Skip to content
21 İyun, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Dünya
  • Zelenskinin Azərbaycana göndərdiyi yeni səfir KİMDİR…
  • Dünya
  • Gündəm

Zelenskinin Azərbaycana göndərdiyi yeni səfir KİMDİR…

Ukrayna Azərbaycana yeni səfir təyin edib. Prezident Volodimir Zelenskinin fərmanı ilə Yuri Qusev Ukraynanın Azərbaycanda fövqəladə və səlahiyyətli
Cavidan 23 Fevral, 2024
1708668036_060be89-ef133b6-maxresdefault-2-

Ukrayna Azərbaycana yeni səfir təyin edib. Prezident Volodimir Zelenskinin fərmanı ilə Yuri Qusev Ukraynanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə gətirilib.

Qeyd edək ki, hazırda Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevskiydir. O, 1973-cü il tarixində Vinnitsa şəhərində anadan olub. Uzun illər diplomatik nümayəndəliklərdə çalışıb və 2019-cu ildə Azərbaycana səfir təyin edilib.

Modern.az yeni səfirin kim olduğunu araşdırıb.

44 yaşlı Qusev Ukraynanın müdafiə sektorunda çalışıb. İxtisasca iqtisadçı olan yeni səfir Ukrayna müdafiə nazirinin keçmiş müavini (2014—2016) və Xerson Regional Dövlət Administrasiyasının rəhbəri (2019-2020) kimi yüksək vəzifələrdə işləyib.

Qusev bu illər infrastruktur nazirinin, ekologiya və təbii sərvətlər nazirinin müşaviri vəzifələrində də çalışıb. 2019-cu il keçirilən parlament seçkilərində Xalqın Xidmətçisi Partiyasından deputatlığa namizədliyi siyahı üzrə irəli sürülüb, lakin seçkilərdə iştirakını davam etdirməyib.

2020-ci ildə o, Ukraynanın müdafiə sənayesindən məsul olan “Ukroboronprom” şirkətinin direktoru vəzifəsinə gətirilib və ötən ilin iyun ayında qədər bu vəzifədə çalışıb.

“Ukroboronprom” dövlətə məxsus hərbi sənaye kompleksi müəssisələrinin birliyidir. Quruma silahların, hərbi və xüsusi texnikanın və döyüş sursatlarının işlənməsi, istehsalı, satışı, təmiri, modernləşdirilməsi və zərərsizləşdirilməsi sahəsində fəaliyyət göstərən, habelə xarici dövlətlərlə hərbi-texniki əməkdaşlıqda iştirak edən müdafiə sənayesi müəssisələri daxildir.

2023-cü ilin iyununda prezident Zelenski Yuri Qusevi “Ukroboronprom”un baş direktoru vəzifəsindən azad edib. Həmin vaxt mətbuat yazırdı ki, Qusev prezidentdən onu Ukraynanın müdafiə sahəsində sıx əlaqədə olduğu Avropa ölkələrindən birinə diplomat kimi göndərməyi xahiş edib.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Ermənistandakı Rusiya bazası bağlanacaq? – Paşinyan CAVAB VERDİ
Next: ABŞ İranı hədələdi: Sərt reaksiya olacaq!

Bölmənin digər xəbərləri

Screenshot 2026-06-20 145225
  • Dünya

İsrail ordusu Livanı bombalamağa davam edir, daha 16 nəfər ölüb

Cavidan 20 İyun, 2026
Screenshot 2026-06-20 141620
  • Gündəm

Montella Türkiyənin məğlubiyyətini şərh etdi: “Olmayanda olmur”

Cavidan 20 İyun, 2026
Screenshot 2026-06-20 103308
  • Dünya

İsrail Livanın cənubuna zərbələr endirməyə davam edir, azı 5 nəfər ölüb

Cavidan 20 İyun, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 619)
  • Dünya (3. 410)
  • Gündəm (11. 884)
  • İdman (665)
  • İqtisadiyyat (600)
  • Kateqoriyasızlar (513)
  • Kriminal (1. 401)
  • Mədəniyyət (354)
  • Siyasət (3. 004)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Ağdamda daha bir qrup sakin üçün peşə hazırlığı kursu başlayıb Screenshot 2026-06-20 155254 1
  • Cəmiyyət

Ağdamda daha bir qrup sakin üçün peşə hazırlığı kursu başlayıb

20 İyun, 2026
Yevlax sakini Yuxarı Qarabağ su kanalında batıb 2
  • Kateqoriyasızlar

Yevlax sakini Yuxarı Qarabağ su kanalında batıb

20 İyun, 2026
İsrail ordusu Livanı bombalamağa davam edir, daha 16 nəfər ölüb Screenshot 2026-06-20 145225 3
  • Dünya

İsrail ordusu Livanı bombalamağa davam edir, daha 16 nəfər ölüb

20 İyun, 2026
Montella Türkiyənin məğlubiyyətini şərh etdi: “Olmayanda olmur” Screenshot 2026-06-20 141620 4
  • Gündəm

Montella Türkiyənin məğlubiyyətini şərh etdi: “Olmayanda olmur”

20 İyun, 2026
Laçında minaaxtaran peşəsi üzrə əmək yarmarkası keçiriləcək Screenshot 2026-06-20 120432 5
  • Cəmiyyət

Laçında minaaxtaran peşəsi üzrə əmək yarmarkası keçiriləcək

20 İyun, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9619) Dünya (3410) Gündəm (11884) Kateqoriyasızlar (513) Kriminal (1401) Mədəniyyət (354) Siyasət (3004) Texnologiya (15) İdman (665) İqtisadiyyat (600)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.