Skip to content
1 May, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 349)
  • Dünya (3. 347)
  • Gündəm (11. 695)
  • İdman (648)
  • İqtisadiyyat (591)
  • Kateqoriyasızlar (484)
  • Kriminal (1. 379)
  • Mədəniyyət (348)
  • Siyasət (2. 987)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031
« Apr    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Dünya
  • Dünya
  • Gündəm

İran “Crocus”dakı terroru əvvəlcədən bilirmiş… – “Rusiyaya xəbərdarlıq etdik”

Cavidan 1 Aprel, 2024

İran Moskva yaxınlığındakı “Crocus City Hall” konsert salonunda həyata keçirilən hücumdan əvvəl Rusiyaya mümkün terror aktı barədə xəbərdarlıq edib.

“Rusiyadakı terror aktından bir neçə gün əvvəl Tehran İranda baş verən ölümcül partlayışlarla bağlı həbs olunanların dindirilməsi zamanı Rusiya daxilində mümkün böyük terror aktı ilə bağlı məlumatları Moskva ilə bölüşüb”, – mənbələrdən biri bildirib.

Qeyd edək ki, bu ilin yanvar ayının 3-da İranın cənub-şərqindəki Kirman şəhərində 100-ə yaxın insanın ölümünə səbəb olan partlayışlarla əlaqəsi olan 35 nəfər həbs edilib. Yanvarın 19-da rəsmi Tehran İŞİD terror təşkilatının Əfqanıstanda yerləşən qolunun – İŞİD-K-nın liderlərindən birinin həbs edildiyini açıqlayıb.

Adının açıqlanmasını istəməyən ikinci mənbə deyib ki, Tehranın gözlənilən hücumla bağlı açıqlamasının vaxtı və ya dəqiq hədəflə bağlı konkret təfərrüatlar verilməyib. “Onlara (qrupun üzvlərinə) Rusiyada genişmiqyaslı əməliyyata hazırlaşmaq tapşırılıb… Terrorçulardan biri (İranda həbs edilib) qrupun bəzi üzvlərinin artıq Rusiyaya getdiyini açıqlayıb”, – nəşr yazır.

Üçüncü mənbə isə İranın təhlükəsizlik sturukturlarının birində işləyən yüksək vəzifəli şəxsdir. O agentliyə açıqlamasında deyib ki, İran uzun illər terror hücumlarının qurbanı olub və buna görə həbs edilmiş terrorçulardan alınan məlumat əsasında Moskvaya xəbərdarlıq etmək öhdəliyini yerinə yetirib.

Xatırladaq ki, ABŞ və Böyük Britaniya səfirlikləri martın 7-də Moskvada baş verə biləcək terror aktları ilə bağlı xəbərdarlıq ediblər. ABŞ səlahiyyətliləri gözlənilən terror aktı ilə bağlı məlumatları Rusiya kəşfiyyat xidmətlərinə ötürdüklərini bildiriblər. Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov təsdiqləyib ki, Rusiya həqiqətən də martın əvvəlində ABŞ-dan terror aktının hazırlanması ilə bağlı məlumat alıb. Onun sözlərinə görə, Amerika tərəfinin ötürdüyü məlumat ümumi xarakter daşıyır.

Amerika kəşfiyyat agentliklərinin məlumatına görə, “Crocus City Hall”a hücuma görə məsuliyyəti İŞİD-K təşkilatı daşıyır. Bortnikov terror aktı ilə bağlı ilkin məlumatlarda Ukrayna izinin olduğunu iddia edib. “Sputnik-Tacikistan” nəşrinin məlumatına görə, terror aktını törədənlərdən biri – Şəmsidin Fəriduninin tacik ekstremist təşkilatları ilə əlaqəsi olub.

Xatırladaq ki, martın 22-də Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən “Crocus City Hall” konsert zalında yerli “Piknik” rok qrupunun səhnəyə çıxışı ərəfəsində terror aktı baş verib. Silahlı şəxslər konsert zalının binasına soxulub, atəş açıb və məkanı yandırıblar, sonra isə hadisə yerindən qaçıblar. Son məlumata görə, ölənlərin sayı azı 144 nəfərdir, 695  nəfər yaralanıb.(“Reuters”)

Continue Reading

Previous: İş yerini dəyişmək istəyən müəllimlərin nəzərinə! -Qeydiyyat başlayır
Next: Aprel qələbəsinin 8-ci İLİ

Bölmənin digər xəbərləri

“Gənclər evi” sahibkarlıq fəaliyyəti ilə məşğul ola biləcək
  • Cəmiyyət

“Gənclər evi” sahibkarlıq fəaliyyəti ilə məşğul ola biləcək

1 May, 2026
Bu gün Günəşli qəsəbəsinin bəzi ərazilərində işıq olmayacaq
  • Cəmiyyət

Bu gün Günəşli qəsəbəsinin bəzi ərazilərində işıq olmayacaq

1 May, 2026
Lətif Kərimovun 120 illiyi qeyd ediləcək – SƏRƏNCAM
  • Cəmiyyət

Lətif Kərimovun 120 illiyi qeyd ediləcək – SƏRƏNCAM

30 Aprel, 2026

Top 7 Xəbər

Ədalət Fərəcov 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib 1

Ədalət Fərəcov 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib

1 May, 2026
Azərbaycanda şənbə günü 26 dərəcə isti olacaq 2

Azərbaycanda şənbə günü 26 dərəcə isti olacaq

1 May, 2026
“Gənclər evi” sahibkarlıq fəaliyyəti ilə məşğul ola biləcək 3

“Gənclər evi” sahibkarlıq fəaliyyəti ilə məşğul ola biləcək

1 May, 2026
Bazar günü bu yollar tam bağlanacaq – SİYAHI 4

Bazar günü bu yollar tam bağlanacaq – SİYAHI

1 May, 2026
Milli Məclisin iclası başladı 5

Milli Məclisin iclası başladı

1 May, 2026
Hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı başa çatıb 6

Hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı başa çatıb

1 May, 2026
Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb, 3 nəfər ölüb, 31 sərnişin xəsarət alıb 7

Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb, 3 nəfər ölüb, 31 sərnişin xəsarət alıb

1 May, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 349)
  • Dünya (3. 347)
  • Gündəm (11. 695)
  • İdman (648)
  • İqtisadiyyat (591)
  • Kateqoriyasızlar (484)
  • Kriminal (1. 379)
  • Mədəniyyət (348)
  • Siyasət (2. 987)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9349) Dünya (3347) Gündəm (11695) Kateqoriyasızlar (484) Kriminal (1379) Mədəniyyət (348) Siyasət (2987) Texnologiya (14) İdman (648) İqtisadiyyat (591)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Ədalət Fərəcov 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib 1 May, 2026
  • Azərbaycanda şənbə günü 26 dərəcə isti olacaq 1 May, 2026
  • “Gənclər evi” sahibkarlıq fəaliyyəti ilə məşğul ola biləcək 1 May, 2026
  • Bazar günü bu yollar tam bağlanacaq – SİYAHI 1 May, 2026
  • Milli Məclisin iclası başladı 1 May, 2026
© Addim.az | MoreNews by AF themes.