![](https://addim.az/wp-content/uploads/2023/01/erdogan.jpg)
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsində prezident seçkilərinin may ayında keçiriləcəyini açıqlayıb.
Türkiyə Prezidenti bu barədə Antalyada keçirilən açılışda danışıb.
“Önümüzdə 5 ay var, 5 ay boyunca dayanmaq yoxdur”, – deyə Ərdoğan bildirib.
Qeyd edək ki, daha öncə Ərdoğan Türkiyədə prezident seçkilərinin mövsüm şərtlərini nəzərə alaraq iyunun 18-i deyil, bir qədər tez keçirilə biləcəyini demişdi.
“TRT haber”