Ermənistanın “Defender 23” sırasına daxil edilməsi sadəcə olaraq Pentaqonun daxili mətbuat xidməti komandasının səhvi olub.
Bu barədə ABŞ Müdafiə Nazirliyi “Amerikanın səsi”nin sorğusuna cavab olaraq bildirib.
Pentaqon qeyd edib ki, Ermənistan tərəfi heç vaxt “Defender 23” təlimlərində iştirak etməyib və iştirakçılar siyahısına daxil edilməməli idi.