Skip to content
14 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Dünya
  • Dərin dövlət və ya kəşfiyyat xidməti… – “Mossad” belə yaranıb
  • Dünya
  • Gündəm

Dərin dövlət və ya kəşfiyyat xidməti… – “Mossad” belə yaranıb

Günümüzdə müharibələr yalnız hərbi sferada özünü göstərmir. Qarşı tərəfə qalib gəlmək üçün əsas vasitələrdən biri də kəşfiyyati üstünlüklərə
Cavidan 11 Oktyabr, 2023
1148930

Günümüzdə müharibələr yalnız hərbi sferada özünü göstərmir. Qarşı tərəfə qalib gəlmək üçün əsas vasitələrdən biri də kəşfiyyati üstünlüklərə malik olmaqdır.

Hazırda dünyanın əsas gündəmi olan İsrail və Fələstin arasındakı münqişədə də gözlər İsrailin dünyanın ilk beşliyinə daxil olan kəşfiyyat xidməti “Mossad”a çevrilib.

Bir çox mütəxəssislər həmin müharibənin gedişatını məhz “Mossad”ın kəşfiyyati xidmətləri sayəsində dəyişəcəyi qənaətindədir.

Bəs, “Mossad” necə dünyanın ən yaxşı kəşfiyyat xidmətlərindən biri oldu?

“Qafqazinfo” xarici KİV-ə istinadən “Mossad”ın tarixi və onunla bağlı məqamları təqdim edir:

“Mossad” İsrailin milli kəşfiyyat orqanıdır. O, ölkənin, hərbi kəşfiyyat agentliyi “Aman” və daxili təhlükəsizlik agentliyi “Şin Bet” ilə birlikdə İsrail Kəşfiyyat Birliyinin bölmələrindən biridir.

Hansı vəzifələri yerinə yetirir?

“Mossad” kəşfiyyat məlumatlarının toplanması, gizli əməliyyatlar və terrorla mübarizəyə cavabdehdir. Qurumun əsas mahiyyəti yarandığı gündən təkcə İsraili deyil, həm də dünyanın bütün yahudi icmalarını mümkün hücum cəhdindən qorumaqdır.

“Mossad”ın tarixi

“Mossad” 13 dekabr 1949-cu ildə Mərkəzi Koordinasiya İnstitutu olaraq yaradılıb.

1951-ci ilin martında o, yenidən təşkil olunub. Lakin təşkilat müxtəlif rəsmi adlarla 1990-cı illərə qədər fəaliyyətini gizli saxlaya bilib.

Dərin dövlət

“Mossad” heç bir hüquqi məqsəd, rol, vəzifə, səlahiyyət və büdcə ilə müəyyən edilə bilməz və İsrail dövlətinin konstitusiya qanunlarından tamamilə azad olduğu üçün dərin dövlət hesab olunur.

“Mossad” direktoru birbaşa İsrailin Baş naziri qarşısında cavabdehdir.

İllik büdcəsinin təqribən 10 milyard şekel olduğu təxmin edilən “Mossad” bəzi mənbələrə görə, Amerika və Qərb dünyasında ikinci ən böyük kəşfiyyat təşkilatıdır.

Üzvləri

Rəsmi mənbələrə əsasən, təşkilat 1200 personala malikdir. Lakin qeyr-rəsmi məlumatlarda onların sayının dünya üzərində 30 mindən çox olduğu bildirilir. Qeyd olunur ki, hər bir yəhudi bu və ya digər şəkildə “Mossad”a xidmət edir. Hətta israillilər “Mossad”a xidməti və onun üçün məlumat toplamağı özlərinə borc bildiklərini də deyirlər. Çünki yahudilər “Mossad” sayəsində qorunduqlarına inanırlar.

Həmçinin, dünyada ən çox qadın üzvə sahib olan kəşfiyyat orqanıdır.

Təkşilatın hazırki rəhbəri David Barneadır.

“Mossad” və İsrail-Fələstin münaqişəsi

7 oktyabrda HƏMAS-ın İsrailə hücumu nəticəsində “Mossad” yenidən dünya kəşfiyyatının gündəminə gəldi. Bəzi mütəxəssislər qeyd edirlər ki, belə bir təşkilat niyə hadisələri öncədən müəyyən edə bilməyib. Vurğulanır ki, belə bir qəfil hücum uzun hazırlıq dövrü tələb edir.

Hazırda İsraildə bununla bağlı araşdırma aparılır və araşdırmanın illər ərzində çəkəcəyi də bildirilir.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Efirdə dava: “Otur yerində, ağzını da yum” – VİDEO
Next: Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

Bölmənin digər xəbərləri

Screenshot 2026-07-13 133951
  • Cəmiyyət

“Təmiz Şəhər”: Gələcəkdə utilizasiya zamanı nəqliyyat vasitələrinin tamlığı qiymətlərə təsir edəcək

Cavidan 13 İyul, 2026
Screenshot 2026-07-13 123610
  • Gündəm

İlham Əliyev: Bizi istəməyən qüvvələrlə mübarizəmiz daimi olacaq

Cavidan 13 İyul, 2026
Screenshot 2026-07-13 111332
  • Cəmiyyət

İlham Əliyev: Kolonial siyasətin tənqidi Azərbaycanın Fransa ilə ikitərəfli münasibətlərinə aidiyyatı yoxdur

Cavidan 13 İyul, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 735)
  • Dünya (3. 453)
  • Gündəm (11. 948)
  • İdman (673)
  • İqtisadiyyat (605)
  • Kateqoriyasızlar (522)
  • Kriminal (1. 411)
  • Mədəniyyət (356)
  • Siyasət (3. 013)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Azərbaycan neftinin qiyməti 3 dollardan çox artıb Screenshot 2026-07-14 101330 1
  • İqtisadiyyat

Azərbaycan neftinin qiyməti 3 dollardan çox artıb

14 İyul, 2026
Polad Həşimov və İlqar Mirzəyevin şəhid olmasından 6 il ötür Screenshot 2026-07-14 095154 2
  • Cəmiyyət

Polad Həşimov və İlqar Mirzəyevin şəhid olmasından 6 il ötür

14 İyul, 2026
Qudyal çayında 11 yaşlı oğlan boğularaq ölüb Screenshot 2026-07-14 093549 3
  • Kriminal

Qudyal çayında 11 yaşlı oğlan boğularaq ölüb

14 İyul, 2026
Sabah bəzi rayonlarda şimşək çaxacaq, dolu düşəcək – XƏBƏRDARLIQ Screenshot 2026-07-13 182506 4
  • Cəmiyyət

Sabah bəzi rayonlarda şimşək çaxacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

13 İyul, 2026
Əli Əsədov və Yan Sonders Azərbaycan ilə ÜGT arasında əməkdaşlığı müzakirə edib Screenshot 2026-07-13 180049 5
  • Cəmiyyət

Əli Əsədov və Yan Sonders Azərbaycan ilə ÜGT arasında əməkdaşlığı müzakirə edib

13 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9735) Dünya (3453) Gündəm (11948) Kateqoriyasızlar (522) Kriminal (1411) Mədəniyyət (356) Siyasət (3013) Texnologiya (15) İdman (673) İqtisadiyyat (605)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.