Skip to content
2 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Dünya
  • Avropa HƏMAS-ın İsrailə hücumuna necə reaksiya verdi?
  • Dünya
  • Gündəm

Avropa HƏMAS-ın İsrailə hücumuna necə reaksiya verdi?

Fələstinin HƏMAS terrorçu qruplaşmasının İsrail ərazisinə raket hücumlarına başlamasından bir neçə saat sonra Avropa ölkələrinin liderləri bəyanatlarla çıxış
Cavidan 7 Oktyabr, 2023
1696675724_9fb68226-6e60-4804-86f3-a4e034fa152b (1)

Fələstinin HƏMAS terrorçu qruplaşmasının İsrail ərazisinə raket hücumlarına başlamasından bir neçə saat sonra Avropa ölkələrinin liderləri bəyanatlarla çıxış ediblər.

“Unikal” sözügedən çıxışların bir neçəsini təqdim edir:

“HƏMAS-ın ayrıseçkilik etmədən hücumları İsrail xalqına dərin iztirablar gətirir, gərginliyi artırır və fələstinlilərin maraqlarını pozur. İsraillə tam həmrəyliyim. MEPP ​​(Yaxın Şərq Sülh Prosesi – red.) çərçivəsində intensivləşdirilmiş səylər vasitəsilə davamlı sülh üçün çalışmaq həmişəkindən daha çox lazımdır”, – Aİ diplomatiya rəhbəri Cozep Borrell bildirib.

Öz növbəsində, Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen “Həmas terrorçularının İsrailə qarşı törətdiyi hücumu qeyd-şərtsiz” pislədiyini bildirib.

“Bu, ən iyrənc terror formasıdır. İsrailin bu cür iyrənc hücumlara qarşı özünü müdafiə etmək hüququ var”.

Avropa Şurasının rəhbəri Çarlz Mişel bildirib ki, biz bu səhər İsrailə və onun xalqına qarşı törədilmiş, günahsız vətəndaşlara qarşı terror və zorakılıq törədən ayrı-seçkiliksiz hücumları qətiyyətlə pisləyirik.

“Fikirlərim bütün qurbanlarladır. Aİ bu dəhşətli anda İsrail xalqı ilə həmrəydir”, – Mişel açıqlamasında bildirib.

Böyük Britaniyanın baş naziri Rişi Sunak bildirib ki, HƏMAS-ın bu səhər hücumundan şoka düşüb.

“İsrailin özünümüdafiə üçün mütləq hüququ var. Biz İsrail hakimiyyəti ilə əlaqə saxlayırıq və İsraildəki Böyük Britaniya vətəndaşları səyahət tövsiyələrinə əməl etməlidirlər”.

Fransa, Almaniya və Ukrayna da bəyanatlarla çıxış ediblər.

“Hazırda İsraildə həyata keçirilən terror aktlarını qətiyyətlə pisləyirəm”, – Fransa Prezidenti Emmanuel Makron deyib.

Öz növbəsində Almaniyanın xarici işlər naziri Annalena Bärbok HƏMAS qruplaşmasını zorakılıqları artırmaqda ittiham edib.

“Mən Qəzzadan İsrailə qarşı törədilən terror aktlarını qətiyyətlə pisləyirəm. Günahsız insanlara qarşı zorakılıq və raket hücumları dərhal dayandırılmalıdır. İsrail bizim tam həmrəyliyimizə malikdir və beynəlxalq hüquq çərçivəsində özünü terrordan müdafiə etmək hüququna malikdir”, – Almaniyanın xarici işlər naziri qeyd edib.

Öz növbəsində, Ukrayna Xarici İşlər Nazirliyi bəyan edib ki, o, “İsrailə qarşı davam edən terror hücumlarını, o cümlədən Qüds və Təl-Əvivdə mülki əhaliyə raket hücumlarını qətiyyətlə pisləyir”.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: “Natiq Qasımovun Əsgəranda dəfn edildiyi ehtimal olunur” – Dövlət Komissiyası
Next: Qaxda ev və köməkçi tikili YANDI

Bölmənin digər xəbərləri

Screenshot 2026-07-01 165537
  • Cəmiyyət

Ursula fon der Lyayen: Aİ Azərbaycanla tərəfdaşlığı dərinləşdirmək niyyətindədir

Cavidan 1 İyul, 2026
Screenshot 2026-07-01 162725
  • Cəmiyyət

AMB Özbəkistanda maliyyə sektorunun rəqəmsal transformasiyasını müzakirə edib

Cavidan 1 İyul, 2026
Screenshot 2026-07-01 144509
  • Gündəm

“Global Media Group”un altı əməkdaşı MEDİA-nın müsabiqəsində qalib gəlib

Cavidan 1 İyul, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 673)
  • Dünya (3. 430)
  • Gündəm (11. 918)
  • İdman (670)
  • İqtisadiyyat (603)
  • Kateqoriyasızlar (519)
  • Kriminal (1. 406)
  • Mədəniyyət (355)
  • Siyasət (3. 008)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Ursula fon der Lyayen: Aİ Azərbaycanla tərəfdaşlığı dərinləşdirmək niyyətindədir Screenshot 2026-07-01 165537 1
  • Cəmiyyət

Ursula fon der Lyayen: Aİ Azərbaycanla tərəfdaşlığı dərinləşdirmək niyyətindədir

1 İyul, 2026
AMB Özbəkistanda maliyyə sektorunun rəqəmsal transformasiyasını müzakirə edib Screenshot 2026-07-01 162725 2
  • Cəmiyyət

AMB Özbəkistanda maliyyə sektorunun rəqəmsal transformasiyasını müzakirə edib

1 İyul, 2026
Davam edəcək Vaşinqton-Tehran danışıqları: milyardlar hesabına yaranan etimad – ŞƏRH Screenshot 2026-07-01 154646 3
  • Siyasət

Davam edəcək Vaşinqton-Tehran danışıqları: milyardlar hesabına yaranan etimad – ŞƏRH

1 İyul, 2026
Azər Məmmədov Qobustanda vətəndaşları qəbul edəcək Screenshot 2026-07-01 151534 4
  • Cəmiyyət

Azər Məmmədov Qobustanda vətəndaşları qəbul edəcək

1 İyul, 2026
“Global Media Group”un altı əməkdaşı MEDİA-nın müsabiqəsində qalib gəlib Screenshot 2026-07-01 144509 5
  • Gündəm

“Global Media Group”un altı əməkdaşı MEDİA-nın müsabiqəsində qalib gəlib

1 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9673) Dünya (3430) Gündəm (11918) Kateqoriyasızlar (519) Kriminal (1406) Mədəniyyət (355) Siyasət (3008) Texnologiya (15) İdman (670) İqtisadiyyat (603)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.