Avropa İttifaqı (Aİ) anti-Rusiya sanksiyalarını qeyri-müəyyən müddətə uzadacağı təqdirdə, ABŞ Ukraynaya Rusiya Federasiyasının dondurulmuş aktivlərindən əldə edilən gəlirdən istifadə etməklə qaytarılan 50 milyard dollar məbləğində kredit verməyə hazırdır.
Bu barədə “Financial Times” Aİ-nin sənədlərinə istinadən yazıb.
Nəşrin yazdığına görə, bu məsələ iyunun 5-də Aİ-nin maliyyə nazirlərinin görüşündə müzakirə olunacaq.
“Kreditin dəqiq şərtləri, o cümlədən onun ödəmə müddəti, faiz dərəcəsi, birbaşa və ya vasitəçi (məsələn, Dünya Bankı) vasitəsilə veriləcəyi hələ müəyyən edilməyib. Vaşinqton Rusiya Mərkəzi Bankının Aİ-dəki aktivlərinin Rusiya Ukraynaya dəymiş ziyanı ödəməyə razılaşana qədər dondurulması şərti ilə kredit verməyi nəzərdən keçirir”, – “FT” yazıb.
Qəzetin yazdığına görə, Aİ-nin bəzi ölkələri bu cür zəmanətlərin potensial maliyyə nəticələrindən ehtiyatlanır.