Skip to content
31 Mart, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 149)
  • Dünya (3. 286)
  • Gündəm (11. 484)
  • İdman (638)
  • İqtisadiyyat (579)
  • Kateqoriyasızlar (476)
  • Kriminal (1. 359)
  • Mədəniyyət (342)
  • Siyasət (2. 971)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Mart 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
« Fev    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Dünya
  • Dünya
  • Gündəm

Azərbaycanda Novruz bayramı qeyd OLUNUR

Cavidan 20 Mart, 2024

Bu gün Azərbaycanda Novruz bayramıdır. “İki sahil” xəbər verir ki, suverenliyini və ərazi bütövlüyünü tam bərpa etmiş Azərbaycanın hər yerində Novruz bayramı böyük təntənə və Qələbə sevinci ilə keçirilir. Novruz bayramı bu il xalqımız üçün xüsusilə əlamətdardır. Bu il Novruzu bütövləşmiş Azərbaycanın vətəndaşları kimi qürurla, fəxarətlə, sevinclə qeyd edirik. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə suverenliyimizin tam bərpasından sonra Novruz tonqalları Xankəndidə, Xocalıda, Əsgəranda, Xocavənddə, Ağdərədə də qalanır.

Novruz gününə aparan yol dörd mərhələdən – çərşənbədən keçir. Bunlar Su, Od, Yel və Torpaq çərşənbələridir. Həmin günlərdə, eləcə də bayram günündə hava qaralana yaxın tonqal qalanır, hər kəs onun üzərindən tullanır və söyləyir: “Ağırlığım, uğurluğum burada qalsın”, “Dərdim, bəlam odda yansın”.

Bu bayramın tarixindən bəhs edərkən miflərin rituallaşmasını qeyd etmək yerinə düşər. Kosa-keçəl mifi xüsusi anlam kəsb edir. Qədimdə insanlar hər şeyi kortəbii olaraq təbiətdən hazır şəkildə götürürdü. Onlar yaz, yay, payız aylarının səmərəsini görür, qışın isə hər şeyi dondurub yoxa çıxardığı qənaətinə gəlirdilər. Deməli, qədim insanların təsəvvüründə qış təbiəti yoxsullaşdırdığı, kosalaşdırdığı üçün düşmən idi. Məhz təbiətin fəlakətlərindən xilas yolları axtarmaları onları rituallara gətirib çıxarıb.

Novruz bayramının təşəkkül tapmasında, inkişaf etməsində xalqımızın mühüm töhfəsi var. Sovet dövründə Novruz bayramının keçirilməsinə sərt qadağalar qoyulsa da, xalqımız onu həmişə qeyd etməyə can atıb. Milli adət-ənənələrimizə, o cümlədən Novruz bayramına yüksək qiymət verən Ulu Öndər deyib: “Novruz xalqımızın əsrlərdən bəri qoruyub saxladığı və bütün dövrlərdə həmişə əziz tutduğu bayramlardan biridir. Onun tarixi də Azərbaycan xalqının tarixi kimi keşməkeşli, enişli-yoxuşlu olmuşdur. Bu ulu bayramın müstəqil respublikamızda dövlət səviyyəsində qeyd edilməsi öz milli köklərimizə, adət-ənənələrimizə, tarixi keçmişimizə dərin ehtiram bəslədiyimizi və sarsılmaz tellərlə bağlı olduğumuzu nümayiş etdirir”.

Bolluğun, bərəkətin və xeyirxahlığın təcəssümü olan Novruz bayramı artıq UNESCO tərəfindən beynəlxalq səviyyədə qeyd olunur. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük zəhməti nəticəsində bu bayram UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. 2010-cu il fevralın 23-də isə BMT Baş Məclisi martın 21-ni Beynəlxalq Novruz Günü elan edib.

Novruz bayramı bütün dünyada 300 milyondan artıq insan tərəfindən yeni ilin başlanğıcı kimi qəbul olunur. Artıq 3 min ildir ki, Novruz Balkanlarda, Qara dəniz hövzəsi regionunda, Qafqazda, Mərkəzi Asiyada, Yaxın Şərqdə və digər regionlarda qeyd edilir.

Novruz bir çox türk xalqları ilə bərabər, Azərbaycan xalqının milli-mənəvi varlığını dolğunluğu ilə əks etdirən, ümumxalq səviyyəsində qeyd olunan, etnik təfəkkürün ayrılmaz funksional səviyyəsinə çevrilən bayramdır. Novruz xalqın ortaq duyğu və düşüncələrini dilə gətirən, türk mədəniyyətinin qorunub yaşadılmasında əhəmiyyətli yeri olan qədim el bayramımızdır.

Bayramınız mübarək olsun!

Continue Reading

Previous: Qaydaları təmin etmək üçün əməliyyata başlamışıq – Makron
Next: Mehriban Əliyevadan Novruz bayramı ilə bağlı PAYLAŞIM

Bölmənin digər xəbərləri

Həlak olan minatəmizləyənlərin ailələrinə Prezident təqaüdü veriləcək
  • Cəmiyyət

Həlak olan minatəmizləyənlərin ailələrinə Prezident təqaüdü veriləcək

31 Mart, 2026
İrandan Azərbaycana indiyədək 3 146 şəxs təxliyə olunub
  • Gündəm

İrandan Azərbaycana indiyədək 3 146 şəxs təxliyə olunub

31 Mart, 2026
“Ağcabədi batalyonu”nun komandiri vəfat etdi
  • Cəmiyyət

“Ağcabədi batalyonu”nun komandiri vəfat etdi

31 Mart, 2026

Top 7 Xəbər

Həlak olan minatəmizləyənlərin ailələrinə Prezident təqaüdü veriləcək 1

Həlak olan minatəmizləyənlərin ailələrinə Prezident təqaüdü veriləcək

31 Mart, 2026
İrandan Azərbaycana indiyədək 3 146 şəxs təxliyə olunub 2

İrandan Azərbaycana indiyədək 3 146 şəxs təxliyə olunub

31 Mart, 2026
Xüsusi icra məmuru olmaq istəyənlər üçün müsabiqə elan edilib 3

Xüsusi icra məmuru olmaq istəyənlər üçün müsabiqə elan edilib

31 Mart, 2026
“Ağcabədi batalyonu”nun komandiri vəfat etdi 4

“Ağcabədi batalyonu”nun komandiri vəfat etdi

31 Mart, 2026
İsmayıllıda ailə faciəsi – 19 yaşlı qızla 3 yaşlı körpə öldü 5

İsmayıllıda ailə faciəsi – 19 yaşlı qızla 3 yaşlı körpə öldü

31 Mart, 2026
Prezidentin sosial şəbəkə hesablarında Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edildi 6

Prezidentin sosial şəbəkə hesablarında Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edildi

31 Mart, 2026
Mehriban Əliyeva 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib 7

Mehriban Əliyeva 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib

31 Mart, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 149)
  • Dünya (3. 286)
  • Gündəm (11. 484)
  • İdman (638)
  • İqtisadiyyat (579)
  • Kateqoriyasızlar (476)
  • Kriminal (1. 359)
  • Mədəniyyət (342)
  • Siyasət (2. 971)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9149) Dünya (3286) Gündəm (11484) Kateqoriyasızlar (476) Kriminal (1359) Mədəniyyət (342) Siyasət (2971) Texnologiya (14) İdman (638) İqtisadiyyat (579)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Həlak olan minatəmizləyənlərin ailələrinə Prezident təqaüdü veriləcək 31 Mart, 2026
  • İrandan Azərbaycana indiyədək 3 146 şəxs təxliyə olunub 31 Mart, 2026
  • Xüsusi icra məmuru olmaq istəyənlər üçün müsabiqə elan edilib 31 Mart, 2026
  • “Ağcabədi batalyonu”nun komandiri vəfat etdi 31 Mart, 2026
  • İsmayıllıda ailə faciəsi – 19 yaşlı qızla 3 yaşlı körpə öldü 31 Mart, 2026
© Addim.az | MoreNews by AF themes.