“Taxıl sazişi”nin müddəti 120 gün uzadılıb.
Bu barədə məlumatı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan öz rəsmi tviter hesabında paylaşıb.
“Rusiya, Türkiyə, Ukrayna və BMT-nin qəbul etdiyi qərar əsasında “taxıl sazişi”nin müddəti noyabrın 19-dan başlayaraq 120 gün uzadılır”, – deyə Ərdoğan qeyd edib.