Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin müxtəlif regionlarında yaranan quraqlıq səbəbindən əhalini suya qənaət etməyə çağırıb.
Bu barədə R.T.Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində deyib.
“Bütün bəşəriyyəti, o cümlədən Türkiyə vətəndaşlarını sudan istifadədə qənaət etməyə çağırıram”, – deyə dövlət başçısı bildirib.