“Dost və qardaş ölkə olan Azərbaycanı müstəqilliyinin bərpasının 30-cu ildönümü münasibətilə təbrik edirik”.
Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin tviter hesabındakı paylaşımda bildirilib.
“Azərbaycanlı türk qardaşlarımıza bir və bərabər olduğumuz neçə gözəl sabahlar arzulayırıq”, – paylaşımda qeyd olunub.