Amerikalı milyarder və sahibkar İlon Maska məxsus X yutub ilə rəqabət aparmaq üçün “Amazon” və “Samsung Smart” TV-lər üçün proqram təqdim edəcək.
Məlumata görə, təqdimat gələn həftəyə planlaşdırılıb, yeni platformanın interfeysi televizorlara quraşdırılmış yutub tətbiqi ilə eyni olacaq.
“Mask yutub ilə rəqabət aparmaqda qərarlıdır”, – deyə nəşrin həmsöhbəti bildirib.
Onun fikrincə, tətbiqin köməyi ilə Mask istifadəçiləri televiziya ekranlarında uzun videolara baxmağa inandırmaqla yeni reklamçıları cəlb etmək niyyətindədir.(Fortune)