Skip to content
13 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Dünya
  • “Dedi ki, özümü öldürəcəm və hər şeyi polisə deyəcəm” – Məhkəmə
  • Dünya
  • Gündəm

“Dedi ki, özümü öldürəcəm və hər şeyi polisə deyəcəm” – Məhkəmə

Ləğv olunmuş Elm və Təfəkkür Universitetinin prorektoru Tariyel Əhmədovun öldürülməsində təqsirləndirilən həmin universitetin rektoru Müşfiq Atakişiyev, eləcə də
Cavidan 22 Yanvar, 2024
1705918220_2d80c5c7-31a3-3e3e-bc1e-e61e3640e273_850 (1)

Ləğv olunmuş Elm və Təfəkkür Universitetinin prorektoru Tariyel Əhmədovun öldürülməsində təqsirləndirilən həmin universitetin rektoru Müşfiq Atakişiyev, eləcə də Dəyanət Quliyev və Samir Quliyevin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə prokuror Cövdət Mehrəliyev ittiham aktını elan edib.

İstintaq materiallarına əsasən, universitetin prorektoru Tariyel Əhmədovun 16 sentyabr 2011-ci il tarixdə qəsdən öldürülməsi faktı ilə bağlı başlanmış cinayət işi üzrə Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun icraçı direktoru və həmin İqtisadiyyat İnstitutu nəzdində iqtisad elmləri sahəsində doktorluq dissertasiya şurasının sədri vəzifəsində çalışan Müşviq Atakişiyevin zərərçəkmiş şəxs Tariyel Əhmədovu işgüzar nüfuzuna və rektor vəzifəsində qalmasına maneə kimi qəbul etməsi, bu səbəbdən qisas məqsədilə pul müqabilində onun öldürülməsini öz qohumu Dəyanət Quliyevə sifariş verməsi, sonuncunun isə həmkəndlisi Samir Quliyevlə birgə cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edilib.

Təqsirləndirilən şəxs Müşfiq Atakişiyev ona edilən ittihamla özünü təqsirli bilməyib. Digər təqsirləndirilən şəxslər – Samir Quliyev və Dəyanət Quliyev isə özlərini təqsirli biliblər.

Daha sonra təqsirləndirilən Samir Quliyev ifadə verib. Onun sözlərinə görə, hadisəni 2011-ci ilin sentyabrın əvvəllərində törədib: “Təqsirləndirilən şəxs Dəyanət Quliyevlə İmişli rayonunda bir məhəllədə böyümüşük, uşaqlıqdan dostluğumuz olub. Dəyanət mənə dedi ki, bir nəfər var, məni və dayımı təhdid edir. Məni aparıb o şəxsin həmişə idman etdiyi yeri göstərdi. Ancaq onun kimliyi və ya şəxsiyyəti barədə qəti heç nə demədi. Onu bir neçə gün idman yürüşü etdiyi yerdə izlədim. Tək olduğu anda arxadan yaxınlaşıb Dəyanətin mənə verdiyi dəmir dəyənəklə başının arxasına 2 güclü zərbə vuraraq hadisə yerindən uzaqlaşdım. Sonra taksiyə oturub birbaşa İmişliyə getdim. İşin icrası ilə bağlı Dəyanətə məlumat verdim. Hadisədən 3 il sonra onunla cəmi 1 dəfə görüşdük. Mənə əvvəlcədən demişdi ki, əgər tutulsan, türmədə sənə baxacam. Arada mənə 300, 500 və ya 1000 manat verirdi”.

Daha sonra digər təqsirləndirilən şəxs Dəyanət Quliyev dindirilib. O bildirib ki, təqsirləndirilən şəxslərdən Samir Quliyev onun uşaqlıq dostu, Müşfiq Atakişiyev isə dayısıdır: “Yüngül biznesim olub və Samirə hər zaman maddi-mənəvi dəstək göstərmişəm. Rəhmətlik Tariyel Əhmədovla çox yaxşı münasibətim olub. Lakin son vaxtlar fikir verdim ki, mənə qarşı da soyuqluğu var. Samirlə görüşüb dedim ki, bir nəfər var, məni incidir və onu yaxşıca əzişdirməyini istəyirəm. O isə buna etiraz etmədi və maşınımın baqajından dəmir turbanı ona verdim. Daha sonra Samiri mərhumun həmişə idman etdiyi əraziyə aparıb onu uzaqdan tanış etdim. Polisdən öz istəyimlə çıxmışam. Daha sonra dayım təqsirləndirilən şəxs Müşfiq Atakişiyevdən 4 min manat pul istədim. Çoxlu borcum var idi, özümü öldürmək istəyirdim. 102-yə zəng edərək hadisəni özüm etiraf etmişəm”. 

Prosesdə ifadə verən təqsirləndirilən şəxs Müşfiq Atakişiyev əvvəllər mərhum Tariyel Əhmədovla möhkəm dostluq münasibətlərinin olduğunu və onun qətlini sifariş vermədiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, mərhumla münasibətlərinin pisləşməsi o, rektor təyin olunandan sonra olub: “Tariyel Əhmədov mənim rektor təyin edilməyimə qısqanclıqla yanaşırdı. Deyirdi ki, səni bir yolla həbs etdirəcəm. O, hər zaman düşünürdü ki, mən onu aldadıram. Onun güclü əlaqələri olduğu üçün məni həbs etdirmək potensialı var idi. Məni şantaj edirdi. Təqsirləndirilən şəxs Dəyanət Quliyev mənim bacım oğludur. Ona atalıq etmişəm və o ailəyə mən baxmışam. Mən 2011-ci ilin avqustunda məzuniyyətdən qayıdanda dedilər ki, sentyabrda Tariyeli sənin yerinə təyin edəcəklər. Dəyanəti çağırıb dedim ki, o adama elə xəsarət yetir ki, 2 ay işə çıxmasın. Dəfələrlə dedim ki, onu öldürmə, çünki işi məndən biləcəklər. Mən özümü Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilmirəm. Bu hadisədən sonra Dəyanət məndən 4 min manat pul istədi. Mənə dedi ki, qumarda pul uduzub, təcili lazımdır, mən isə qumar amilinə görə vermədim. O dedi ki, özümü öldürəcəm və hər şeyi polisə deyəcəm”.

Məhkəmənin növbəti iclası yanvarın 31-nə təyin edilib. (Report)

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Putin Lukaşenko ilə görüşəcək
Next: Abdullahian Pakistana gedir

Bölmənin digər xəbərləri

Screenshot 2026-07-13 133951
  • Cəmiyyət

“Təmiz Şəhər”: Gələcəkdə utilizasiya zamanı nəqliyyat vasitələrinin tamlığı qiymətlərə təsir edəcək

Cavidan 13 İyul, 2026
Screenshot 2026-07-13 123610
  • Gündəm

İlham Əliyev: Bizi istəməyən qüvvələrlə mübarizəmiz daimi olacaq

Cavidan 13 İyul, 2026
Screenshot 2026-07-13 111332
  • Cəmiyyət

İlham Əliyev: Kolonial siyasətin tənqidi Azərbaycanın Fransa ilə ikitərəfli münasibətlərinə aidiyyatı yoxdur

Cavidan 13 İyul, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 734)
  • Dünya (3. 453)
  • Gündəm (11. 948)
  • İdman (673)
  • İqtisadiyyat (604)
  • Kateqoriyasızlar (522)
  • Kriminal (1. 410)
  • Mədəniyyət (356)
  • Siyasət (3. 013)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Sabah bəzi rayonlarda şimşək çaxacaq, dolu düşəcək – XƏBƏRDARLIQ Screenshot 2026-07-13 182506 1
  • Cəmiyyət

Sabah bəzi rayonlarda şimşək çaxacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

13 İyul, 2026
Əli Əsədov və Yan Sonders Azərbaycan ilə ÜGT arasında əməkdaşlığı müzakirə edib Screenshot 2026-07-13 180049 2
  • Cəmiyyət

Əli Əsədov və Yan Sonders Azərbaycan ilə ÜGT arasında əməkdaşlığı müzakirə edib

13 İyul, 2026
Diana Ryan: Hazırda Azərbaycandan “TikTok” platforması üzrə 7 milyon istifadəçi var Screenshot 2026-07-13 170129 3
  • Cəmiyyət

Diana Ryan: Hazırda Azərbaycandan “TikTok” platforması üzrə 7 milyon istifadəçi var

13 İyul, 2026
“Diario La R”: IV Şuşa Media Forumu – dünyanın aparıcı media hadisələrindən biridir Screenshot 2026-07-13 163348 4
  • Cəmiyyət

“Diario La R”: IV Şuşa Media Forumu – dünyanın aparıcı media hadisələrindən biridir

13 İyul, 2026
“Təmiz Şəhər”: Gələcəkdə utilizasiya zamanı nəqliyyat vasitələrinin tamlığı qiymətlərə təsir edəcək Screenshot 2026-07-13 133951 5
  • Cəmiyyət

“Təmiz Şəhər”: Gələcəkdə utilizasiya zamanı nəqliyyat vasitələrinin tamlığı qiymətlərə təsir edəcək

13 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9734) Dünya (3453) Gündəm (11948) Kateqoriyasızlar (522) Kriminal (1410) Mədəniyyət (356) Siyasət (3013) Texnologiya (15) İdman (673) İqtisadiyyat (604)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.