Cənubi Afrika Respublikası hökuməti Rusiya prezidenti Vladimir Putinin iştirak edəcəyi BRİKS sammitinə dəvətini geri götürmək istəyir.
Bu barədə TASS məlumat yayıb.
Bildirilir ki, buna səbəb Beynəlxalq Cinayət Məhkəməsi (ICC) tərəfindən Putinin “həbs edilməsi” haqqında orderin verilməsi olub.
“Bu asan deyil. Rusiya liderinin Cənubi Afrika hakimiyyəti tərəfindən həbsi onu seçmiş xalqa qarşı təxribat olacaq”, – afrikalı nümayəndə TASS-a müsahibəsində deyib.
Qeyd edək ki, martın 17-də Beynəlxalq Cinayət Məhkəməsi Putin və Rusiya prezidentinin uşaq hüquqları üzrə komissarı Mariya Lvova-Belovanın ukraynalı uşaqların “qanunsuz deportasiyası” ittihamı ilə həbsinə order verib.