Qazaxıstanda rəsmi səfərdə olan Macarıstanın baş naziri Viktor Orbanın iqamətgahda təntənəli qarşılanma mərasimi olub.
Bu barədə Qazaxıstan PA – “Aqorda” məlumat yayıb.
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev və Viktor Orban nümayəndə heyətlərinin üzvlərini bir-birinə təqdim ediblər. Fəxri qarovul dəstəsinin rəisi hər iki ölkənin rəhbərlərinə təbrik raportunu verib.
Qazaxıstan və Macarıstanın dövlət himnləri səsləndirilib.