Rəsmi Berlin Rusiya diplomatlarının Almaniyadan kütləvi şəkildə çıxarılması ilə bağlı qərar qəbul edib.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Rusiya diplomatlarının Berlindən kütləvi şəkildə qovulmasına qarşılıqlı cavab vericək. Almaniya öhdəliklərini pozub. Onlar Rusiya-Almaniya münasibətlərini məhv etmək siyasəti yürüdürlər”, – məlumatda bildirilib.