Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələnin 1-ci ildönümündə episentrin yerləşdiyi Kahramanmaraş vilayətinə səfər edəcək.
Bu barədə TRT məlumat yayıb.
Bildirilib ki, Ərdoğan zəlzələdən zərərçəkənlərlə bir araya gələcək.
Ərdoğan bundan əvvəl zəlzələnin təsir dairəsinə düşən Qaziantep və Hatay vilayətlərində olmuşdu.