Skip to content
21 İyun, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Dünya
  • Türkiyədə seçkilərə 4 gün: Partiyalarda qadın və kişi namizədlər…
  • Dünya
  • Gündəm

Türkiyədə seçkilərə 4 gün: Partiyalarda qadın və kişi namizədlər…

Cavidan 27 Mart, 2024
1711525808_sechim

Türkiyə martın 31-də keçiriləcək yerli seçkilərə hazırlaşır. Bələdiyyə sədrliyinə namizədlərin qeydə alınması prosesi artıq yekunlaşıb. Ölkənin Ali Seçki Komissiyası (YSK) namizədlərin cinsinə görə bölgüsü ilə bağlı məlumatları açıqlayıb. YSK məlumatları əsasında bələdiyyə seçkilərində iştirak edən 12 əsas siyasi partiyada qadın namizədlərin nisbətləri hesablanıb.

Təkcə bir kişi namizəd irəli sürən Güc Birliyi Partiyası və üç kişi namizədi olan Aydınlıq Demokratiya Partiyasından başqa, seçkiyə qatılan partiyalar arasında ən az qadın namizəd iqtidar partiyasındadır. “Medyascope”un məlumatına görə, qadın namizəd nisbətində 3,13 faizlə sondan üçüncü partiya HÜDAPAR olsa da, bu partiya yalnız rayonlarda (ilçe) qadın namizəd çıxarıb, vilayətlərdə (il) qadın namizədi yoxdur.

Partiyaların namizəd irəli sürdüyü namizədlərin ümumi sayı da bir-birindən fərqlənir. Bu baxımdan namizədlərin cinsinə görə nisbətinə faiz etibarilə nəzər yetirmək müqayisə aparmaq üçün əsas alətdir. Cümhur İttifaqının əsas tərəfdaşı olan AKP-nin elan etdiyi 1238 namizəddən 27-si qadın, 1211-i kişidir. İttifaqın digər ortağı olan MHP-də 805 namizəddən 21-i qadın, 784-ü kişidir.

İttifaqdakı digər partiyalara gəlincə, HÜDAPAR-ın cəmi 734 bələdiyyə sədrliyinə namizədi arasında 23 qadın və 711 kişi namizədi var. Yenidən Rifah Partiyasının bələdiyyə sədrliyinə ümumilikdə 1240 namizədi var ki, qadın namizədlərinin sayı 50, kişilərin sayı isə 1190 təşkil edir. Müvafiq olaraq, qadın namizəd nisbətləri AKP-də 2,18 faiz, MHP-də 2,6 faiz, HÜDAPAR-da 3,13 faiz, Yenidən Rifahda isə 4,03 faiz olub.

Müxalifətin keçmiş Millət İttifaqında Cümhuriyyət Xalq Partiyasının (CHP) bələdiyyə sədrliyinə 103 qadın və 1009 kişi olmaqla ümumilikdə 1112 namizədi var. 2019-cu ildə keçirilən yerli seçkilərdə CHP Türkiyə üzrə ümumilikdə 49 qadın namizəd irəli sürmüşdü. Beləliklə, CHP builki seçkilərdə ötən seçkilərdəki qadın namizəd sayının iki qatı qədər qadın namizəd irəli sürüb.

Keçmiş ittifaqın digər ortağı olan İYİ Partiya isə Türkiyə Cümhuriyyətinin 100-cü ildönümünü vurğulayaraq, 100 qadın namizəd irəli sürüb. İYİ Partiyanın 951 namizədindən 851-i kişi olub. CHP-nin qadın namizəd faizi 9,26, İYİ Partiyanınkı isə 10,51 təşkil edib.

Kürdyönümlü Xalqların Bərabərlik və Demokratiya Partiyası – DEM Partiya (keçmiş HDP) həmsədrlik sistemi ilə bütün seçki dairələrində bir qadın və bir kişi namizəd elan etsə də, YSK-ya bildirilən rəsmi namizədlərdən cəmi 145-i qadın namizəddir. Yəni DEM Partiyanın rəsmi irəli sürülmüş 468 bələdiyyə sədrliyinə namizədindən 323-ü kişidir. Beləliklə, rəsmi məlumatlara görə, DEM Partiyada qadın namizədlərin nisbəti 30,98 faiz olub.

Nisbətən kiçik partiyalara nəzər yetirdikdə aydın olur ki, keçmiş Millət İttifaqının digər ortaqlarından Səadət Partiyasının cəmi 1266 namizədindən 46-sı, Gələcək Partiyasının 120 namizədindən 12-si, DEVA Partiyasının 538 namizədindən 82-si qadındır. Ultra-sağçı Zəfər Partiyasının 721 namizədindən isə 106-sı qadın namizəd olub. Faiz etibarilə Səadət Partiyasında qadın namizədlər 3,63 faiz, Gələcək Partiyasında 10 faiz, DEVA Partiyasında 15,24 faiz, Zəfər Partiyasında 14,7 faiz qadın namizəd rəqabət aparacaq.

Faiz etibarilə ən çox qadın namizəd çıxaran partiya isə Türkiyə Fəhlə Partiyası (TİP) olub. TİP-in 55-i qadın, 91-i kişi olmaqla 146 seçki dairəsində namizədi irəli sürülüb. Beləliklə, qadın namizəd nisbəti ən yüksək olan partiya 37,67 faizlə TİP olub.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Şahdağa yarım metrdən çox qar yağıb – FAKTİKİ HAVA
Next: Ailə üzvlərinin qətlində ittiham olunan Əhməd təcridxanaya qaytarıldı

Bölmənin digər xəbərləri

Screenshot 2026-06-20 145225
  • Dünya

İsrail ordusu Livanı bombalamağa davam edir, daha 16 nəfər ölüb

Cavidan 20 İyun, 2026
Screenshot 2026-06-20 141620
  • Gündəm

Montella Türkiyənin məğlubiyyətini şərh etdi: “Olmayanda olmur”

Cavidan 20 İyun, 2026
Screenshot 2026-06-20 103308
  • Dünya

İsrail Livanın cənubuna zərbələr endirməyə davam edir, azı 5 nəfər ölüb

Cavidan 20 İyun, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 619)
  • Dünya (3. 410)
  • Gündəm (11. 884)
  • İdman (665)
  • İqtisadiyyat (600)
  • Kateqoriyasızlar (513)
  • Kriminal (1. 401)
  • Mədəniyyət (354)
  • Siyasət (3. 004)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Ağdamda daha bir qrup sakin üçün peşə hazırlığı kursu başlayıb Screenshot 2026-06-20 155254 1
  • Cəmiyyət

Ağdamda daha bir qrup sakin üçün peşə hazırlığı kursu başlayıb

20 İyun, 2026
Yevlax sakini Yuxarı Qarabağ su kanalında batıb 2
  • Kateqoriyasızlar

Yevlax sakini Yuxarı Qarabağ su kanalında batıb

20 İyun, 2026
İsrail ordusu Livanı bombalamağa davam edir, daha 16 nəfər ölüb Screenshot 2026-06-20 145225 3
  • Dünya

İsrail ordusu Livanı bombalamağa davam edir, daha 16 nəfər ölüb

20 İyun, 2026
Montella Türkiyənin məğlubiyyətini şərh etdi: “Olmayanda olmur” Screenshot 2026-06-20 141620 4
  • Gündəm

Montella Türkiyənin məğlubiyyətini şərh etdi: “Olmayanda olmur”

20 İyun, 2026
Laçında minaaxtaran peşəsi üzrə əmək yarmarkası keçiriləcək Screenshot 2026-06-20 120432 5
  • Cəmiyyət

Laçında minaaxtaran peşəsi üzrə əmək yarmarkası keçiriləcək

20 İyun, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9619) Dünya (3410) Gündəm (11884) Kateqoriyasızlar (513) Kriminal (1401) Mədəniyyət (354) Siyasət (3004) Texnologiya (15) İdman (665) İqtisadiyyat (600)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.