![](https://addim.az/wp-content/uploads/2023/08/1691486545_9ef3b169-0e52-31f7-a21c-5fc1371c54f8_850-1691485157.jpg)
Gürcüstanın yüksək dağlıq ərazisində yerləşən Şovi kurort bölgəsində baş vermiş torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 19 nəfərə çatıb.
Addim.az xarici KİV-ə istinadən xəbər verir ki, xilasedicilər daha 15 nəfərin axtarışlarını davam etdirirlər.
Avqustun 3-də Şovidə irimiqyaslı torpaq sürüşməsi baş verib. Nəticədə körpülərə və yollara, həmçinin turist kotteclərinə və otelə ciddi ziyan dəyib. Xilasetmə əməliyyatında 4 helikopter, həmçinin 400 yanğınsöndürən və xilasedici iştirak edir. Təbii fəlakət bölgəsindən indiyədək 210 nəfər təxliyə olunub.