Skip to content
29 İyun, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Dünya
  • İranda prezidentliyə ən gənc NAMİZƏD – DOSYE
  • Dünya
  • Gündəm

İranda prezidentliyə ən gənc NAMİZƏD – DOSYE

İranın Konstitusiya Keşikçiləri Şurası (12 üzvü var) iyunun 28-də keçiriləcək prezident seçkilərində 6 namizədin iştirakına icazə verib: Mustafa
Cavidan 17 İyun, 2024
1718609180_5023427

İranın Konstitusiya Keşikçiləri Şurası (12 üzvü var) iyunun 28-də keçiriləcək prezident seçkilərində 6 namizədin iştirakına icazə verib:

Mustafa Purməhəmmədi – prokuror və keçmiş ədliyyə naziri;
Məsud Pezeşkian – parlamentin deputatı, keçmiş səhiyyə naziri;
Əlirza Zakani – Tehran meri;
Səid Cəlili – İran ali rəhbərinin Təhlükəsizlik Şurasındakı nümayəndəsi;
Məhəmməd Baqir Qalibaf – parlamentin hazırkı sədri;
Seyid Əmir Hüseyin Qazizadə Haşimi – parlament sədrinin keçmiş müavini.

Modern.az saytı ötən günlərdə Səid Cəlili, Məsud Pezeşkian, Məhəmməd Baqir Qalibaf, Əlirza Zakani və Mustafa Purməhəmmədi haqqında yazılar təqdim etmişdi.

Bu dəfə Seyid Əmir Hüseyin Qazizadə Haşiminin kim olduğunu diqqətə çatdırırıq.

Sabiq millət vəkili Seyid Əmir Hüseyn Qazizadə Haşimi kimdir?

Əmir Hüseyn Qazizadə Haşimi 14-cü prezident seçkilərinə buraxılmış ən gənc namizəddir.

O, 1971-ci ildə Rəzəvi Xorasan əyalətinin şimal-şərqindəki Fəriman şəhərində anadan olub. İxtisasca çörəkçi olan atasının daha iki oğlu və dörd qızı var.

Dindar və inqilabçı bir ailədə böyüyən Qazizadə Haşiminin babası Qərbin dəstəklədiyi Pəhləvi rejiminin anti-İslam siyasət və əməllərinin güclü əleyhdarı idi.

Onun kiçik qardaşı Seyid İhsan Qazizadə Haşimi parlamentdə Feriman və Sərəxs seçki dairəsini təmsil edən siyasətçidir.

Qazizadə Haşimi eks-prezident Həsən Ruhani hökumətində səhiyyə naziri vəzifəsində çalışmış Seyyid Həsən Qazizadə Haşiminin əmisi oğludur.

İran-İraq müharibəsinin son illərində cəbhəyə gedən Qazizadə Haşimi ayağından yaralanıb.

Müharibədən qayıtdıqdan sonra Məşhəd Tibb Elmləri Universitetində tibb təhsili alıb. 1997-ci ildə ailə quran Qazizadə Haşiminin iki övladı var.

Qazizadə Haşimi 2002-ci ildə Xorasan Qaziləri və Şəhidləri Fondunun vitse-prezidenti seçilib və Məşhəd Tibb Elmləri Universitetinin qəyyumlar şurasının üzvü olub.

O, Şəhid Beheşti Tibb Elmləri Universitetində dosent vəzifəsində çalışıb və millət vəkili olana qədər Simnan Tibb Elmləri Universitetinin rektoru vəzifəsində çalışıb.

Qazizadə Haşimi 2008-ci ildə Məşhəd və Kələt seçki dairələrini təmsil edərək 8-ci parlamentə daxil olub. Həmçinin 2021-ci ilə qədər 9, 10 və 11-ci dövr parlamentlərdə iştirak edib.

Mühafizəkar siyasi xadim Qazizadə Haşimi Paydari Cəbhəsi Mərkəzi Şurasının üzvüdür və 2013-2014-cü illərdə partiyanın sözçüsü vəzifəsində çalışıb.

O, 2021-ci ildə Şəhidlər Fondunun prezidenti təyin edilib. Həmin il ölkədə keçirilən prezident seçkilərinə qatılıb və mərhum İbrahim Rəisinin namizədliyini dəstəkləyən namizədlər arasında dördüncü olub.

Bu il iyunun 3-də Daxili İşlər Nazirliyinə gələn və 14-cü prezident seçkilərində iştirak etmək üçün qeydiyyatdan keçən Qazizadə Haşimi mətbuat konfransında İbrahim Rəisi hökumətinin siyasətini dəstəkləyib və mərhum prezidentin xalqın problemlərinin həlli istiqamətində göstərdiyi səyləri yüksək qiymətləndirib.

Qazizadə Haşimi dövlət televiziyasına verdiyi açıqlamada deyib ki, prezident seçilərsə, quracağı hökumət “xalq hökuməti, ailə hökuməti” olacaq.

Siyadi ekspertlər Seyid Əmir Hüseyn Qazizadə Haşiminin prezident seçilmək şanslarının aşağı olduğunu deyərək, onun kiminsə xeyrinə geri çəkilə biləcəyini proqnozlaşdırıblar.

İranda növbədənkənar prezident seçkiləri iyunun 28-nə planlaşdırılıb.

Namizədlərdən heç biri lazımi miqdarda səs yığa bilməsə, iyulun 5-də ən çox səs toplayan iki namizədin iştirakı ilə seçkilərin ikinci turu keçiriləcək.

İran qanunvericiliyinə əsasən, prezident birbaşa ümumi səsvermə yolu ilə dörd il müddətinə seçilir. Eyni şəxs ardıcıl iki müddətdən çox dövlət başçısı seçilə bilməz. Prezident postuna namizəd olmaq istəyən şəxs 40-75 yaşlarında, dövlət qurumlarında rəhbər vəzifələrdə iş təcrübəsinə malik İran vətəndaşı olmalıdır.

Mayın 19-da İranın şimalındakı Şərqi Azərbaycan əyalətində göyərtəsində ölkə prezidenti İbrahim Rəisinin və xarici işlər naziri Hüseyn Əmir Abdullahianın olduğu helikopter qəzaya uğrayıb. Helikopterdə olan 9 nəfərin hamısı həlak olub. Bu səbəbdən də növbədənkənar prezident seçkiləri gündəmə gəlib.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Bu il ölkəmizə gələn əcnəbilərin sayı AÇIQLANDI
Next: KİV: ABŞ 18 milyard dollara İsrailə F-15-lər və silahlar satmağı planlaşdırır

Bölmənin digər xəbərləri

6a427200e36e46av
  • Dünya

KİV: İsrail və Livan arasında sülh danışıqlarının yeni raundu sabah keçiriləcək

Cavidan 29 İyun, 2026
6a426a830e8966a426 v
  • Dünya

Qaluzin: TRIPP-in perspektivləri birmənalı deyil

Cavidan 29 İyun, 2026
Screenshot 2026-06-29 133228
  • Dünya

Rusiyanın Dneprə raket hücumu nəticəsində 4 nəfər ölüb

Cavidan 29 İyun, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 660)
  • Dünya (3. 426)
  • Gündəm (11. 907)
  • İdman (669)
  • İqtisadiyyat (603)
  • Kateqoriyasızlar (518)
  • Kriminal (1. 406)
  • Mədəniyyət (355)
  • Siyasət (3. 007)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

KİV: İsrail və Livan arasında sülh danışıqlarının yeni raundu sabah keçiriləcək 6a427200e36e46av 1
  • Dünya

KİV: İsrail və Livan arasında sülh danışıqlarının yeni raundu sabah keçiriləcək

29 İyun, 2026
Sabahdan bəzi rayonlarda yağış yağacaq, külək güclənəcək – XƏBƏRDARLIQ – YENİLƏNİB JlUrdPT2xgmb3zqys0E v 2
  • Cəmiyyət

Sabahdan bəzi rayonlarda yağış yağacaq, külək güclənəcək – XƏBƏRDARLIQ – YENİLƏNİB

29 İyun, 2026
Qaluzin: TRIPP-in perspektivləri birmənalı deyil 6a426a830e8966a426 v 3
  • Dünya

Qaluzin: TRIPP-in perspektivləri birmənalı deyil

29 İyun, 2026
Sepah zəifləyərsə, İran güclənər – ABŞ-İslam Respublikası savaşı bitər – ŞƏRH oqMb8BaqfPh v 4
  • Cəmiyyət

Sepah zəifləyərsə, İran güclənər – ABŞ-İslam Respublikası savaşı bitər – ŞƏRH

29 İyun, 2026
Kamran Əliyev İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın baş direktoru ilə görüşüb 5
  • Cəmiyyət

Kamran Əliyev İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın baş direktoru ilə görüşüb

29 İyun, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9660) Dünya (3426) Gündəm (11907) Kateqoriyasızlar (518) Kriminal (1406) Mədəniyyət (355) Siyasət (3007) Texnologiya (15) İdman (669) İqtisadiyyat (603)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.