“Fransada baş verən etirazlar, iğtişaşlar onu göstərir ki, ölkədə iqtisadi-sosial çətinliklər var”.
Bunu Fransa Respublikasının Milli Assambleyasının deputatı Jean Victor Castor Bakıda “Kolonializmin tamamilə aradan qaldırılmasına doğru” mövzusundakı tədbir çərçivəsində keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, Fransada baş verənlər hökumətin siyasətinin nəticəsidir.
“Təəccüblü deyil, vəziyyətin bu yerə çatması gözlənilən idi. Əhali Fransa siyasətindən əziyyət çəkir. Biz Fransa siyasətinin qurbanlarıyıq”, – deyə o əlavə edib.
Onun sözlərinə görə, Fransada hamı deyir ki, hökumətin siyasətindən əziyyət çəkir:
“Polis zorakılığı haqqında danışarkən, Prezident Emmanuel Makron deyir ki, elə şey yoxdur. Amma ortada zorakılığa dair xeyli faktlar var”.