Skip to content
2 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Dünya
  • Kim Çen In gizli saxladığı qızı ilə ilk dəfə görüntüləndi – Fotolar
  • Dünya
  • Gündəm

Kim Çen In gizli saxladığı qızı ilə ilk dəfə görüntüləndi – Fotolar

Şimali Koreya lideri Kim Çen In ilk dəfə kiçik qızı ilə ictimaiyyət qarşısına çıxıb. Addim.az CNN-ə istinadən xəbər
Cavidan 19 Noyabr, 2022
esas

Şimali Koreya lideri Kim Çen In ilk dəfə kiçik qızı ilə ictimaiyyət qarşısına çıxıb.

Addim.az CNN-ə istinadən xəbər verir ki, o, yeni tipli qitələrarası ballistik raketin orbitə buraxılması mərasiminə qızını da gətirib. Mərasimi qızının əlindən tutaraq seyr edən Şimali Koreya liderinin görüntülərini Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) yayımlayıb.

Agentlik yeni raketin “Hwasong-17” olduğunu, Pxenyan Beynəlxalq Hava Limanından buraxıldığını və 999,2 kilometr (621 mil) uçduğunu yazıb.
Ətraflı

Bu məqamda bildirək ki, Kim Çen Inın və ailəsinin şəxsi həyatı haqqında çox az informasiya məlumdur. Agentlik qızın adını açıqlamasa da, ekspertlər onun adının Ju Ae olduğunu və 12-13 yaşlarında olduğunu bildiriblər.

Qeyd edək ki, Şimali Koreya liderinin qızının varlığı heç vaxt açıq şəkildə təsdiqlənməyib. Onun iki qız və bir oğlan olmaqla üç övladının olduğu təxmin edilir. 2013-cü ildə keçmiş basketbol ulduzu Dennis Rodman Britaniyanın “Guardian” qəzetinə müsahibəsində Kimin Ju Ae adlı övladının olduğunu söyləmişdi. Rodman onun ailəsi ilə vaxt keçirdiyini, Kimi “yaxşı ata” kimi xarakterizə etdiyini və Kimin həyat yoldaşı Ri Sol Cu ilə danışdığını bildirib.

Həmçinin məlumatlara görə, Şimali Koreyanın dövlət mediası Cənubi Koreya kəşfiyyatının toyun baş tutduğu ilə bağlı faktları ortaya qoymasından təxminən üç il sonra, 2012-ci ilin iyul ayına qədər Kim və Rinin evliliyini elan etməyib. 2018-ci ildə isə Şimali Koreyanın dövlət mediası tərəfindən ona “hörmətli birinci xanım” titulu verilib. Bu, əvvəllər ona müraciətdə işlədilən “yoldaş” ifadəsindən bir pillə yuxarı idi. Mediada Rinin hamiləliyi də heç vaxt təsdiqlənməyib. Lakin Cənubi Koreya Milli Kəşfiyyat Xidmətinin (NIS) məlumatına görə, Kim və Rinin üç övladı var.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Rüşvət alarkən tutulan müdir və icra nümayəndəsinin işi üzrə daha bir sabiq məmur saxlanılıb
Next: Əli İnsanovdan İlham Əliyevə məktub: Bunu borc bilirəm!

Bölmənin digər xəbərləri

Screenshot 2026-07-02 145210
  • Dünya

Rusiya Xerson vilayətinə zərbə endirib, ölən və yaralananlar var

Cavidan 2 İyul, 2026
Screenshot 2026-07-02 102620
  • Cəmiyyət

Leyla Əliyeva Yevlaxda məktəb binasının açılışında iştirak edib

Cavidan 2 İyul, 2026
Screenshot 2026-07-02 094125
  • Cəmiyyət

Vilayət Eyvazov daxili işlər orqanlarının şəxsi heyətini Polis Günü münasibətilə təbrik edib

Cavidan 2 İyul, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 682)
  • Dünya (3. 431)
  • Gündəm (11. 921)
  • İdman (670)
  • İqtisadiyyat (603)
  • Kateqoriyasızlar (519)
  • Kriminal (1. 406)
  • Mədəniyyət (355)
  • Siyasət (3. 008)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Qazaxıstanın Azərbaycandakı səfirinə yeni diplomatik rütbə verilib 1
  • Cəmiyyət

Qazaxıstanın Azərbaycandakı səfirinə yeni diplomatik rütbə verilib

2 İyul, 2026
Rusiya Xerson vilayətinə zərbə endirib, ölən və yaralananlar var Screenshot 2026-07-02 145210 2
  • Dünya

Rusiya Xerson vilayətinə zərbə endirib, ölən və yaralananlar var

2 İyul, 2026
AAYDA: Bakıda daha iki yol sahəsində təmir işləri aparılır Screenshot 2026-07-02 130551 3
  • Cəmiyyət

AAYDA: Bakıda daha iki yol sahəsində təmir işləri aparılır

2 İyul, 2026
KOBİA: Cənubi Qafqaz regionunda vençur kapitala və mələk investisiyalara ehtiyac var Screenshot 2026-07-02 123123 4
  • Cəmiyyət

KOBİA: Cənubi Qafqaz regionunda vençur kapitala və mələk investisiyalara ehtiyac var

2 İyul, 2026
“Arzum” ləqəbli bloqer məhkəmə zalından həbs edilib Screenshot 2026-07-02 113942 5
  • Cəmiyyət

“Arzum” ləqəbli bloqer məhkəmə zalından həbs edilib

2 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9682) Dünya (3431) Gündəm (11921) Kateqoriyasızlar (519) Kriminal (1406) Mədəniyyət (355) Siyasət (3008) Texnologiya (15) İdman (670) İqtisadiyyat (603)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.