Skip to content
10 Fevral, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 865)
  • Dünya (3. 183)
  • Gündəm (11. 088)
  • İdman (618)
  • İqtisadiyyat (568)
  • Kateqoriyasızlar (459)
  • Kriminal (1. 332)
  • Mədəniyyət (334)
  • Siyasət (2. 937)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« Yan    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Dünya
  • Dünya
  • Gündəm

Ermənistanın daha bir istəyi puç oldu

Ekspert: “Mülki missiyanın monitorinqi atəşkəsin Ermənistan tərəfindən pozulduğunu fiksə edib” Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə
Cavidan 15 Dekabr, 2022

Ekspert: “Mülki missiyanın monitorinqi atəşkəsin Ermənistan tərəfindən pozulduğunu fiksə edib”

Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozef Borel Brüsselin Azərbaycan-Ermənistan sərhədində monitorinq aparmaq üçün göndərdiyi mülki müşahidə missiyasının mandatını uzatmayacağını açıqlayıb. Müşahidə missiyası iki aya yaxındır Ermənistandadır və mandatının müddəti gələn həftə başa çatır. Beləliklə, Avropa İttifaqının Ermənistanda gələn həftə başa çatacaq müşahidə missiyasının mandatını uzatmayacağı açıqlandı. Ermənistan çox çalışırdı ki, mandatın müddəti uzadılsın. Bəs mülki missiyanın mandatının uzadılmamasında hansı faktorlar rol oynadı?

Yeganə Hacıyeva: Gürcüstan bu formatda qismən iştirak edəcək » BAYRAQDAR  MEDİA

Yeganə Hacıyeva

Politoloq Yeganə Hacıyeva “Yeni Müsavat”a bildirdi ki, Avropa İttifaqının mülki missiyası Azərbaycan-Ermənistan şərti sərhədində guya kimin atəşkəsi pozmasını fiksə etmək üçün nəzərdə tutulmuşdu. Monitorinq qrupu mülki təyinatlı olsa da, Avropa İttifaqı ölkələrindəki Ermənistan havadarları və İrəvan mülki missiya adı altında faktiki olaraq hərbçilər yerləşdirməyə çalışırdılar: “Ərazidə uzun müddət qalacaq hərbçilərdən ibarət beynəlxalq monitorinq qrupu olmasına çox çalışdılar. Bu işdə Fransa xüsusi canfəşanlıq etdi. Amma Azərbaycan tərəfinin kəskin etirazından sonra ümumilikdə 400 nəfərdən ibarət mülki missiya monitorinq qrupu əraziyə göndərildi. Mülki missiya iki ay ərzində sərhəddə gərginliyi monitorinq elədi. Azərbaycan mülki missiyanın monitorinq aparmasına ona görə razılıq vermişdi ki, əslində gərginliyin kim tərəfindən yaradıldığı Avropa İttifaqı səviyyəsində fiksə olunsun. Bu iki ay ərzində Ermənistan tərəfi dəfələrlə Azərbaycanı təxribata çəkməyə cəhdlər etdi. Lakin Azərbaycan təxribatlara uymadı. Nəticədə mülki missiya faktiki olaraq Ermənistan tərəfinin atəş açmasını qeydə aldı. Amma Ermənistan bunun əksini istəyirdi. Hətta ATƏT-dəki Ermənistan dostlarının iştirakı ilə bir qondarma missiya təşkil etdilər. Məqsəd o idi ki, Avropa İttifaqının mülki missiyası ermənilərin istədiyi kimi rəy hazırlamayacağı halda, həmin qondarma missiya alternativ “rəy” yaysın və həmin saxta rəyi sonra Avropa Parlamentinə çıxarsınlar. Ermənilər ilk vaxtlar Avropa İttifaqının mülki missiyasının vaxtının uzadılmasına çalışdı. Buna nail ola bilmədilər”.

Ekspertin sözlərinə görə, müddətin uzadılmamasının isə bir neçə səbəbi var: “Birinci səbəb odur ki, mülki missiyanın monitorinqi atəşkəsin Ermənistan tərəfindən pozulduğunu fiksə edib. Avropa İttifaqı institutlarındakı erməni lobbisi nümayəndələrinə qarşı cinayət işlərinin açılması da mülki missiyanın müddətinin uzadılmamasında səbəblərdən biri oldu. Avropa İttifaqında erməni maraqlarının  təbliğatçıları sırasında əsas simalardan biri Eva Kayl rüşvətxorluq ittihamı ilə tutuldu. Bu şəxs Avropa Parlamenti-Ermənistan dostluq qrupunun üzvü idi. Bu həbslər bu qrupu mülki missiyanın müddətinin uzadılması ilə bağlı çox da cəhdlər etməməyə, ehtiyatlı davranmağa sövq etdi. Apardıqları kampaniyaları davam etdirmədilər. Üçüncü səbəb isə ermənilərin yaydığı informasiyaların təsdiqini tapmaması, Azərbaycanın apardığı diplomatik iş, düzgün məlumatlandırma oldu”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Continue Reading

Previous: Paytaxtın bu yollarında tıxac var – Siyahı
Next: Ordumuzun mövqeləri atəşə tutuldu

Bölmənin digər xəbərləri

Moldovanın Baş naziri Kiyevə gedib
  • Cəmiyyət

Moldovanın Baş naziri Kiyevə gedib

10 Fevral, 2026
Rəşad Nəbiyev Salyanda vətəndaşları qəbul edəcək
  • Cəmiyyət

Rəşad Nəbiyev Salyanda vətəndaşları qəbul edəcək

10 Fevral, 2026
Hikmət Hacıyev Türkiyə XİN rəsmisi ilə regional prosesləri müzakirə edib
  • Gündəm

Hikmət Hacıyev Türkiyə XİN rəsmisi ilə regional prosesləri müzakirə edib

10 Fevral, 2026

Top 7 Xəbər

Moldovanın Baş naziri Kiyevə gedib 1

Moldovanın Baş naziri Kiyevə gedib

10 Fevral, 2026
Rəşad Nəbiyev Salyanda vətəndaşları qəbul edəcək 2

Rəşad Nəbiyev Salyanda vətəndaşları qəbul edəcək

10 Fevral, 2026
Hikmət Hacıyev Türkiyə XİN rəsmisi ilə regional prosesləri müzakirə edib 3

Hikmət Hacıyev Türkiyə XİN rəsmisi ilə regional prosesləri müzakirə edib

10 Fevral, 2026
Azərbaycanda pensiyaların nə qədər artacağı açıqlanıb 4

Azərbaycanda pensiyaların nə qədər artacağı açıqlanıb

10 Fevral, 2026
Milli maraqlarına zidd olan müstəsna hallarda strateji investisiyalar dövlət tərəfindən alınacaq 5

Milli maraqlarına zidd olan müstəsna hallarda strateji investisiyalar dövlət tərəfindən alınacaq

10 Fevral, 2026
Azərbaycan nefti cüzi bahalaşıb 6

Azərbaycan nefti cüzi bahalaşıb

10 Fevral, 2026
BİZİM TƏQVİM:10 fevralda baş vermiş tarixi hadisələr 7

BİZİM TƏQVİM:10 fevralda baş vermiş tarixi hadisələr

10 Fevral, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 865)
  • Dünya (3. 183)
  • Gündəm (11. 088)
  • İdman (618)
  • İqtisadiyyat (568)
  • Kateqoriyasızlar (459)
  • Kriminal (1. 332)
  • Mədəniyyət (334)
  • Siyasət (2. 937)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8865) Dünya (3183) Gündəm (11088) Kateqoriyasızlar (459) Kriminal (1332) Mədəniyyət (334) Siyasət (2937) Texnologiya (14) İdman (618) İqtisadiyyat (568)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Moldovanın Baş naziri Kiyevə gedib 10 Fevral, 2026
  • Rəşad Nəbiyev Salyanda vətəndaşları qəbul edəcək 10 Fevral, 2026
  • Hikmət Hacıyev Türkiyə XİN rəsmisi ilə regional prosesləri müzakirə edib 10 Fevral, 2026
  • Azərbaycanda pensiyaların nə qədər artacağı açıqlanıb 10 Fevral, 2026
  • Milli maraqlarına zidd olan müstəsna hallarda strateji investisiyalar dövlət tərəfindən alınacaq 10 Fevral, 2026
© Addim.az | MoreNews by AF themes.