Rusiya Federasiyasında prezident seçkilərinin 2024-cü il martın 17-nə təyin edilməsi barədə qərar qəbul ediLİb.
Bu barədə Federasiya Şurasının plenar iclasında qərar qəbul edilib.
“Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurası Rusiya Federasiyasında prezident seçkilərinin 2024-cü il martın 17-nə təyin edilməsi barədə qərar qəbul edir. Bu qərar rəsmi dərc edildiyi gündən qüvvəyə minir”, – sənəddə deyilir.
Qərar yekdilliklə qəbul edilib. Onun lehinə 162 senator səs verib.
Rusiya Mərkəzi Seçki Komissiyası dekabrın 8-də 3 günlük səsvermə barədə qərar layihəsini müzakirə edəcək.