“NATO-nun Vilnüs sammitində Ukrayna alyansdakı gələcəyi ilə bağlı dəqiq cavab almalıdır”.
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
“Əgər alyans qüdrətli olmaq istəyirsə və öz mövcudluğunu Ukraynasız görmürsə, biz də NATO-da gələcəyimizlə bağlı dəqiq və konkret cavab almaq istəyirik. Biz başa düşürük ki, müharibə zamanı NATO-nun üzvü ola bilmərik. Amma əmin olmalıyıq ki, müharibədən sonra biz onun üzvü olacağıq və bu, bizim almaq istədiyimiz siqnaldır”, – deyə Zelenski bildirib.
O xatırladıb ki, hələlik Ukrayna NATO-nun üzvü olmasa da, ölkəsi təhlükəsizlik zəmanəti almalıdır.