Skip to content
10 Fevral, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 874)
  • Dünya (3. 183)
  • Gündəm (11. 096)
  • İdman (619)
  • İqtisadiyyat (568)
  • Kateqoriyasızlar (460)
  • Kriminal (1. 332)
  • Mədəniyyət (334)
  • Siyasət (2. 938)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« Yan    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Dünya
  • Dünya
  • Gündəm

Putinin böyük qızı müsahibə verdi – Xarici media ŞOKA DÜŞDÜ

Rusiya prezidenti Vladimir Putinin böyük qızı, 38 yaşlı Mariya Vorontsova elmi nəşrlərdən birinə verdiyi müsahibə ilə gündəmə gəlib.
Cavidan 13 Yanvar, 2024

Rusiya prezidenti Vladimir Putinin böyük qızı, 38 yaşlı Mariya Vorontsova elmi nəşrlərdən birinə verdiyi müsahibə ilə gündəmə gəlib.

Putinin böyük qızı müsahibəsində əsasən elm, tibb və genetik sahədə apardığı tədqiqatlardan, xüsusən də insan genomunun öyrənilməsindən danışıb.

“Rusiya cəmiyyəti bizim həyat prinsiplərimizlə, mədəniyyətimizlə, dinimizlə… hələ də o qədər də iqtisadi mərkəzli cəmiyyət deyil. Biz daha çox insan mərkəzli cəmiyyətik”,- o qeyd edib.

Vorontsova daha sonra vurğulayıb ki, Rusiya üçün ən yüksək dəyər hələ də insan həyatının dəyəridir.

Lakin o, Rusiyanın Ukraynaya qarşı apardığı müharibə haqqında bir kəlmə də danışmayıb, atasının adını çəkməyib.Mariya Vorontsova uşaqlıqdan həkim olmaq arzusunda olduğunu, lakin məktəbi bitirəndən sonra iqtisadçı ixtisasında oxumaq istədiyini bildirib. Yekunda isə yenə tibb sahəsinə üstünlük verib. O, ədəbiyyata olan maraqlarından da söz açıb, sevdiyi yazıçıların, o cümlədən Puşkin, Dostoyevski və Hakslinin adını çəkin, musiqi və idmanla maraqlandığını qeyd edib.

Mariya Vorontsova bir neçə il Almaniyada yaşayıb və təhsil alıb, sonra Rusiyada olub – 2006-2011-ci illərdə Moskva Dövlət Universitetində ali tibb təhsili alıb. Əri – holland iş adamı Yorrit Faassen ilə birlikdə – 2015-ci ilə qədər Hollandiyada qalıb. Ancaq sonra Moskvaya qayıdıb.

Rusiyanın Ukraynaya qarşı müharibəsi başladıqdan sonra Putinin hər iki qızı – Mariya Vorontsova və Yekaterina Tixonova Avropa İttifaqının, Böyük Britaniya və ABŞ-ın sanksiyalarına məruz qalıblar: onların bank hesabları dondurulub və bu ölkələrin ərazisinə girişləri qadağan edilib.

Putinin böyük qızı ilə müsahibə alman mediasının qəzəbinə səbəb olub. Onun dedikləri qəribə, hədsiz və hətta şokedici kimi qiymətləndirilib.

Almaniyanın “Der Spiegel” nəşri yazını “Putinin qızı insan həyatının dəyəri haqqında qəribə müsahibə verib” başlığı ilə dərc edib.

Nəşr qeyd edib ki, Mariya Vorontsova müsahibəsində Rusiyanı insan mərkəzli dövlət adlandırır, lakin atasının Ukraynaya qarşı apardığı müharibənin xaricdə  qəzəb doğurduğunu xatırlatmır.Almaniyanın NTV telekanalı cinayətlər və Rusiyanın Ukraynaya qarşı müharibəsinin qurbanlarının sayı fonunda Putinin qızı ilə müsahibəni şok adlandırıb. Alman jurnalistləri Vorontsovanın arzusu ilə bağlı dediklərinə diqqət yetirərək, müsahibədə müharibə mövzusunun qaldırılmamasını kinlilik hesab ediblər.

Almaniyanın “Merkur” nəşri də qeyd edir ki, Vorontsova Vladimir Putinin gen mühəndisliyi üzrə müşaviridir, lakin Kreml onun həyatının bütün təfərrüatlarını gizli saxlayır.

Almaniyanın “Frankfurter Rundschau” qəzeti yazıb ki, Mariya Vorontsova Rusiyanın tibb sahəsindəki ən böyük investisiya layihəsində iştirak edən “Nomeko” şirkətinin həmtəsisçisidir. 2022-ci ildə bu müəssisənin mənfəəti təxminən 855 milyon rubl təşkil edib.

Continue Reading

Previous: Aygün Bəylərin “Tut ağacı” mahnısı necə yaranıb… – Maraqlı TARİXÇƏ
Next: Partiyaların bütün tədbirləri təxirə salındı

Bölmənin digər xəbərləri

İlham Əliyevlə Cey Di Vens arasında geniştərkibli görüş başlayıb
  • Gündəm

İlham Əliyevlə Cey Di Vens arasında geniştərkibli görüş başlayıb

10 Fevral, 2026
Bir ildir boş olan posta gətirilən Rəşad İsmayılov kimdir?
  • Cəmiyyət

Bir ildir boş olan posta gətirilən Rəşad İsmayılov kimdir?

10 Fevral, 2026
Rəşad İsmayılov ekologiya və təbii sərvətlər naziri təyin edildi
  • Cəmiyyət

Rəşad İsmayılov ekologiya və təbii sərvətlər naziri təyin edildi

10 Fevral, 2026

Top 7 Xəbər

İlham Əliyevlə Cey Di Vens arasında geniştərkibli görüş başlayıb 1

İlham Əliyevlə Cey Di Vens arasında geniştərkibli görüş başlayıb

10 Fevral, 2026
ABŞ-nin Vitse-prezidenti Azərbaycana səfərə gəlib 2

ABŞ-nin Vitse-prezidenti Azərbaycana səfərə gəlib

10 Fevral, 2026
“Tahir Gözəllə bu barədə danışmamışam” – Qurban Qurbanov 3

“Tahir Gözəllə bu barədə danışmamışam” – Qurban Qurbanov

10 Fevral, 2026
Yağıntılar nə vaxt kəsiləcək? 4

Yağıntılar nə vaxt kəsiləcək?

10 Fevral, 2026
Bir ildir boş olan posta gətirilən Rəşad İsmayılov kimdir? 5

Bir ildir boş olan posta gətirilən Rəşad İsmayılov kimdir?

10 Fevral, 2026
Rəşad İsmayılov ekologiya və təbii sərvətlər naziri təyin edildi 6

Rəşad İsmayılov ekologiya və təbii sərvətlər naziri təyin edildi

10 Fevral, 2026
Allahşükür Paşazadə Roma Papasını Azərbaycana dəvət edib 7

Allahşükür Paşazadə Roma Papasını Azərbaycana dəvət edib

10 Fevral, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 874)
  • Dünya (3. 183)
  • Gündəm (11. 096)
  • İdman (619)
  • İqtisadiyyat (568)
  • Kateqoriyasızlar (460)
  • Kriminal (1. 332)
  • Mədəniyyət (334)
  • Siyasət (2. 938)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8874) Dünya (3183) Gündəm (11096) Kateqoriyasızlar (460) Kriminal (1332) Mədəniyyət (334) Siyasət (2938) Texnologiya (14) İdman (619) İqtisadiyyat (568)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • İlham Əliyevlə Cey Di Vens arasında geniştərkibli görüş başlayıb 10 Fevral, 2026
  • ABŞ-nin Vitse-prezidenti Azərbaycana səfərə gəlib 10 Fevral, 2026
  • “Tahir Gözəllə bu barədə danışmamışam” – Qurban Qurbanov 10 Fevral, 2026
  • Yağıntılar nə vaxt kəsiləcək? 10 Fevral, 2026
  • Bir ildir boş olan posta gətirilən Rəşad İsmayılov kimdir? 10 Fevral, 2026
© Addim.az | MoreNews by AF themes.