Skip to content
2 May, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 361)
  • Dünya (3. 348)
  • Gündəm (11. 703)
  • İdman (649)
  • İqtisadiyyat (592)
  • Kateqoriyasızlar (485)
  • Kriminal (1. 381)
  • Mədəniyyət (348)
  • Siyasət (2. 987)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031
« Apr    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Dünya
  • Dünya
  • Gündəm

“Qərb istəyinə çatsa, növbəti Gürcüstan-Rusiya müharibəsi başlayacaq” – SENSASİON PROQNOZ

Cavidan 7 May, 2024

“Əlbəttə ki, Qərb Gürcüstanda “ikinci Ukrayna” yaratmaq, Rusiyaya qarşı ikinci cəbhə açmaq, bölgədə idarə olunan bir ölkə yaratmaq niyyətindədir. Buna görə də hökumət dəyişikliyinə nail olmaqla Gürcüstan siyasətinə əhəmiyyətli təsir göstərmək istəyirlər”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında rusiyalı politoloq, Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktor müavini Daria Qrevtsova deyib.

“Gürcüstan sanksiyaları dəstəkləsə, çox şey itirəcək”

Hazırda Gürcüstanda baş verən prosesləri şərh edən politoloq, Qərbin Cənubi Qafqazda varlığını göstərməyə çalışdığını, lakin bunun daha çox gürcü xalqına zərər verdiyini deyib.

“Gürcüstanın mövqeyi haqqında gördüyümüz kimi, o, kifayət qədər güclü deyil. Proseslər artıq ölkədə o qədər də populyar olmayan Saakaşvili ilə bağlıdır. Gürcüstanda hökuməti necəsə dəyişdirmək mümkün deyil. Xarici ölkə agentləri ilə bağlı qanuna etirazlar sayəsində vəziyyəti dəyişdirməyə çalışırlar. Qərb Gürcüstanın anti-Rusiya sanksiyalarını dəstəkləməməsindən və bu vəziyyətin dəyişməsini istəməsindən çox narazıdır.

Bu Gürcüstana ona görə sərf etmir ki, anti-Rusiya sanksiyası iqtisadiyyat üçün böyük bir zərbədir. Gürcüstan iqtisadiyyatını Qərb heç vaxt təmin etməyəcək. Buna görə, təbii ki, Gürcüstan hökuməti bitərəfdir və başa düşür ki, Gürcüstan xalqı bu anti-Rusiya sanksiyalarını dəstəkləyəcəyi təqdirdə çox şey itirəcək”, – deyə D.Qrevtsova bildirib.

“Abxaziya və Cənubi Osetiya ilə sərhəddə Rusiya ilə müharibə olacaq”

Politoloq hesab edir ki, əgər qanun layihəsi qəbul edilməsə, bu, Rusiya ilə yeni müharibəyə qədər çıxa bilər.

“Gürcüstan hökuməti Rusiya və Qərb arasında balanslı siyasət aparmaq istəyir. Ancaq güclərini qorumaq üçün Qərbin onlara hücum etməyə başladığını da başa düşürlər. Maliyyəni azaltmaq və proseslərin sonradan inqilaba çevriləcək olması faktı mövcuddur. Bu səbəblərə görə də, sözügedən qanun layihəsini qəbul etmək istəyirlər. Əks halda növbəti addım Abxaziya və Cənubi Osetiya ilə sərhəddə Rusiya ilə müharibə olacaq. Təbii ki, Gürcüstan əhalisi bunu istəmir və bunun çox böyük bir səhv olacağını başa düşürlər. Beləliklə, indi bu qanun layihəsini olduqca yavaş, rəvan qəbul edirlər. Artıq qanun layihəsi böyük müzakirələrlə, diskussiyalarla ikinci oxunuşdan keçdi”.

Qərbin Gürcüstan qarşısında bir şərt qoyduğuna diqqət çəkən Qrevtsova, bunun yalnız Rusiya ilə bütün münasibətləri kəsmək olduğunu bildirib.

“Qərblə münaqişəyə getmək mümkün deyil. Məsələn, hökumət Rusiya ilə diplomatik münasibətləri bərpa etmək istəyir, lakin Qərb onlara bu izni vermir. Ona görə də çox güman ki, qanun qəbul ediləcək, etirazlar davam edəcək, amma aksiyalar o qədər də, böyük olmayacaq. Eyni zamanda, bu qanun Qərbin Gürcüstandakı müxtəlif fondlara təsirini tamamilə aradan qaldırmayacaq. Ancaq Gürcüstanda Qərbdək göndərilən pul miqdarı əhəmiyyətli dərəcədə azalacaq”, – deyə D.Qrevtsova əlavə edib.

Bizim.Media

Continue Reading

Previous: Milli Məclis Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı yeni qanunu qəbul edib
Next: Bakıda hoteldə 4 nəfər zəhərləndi – 2-si öldü

Bölmənin digər xəbərləri

Cevdet Yılmaz Ermənistana səfər edəcək
  • Dünya

Cevdet Yılmaz Ermənistana səfər edəcək

2 May, 2026
Aeroport şosesində qəza olub, yolda sıxlıq yaranıb
  • Gündəm

Aeroport şosesində qəza olub, yolda sıxlıq yaranıb

2 May, 2026
Xəzərdə zəlzələ olub
  • Cəmiyyət

Xəzərdə zəlzələ olub

2 May, 2026

Top 7 Xəbər

Zaqatalada canavar 47 yaşlı kişiyə hücum edib 1

Zaqatalada canavar 47 yaşlı kişiyə hücum edib

2 May, 2026
Cevdet Yılmaz Ermənistana səfər edəcək 2

Cevdet Yılmaz Ermənistana səfər edəcək

2 May, 2026
Azərbaycan və Türkiyə hərbi pilotlarının birgə taktiki-uçuş təlimi başa çatıb 3

Azərbaycan və Türkiyə hərbi pilotlarının birgə taktiki-uçuş təlimi başa çatıb

2 May, 2026
Sabah hava yağmursuz keçəcək – PROQNOZ 4

Sabah hava yağmursuz keçəcək – PROQNOZ

2 May, 2026
Aeroport şosesində qəza olub, yolda sıxlıq yaranıb 5

Aeroport şosesində qəza olub, yolda sıxlıq yaranıb

2 May, 2026
Hikmət Hacıyev Şuşadan hərbi attaşelərlə foto paylaşıb 6

Hikmət Hacıyev Şuşadan hərbi attaşelərlə foto paylaşıb

2 May, 2026
Xəzərdə zəlzələ olub 7

Xəzərdə zəlzələ olub

2 May, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 361)
  • Dünya (3. 348)
  • Gündəm (11. 703)
  • İdman (649)
  • İqtisadiyyat (592)
  • Kateqoriyasızlar (485)
  • Kriminal (1. 381)
  • Mədəniyyət (348)
  • Siyasət (2. 987)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9361) Dünya (3348) Gündəm (11703) Kateqoriyasızlar (485) Kriminal (1381) Mədəniyyət (348) Siyasət (2987) Texnologiya (14) İdman (649) İqtisadiyyat (592)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Zaqatalada canavar 47 yaşlı kişiyə hücum edib 2 May, 2026
  • Cevdet Yılmaz Ermənistana səfər edəcək 2 May, 2026
  • Azərbaycan və Türkiyə hərbi pilotlarının birgə taktiki-uçuş təlimi başa çatıb 2 May, 2026
  • Sabah hava yağmursuz keçəcək – PROQNOZ 2 May, 2026
  • Aeroport şosesində qəza olub, yolda sıxlıq yaranıb 2 May, 2026
© Addim.az | MoreNews by AF themes.