçay təcridxanada yanaraq ölüb – Ailə faciəsi…

Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsində arvadını xüsusi amansızlıqla qətlə yetirən 40 yaşlı Qaçay Şahməmmədov iki il sonra özü
Cavidan 10 İyul, 2024
turme

Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsində arvadını xüsusi amansızlıqla qətlə yetirən 40 yaşlı Qaçay Şahməmmədov iki il sonra özü də istintaq təcridxanasında ölüb.

Ailə faciəsi ilə bağlı cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb.

İttihama görə, Qaçay 2022-ci ildə 16 il evli olduğu 36 yaşlı Rimma Tarıverdiyevanı qıcqanclıq zəminində öldürüb. Hadisə baş verən vaxt uşaqları da evdə olub. Bu səbəbdən Qaçay uşaqların yatmasını gözləyib, arvadını gecəyarı öldürmək qərarına gəlib. Ekspert rəyləri ilə də təsdiq edilib ki, təqsirləndirilən şəxs yataq otağında arvadına 26 bıçaq zərbəsi vurub.

Arvadını qətlə yetirən Qaçay təcridxanada yanaraq ölüb - Ailə faciəsi...

İbtidai istintaqın gedişində təqsirləndirilən şəxsin psixi durumu ilə bağlı tibbi ekspertizalar keçirilib. Həkim rəyləri ilə Qaçayın cinayəti anlaqsız vəziyyətdə törətdiyi məlum olub.

Bundan sonra istintaqa prosessual rəhbərliyi həyata keçirən prokurorun qərarı ilə Q.Şahməmmədov saxlanıldığı istintaq təcridxanasından çıxarılaraq Respublika Psixatriya Xəstəxanasına yerləşdirilib.

İş materiallarında yazılıb ki, Qaçay xeyli müddət xəstəxanada müalicə aldıqdan sonra yenidən 3 saylı Bakı İstintaq Təcridxanasına qaytarılıb. Faciəsi də bundan sonra başlayıb. O, təcridxanaya qayıtdıqdan sonra orada 2 və 3-cü dərəcəli yanıq xəsarətləri alıb. Dərhal müalicə müəssisəsinə çatdırılıb.

Q.Şahməmmədovun təcridxanada hansı şəraitdə ağır dərəcəli yanıq xəsarətləri alması barədə istintaq materiallarında heç nə yazılmayıb. Ölüm haqda rəydən görünür ki, təqsirləndirilən şəxs yanıq və böyrək xəstəliyi səbəbindən müalicə olunduğu tibb müəssisəsində vəfat edib.

Təqsirləndirilən şəxsin ölümündən sonra prokurorluq məhkəməyə işlə bağlı qərar göndərib. Sözügedən sənəddə Q.Şahməmmədovun cinayət məsuliyyətindən azad edilməsi, ölümü ilə əlaqədar iş üzrə icraata xitam verilməsi məsləhət görülüb. Qərara hakim Aynurə Rzayevanın sədrliyi ilə baxılıb.

Qətlə yetirilən Rimma Tarıverdiyevanın hüquqi varisi qismində tanınmış valideyni məhkəmədə qızının Qaçaydan boşanmaq istədiyini bildirib. Dediyinə görə kürəkəni ailəsinin dağılmasını istəmədiyinə görə yalvarıb, sonradan evlilikləri davam edib.

Qaçayın qanuni nümayəndəsi qismində tanınmış atası isə mərhum oğlunun gəlinini niyə öldürdüyünü bilmir. Sadəcə onu qeyd edib ki, hadisə günü oğlu ona zəng edərək, “Durma, gəl. Öldürdüm, gəl, uşaqlara sahib çıx, polisə xəbər vermişəm”, – deyib.

Məhkəmə dəlil və sübutları tədqiq etdikdən, tərəfləri dindirdikdən sonra müttəhimin cinayəti anlaqsız vəziyyətdə törətməsinə əmin olub.

Qərara əsasən, Qaçay Şahməmmədov cinayət məsuliyyətindən azad edilib. Qanunun tələbinə uyğun olaraq müttəhimin ölməsi ilə əlaqədar iş üzrə icraata xitam verilib.(Qafqazinfo)

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: “Çalışmalıyıq ki, siyahılarda dünyasını dəyişmiş şəxslər olmasın”
Next: Əhali 6 ayda 27 milyard xərcləyib

Bölmənin digər xəbərləri

6a427bb62db0e6a v
  • Dünya

Ukrayna ordusu üç körpünü, sursat anbarını və idarəetmə məntəqələrini vurub

Cavidan 29 İyun, 2026
6a427200e36e46av
  • Dünya

KİV: İsrail və Livan arasında sülh danışıqlarının yeni raundu sabah keçiriləcək

Cavidan 29 İyun, 2026
6a426a830e8966a426 v
  • Dünya

Qaluzin: TRIPP-in perspektivləri birmənalı deyil

Cavidan 29 İyun, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 660)
  • Dünya (3. 427)
  • Gündəm (11. 908)
  • İdman (669)
  • İqtisadiyyat (603)
  • Kateqoriyasızlar (518)
  • Kriminal (1. 406)
  • Mədəniyyət (355)
  • Siyasət (3. 007)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Ukrayna ordusu üç körpünü, sursat anbarını və idarəetmə məntəqələrini vurub 6a427bb62db0e6a v 1
  • Dünya

Ukrayna ordusu üç körpünü, sursat anbarını və idarəetmə məntəqələrini vurub

29 İyun, 2026
KİV: İsrail və Livan arasında sülh danışıqlarının yeni raundu sabah keçiriləcək 6a427200e36e46av 2
  • Dünya

KİV: İsrail və Livan arasında sülh danışıqlarının yeni raundu sabah keçiriləcək

29 İyun, 2026
Sabahdan bəzi rayonlarda yağış yağacaq, külək güclənəcək – XƏBƏRDARLIQ – YENİLƏNİB JlUrdPT2xgmb3zqys0E v 3
  • Cəmiyyət

Sabahdan bəzi rayonlarda yağış yağacaq, külək güclənəcək – XƏBƏRDARLIQ – YENİLƏNİB

29 İyun, 2026
Qaluzin: TRIPP-in perspektivləri birmənalı deyil 6a426a830e8966a426 v 4
  • Dünya

Qaluzin: TRIPP-in perspektivləri birmənalı deyil

29 İyun, 2026
Sepah zəifləyərsə, İran güclənər – ABŞ-İslam Respublikası savaşı bitər – ŞƏRH oqMb8BaqfPh v 5
  • Cəmiyyət

Sepah zəifləyərsə, İran güclənər – ABŞ-İslam Respublikası savaşı bitər – ŞƏRH

29 İyun, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9660) Dünya (3427) Gündəm (11908) Kateqoriyasızlar (518) Kriminal (1406) Mədəniyyət (355) Siyasət (3007) Texnologiya (15) İdman (669) İqtisadiyyat (603)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.