Skip to content
7 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Dünya
  • Zelenskidən 10 addımlıq Ukrayna “sülh formulu” təklifi”
  • Dünya
  • Gündəm

Zelenskidən 10 addımlıq Ukrayna “sülh formulu” təklifi”

Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə müharibəni dayandırmağın yolları və müharibənin yaratdığı qlobal problemlərin həlli variantları barədə təklif irəli
Cavidan 15 Noyabr, 2022
1668524217_FotoJet - 2022-11-15T173344.368 (1)

Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə müharibəni dayandırmağın yolları və müharibənin yaratdığı qlobal problemlərin həlli variantları barədə təklif irəli sürüb.

G20 sammitində onlayn çıxışı zamanı Zelenski bunun üçün on addımlıq formul təklif edib.

O, birinci bənd kimi radiasiya və nüvə təhlükəsizliyini qeyd edib. Həmçinin Rusiyanın nüvə şantajının qarşısının alınmasının önəmini vurğulayıb.

Bunun üçün o, Rusiya qoşunlarının Zaporojye atom elektrik stansiyasından (AES) çıxarılmasını, stansiyanın BAEA-nın və Ukrayna personalının nəzarətinə verilməsini təklif edib.

İkinci bənddə Zelenski “Taxıl sazişi”nin müddətinin qeyri-müəyyən müddətə uzadılmasını və həmçinin Nikolayev və Olviya limanlarına qədər genişləndirilməsini təklif edib.

Ukrayna prezidenti üçüncü bənd olaraq enerji təhlükəsizliyi məsələsini qaldırıb. Zelenski hava hücumundan müdafiə və raketdən müdafiə sistemlərinə görə tərəfdaşlara təşəkkür edib və bu cür yardımların daha da artırılmasına çağırıb.

Dördüncü bənd kimi, Zelenski beynəlxalq ictimaiyyəti məhbusların azad edilməsi ilə bağlı işlərə kömək etməyə çağırıb.

Beşinci və altıncı bəndlər altında Ukrayna lideri BMT Nizamnaməsinin yerinə yetirilməsi və Rusiyaya heç bir güzəştə getmədən Ukraynanın ərazi bütövlüyünün bərpasını qeyd edib. Həmçinin bütün Rusiya qoşunlarının Ukrayna ərazisindən çıxarılması və hərbi əməliyyatların dayandırılmasının, Ukraynanın sərhədin bütün hissələrinə nəzarətinin bərpasının zəruriliyini bildirib.

Yeddinci bənddə Zelenski təcavüz cinayətinə görə ədalətin təmin edilməsini vurğulayıb. Bunun üçün təcavüz cinayəti üzrə xüsusi tribunalın və müharibənin vurduğu zərərin Rusiya hesabına ödənilməsi üçün beynəlxalq mexanizmin yaradılmasını təklif edib.

Səkkizinci bənddə müharibənin ətraf mühitə vurduğu ziyanın qiymətləndirilməsi və onun nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlərdən bəhs edib.

Təklif olunan düsturun doqquzuncu bəndi eskalasiyanın və yenidən təcavüzün qarşısının alınmasıdır ki, Ukrayna bunun üçün artıq Kiyev Təhlükəsizlik Müqaviləsi təklif edib.

“Biz Avro-Atlantik məkanda müharibədən sonrakı təhlükəsizlik arxitekturasının əsas elementlərinin, o cümlədən Ukrayna üçün təminatların qeydə alınması məqsədilə beynəlxalq konfrans keçirməliyik. Konfransın əsas nəticəsi kimi isə Kiyev Təhlükəsizlik Müqaviləsi imzalanmalıdır”, – deyə Zelenski bildirib.

O qeyd edib ki, bu məsələ “hətta bu il” həyata keçirilə bilər.

Düsturun onuncu bəndi isə müharibənin başa çatmasını təyin edən sənəddir.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: “Azərbaycanın NATO ilə sıx əməkdaşlıq platforması var” – Prezident
Next: İlham Əliyev Albaniyanın Baş naziri ilə GÖRÜŞDÜ

Bölmənin digər xəbərləri

Screenshot 2026-07-06 122743
  • Dünya

Zelenski: “Patriot” üçün raketlərin Ukraynaya verilməməsi Rusiyanı yeni hücumlara həvəsləndirir

Cavidan 6 İyul, 2026
Screenshot 2026-07-06 095348
  • Dünya

Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var

Cavidan 6 İyul, 2026
Ekran şəkli 2026-07-04 124159
  • Dünya

Ukrayna Rusiya paytaxtına kütləvi dron hücumu edib

Cavidan 4 İyul, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 694)
  • Dünya (3. 436)
  • Gündəm (11. 925)
  • İdman (672)
  • İqtisadiyyat (603)
  • Kateqoriyasızlar (520)
  • Kriminal (1. 408)
  • Mədəniyyət (356)
  • Siyasət (3. 009)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Cəlilabadın Göytəpə şəhərində Şəhidlər kompleksinin tikintisinə başlanılıb Screenshot 2026-07-06 183955 1
  • Cəmiyyət

Cəlilabadın Göytəpə şəhərində Şəhidlər kompleksinin tikintisinə başlanılıb

6 İyul, 2026
Prezident ARDNF-in ötənilki büdcəsinin icrasını təsdiq edib Screenshot 2026-07-06 181728 2
  • Cəmiyyət

Prezident ARDNF-in ötənilki büdcəsinin icrasını təsdiq edib

6 İyul, 2026
Bakının mərkəzi piyada zonalarında ödənişsiz şatllar fəaliyyətə başlayıb Screenshot 2026-07-06 125223 3
  • Cəmiyyət

Bakının mərkəzi piyada zonalarında ödənişsiz şatllar fəaliyyətə başlayıb

6 İyul, 2026
Zelenski: “Patriot” üçün raketlərin Ukraynaya verilməməsi Rusiyanı yeni hücumlara həvəsləndirir Screenshot 2026-07-06 122743 4
  • Dünya

Zelenski: “Patriot” üçün raketlərin Ukraynaya verilməməsi Rusiyanı yeni hücumlara həvəsləndirir

6 İyul, 2026
Şuşada çərkəz musiqiləri ifa edilib Screenshot 2026-07-06 115014 5
  • Mədəniyyət

Şuşada çərkəz musiqiləri ifa edilib

6 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9694) Dünya (3436) Gündəm (11925) Kateqoriyasızlar (520) Kriminal (1408) Mədəniyyət (356) Siyasət (3009) Texnologiya (15) İdman (672) İqtisadiyyat (603)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.