Bunu Fransa Prezidenti Emmanuel Makron Versalda biznes konfransında çıxışı zamanı deyib.
“Əgər Avropanı Çin, yaxud ABŞ-la müqayisə etsək, o zaman vəziyyət elə də yaxşı deyil. Biz biznes modelimizi dəyişməliyik. Biznes modelimiz Rusiyadan ucuz enerji resursları, Çinə əla ixrac bazarı və Mərkəzi Avropada ABŞ-ın geosiyasi çətiri altında istehsalın təşkili üzərində qurulub. Avropa modelinin bu sütunları öz fəaliyyətini dayandırır”, – deyə Makron bildirib.