Moskva vilayətinin Səhiyyə Nazirliyi terror aktı nəticəsində ölənlərin ilkin siyahısını açıqlayıb.
Siyahıda azərbaycanlı olması ehtimal edilən 1983-cü il təvəllüdlü “Hüseynov Vüqar oğlu” da var. Siyahıda həmin şəxsin ad və ya ata adının qeyd edilməməsi, məlumatın yarımçıq olması diqqəti cəlb edib.
Hazırda dəqiqləşdirmələr davam etdirilir.
***
Azərbaycanın Xarici İşlər Nazirliyindən sorğumuza cavab olaraq bildirilib ki, terrorda ölənlər arasında azərbaycanlıların olması ehtimalı araşdırılır: “Hazırda araşdırma aparılır. Siyahı ilə bağlı məlumatımız var. Dəqiqləşən kimi məlumat veriləcək”.