Martın 21-də Kiyevə raket hücumu Vladimir Putinin gücünü göstərmək cəhdindən başqa bir şey deyil.
Bunu Ukrayna Baş Qərargah rəisinin keçmiş müavini, general-leytenant İqor Romanenko deyib.
“Putin Kiyevə zərbə ilə Belqorod və Kursk vilayətlərindəki vəziyyətin qisasını almaq istəyib. Seçkilərdən əvvəl Putin rus könüllülərin Belqorod və Kursk vilayətlərinə girməsi ilə yaxşı bir şillə aldı. Onun şanlı döyüşçüləri Ukrayna ordusunun öhdəsindən gələ bilmir və Rusiya əhalisi bütün bunları görür. Ona görə də Putin bir daha öz “qüdrətini” nümayiş etdirmək qərarına gələrək dinc şəhəri – Kiyevi atəşə tutdu”, – Romanenko bildirib.