Rusiya Odessada Ukrayna prezidenti Vladimir Zelenskinin kortejinə raket zərbəsi endirib.
Zelenski sui-qəsd cəhdini təsdiqləyib və xəsarət almadığını qeyd edib.
Ukrayna və Yunanıstan KİV-lərinin məlumatına görə, insident martın 6-da Zelenski və Yunanıstanın baş naziri Kiriakos Mitsotakislə görüşündə, sonuncu Odessa limanını gəzərkən baş verib.
Daha sonra Ukrayna prezidenti və Yunanıstan hökumətinin başçısı Odessadakı partlayışlarla bağlı təəssüratlarını bölüşüblər.
“Biz o partlayışları gördük və eşitdik. Görün, kiminlə işimiz var, hara vurduqları onların vecinə deyil, mən bilirəm ki, bu gün qurbanlar olub, hələ ki bütün təfərrüatları bilmirəm, amma qurbanların və yaralıların olduğunu bilirəm”, – Zelenski bildirib.
Mitsotakis də gördüklərinin “təsirli” bir təcrübə olduğunu söyləyib.
“Bizə çox yaxın sirenlər və partlayışlar eşitdik. Qorunan və təhlükəsiz yerə getməyə vaxtımız yox idi. Bütün bunlar çox təsi edici bir təcrübədir”,- deyə Mitsotakis bildirib.