“Zəngəzur dəhlizinin açılması ilə bağlı işlər davam etdirilir”.
Bunu Türkiyənin keçmiş Baş naziri Binəli Yıldırım Bakıda jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bu dəhliz bütün region ölkələri üçün faydalı olacaq: “Bu dəhliz İran və digər bölgə ölkələri üçün, o cümlədən Ermənistan üçün də faydalıdır. Onu da qeyd edim ki, İran Türkiyə kimi köklü bir dövlətdir. Zəngəzur dəhlizinin bir çox yöndən bölgə ölkələrinə faydası olacaq”.