Skip to content
29 İyun, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Dünya
  • Markedonov: Pelosi gəldi deyə, Bakıya “səlib yürüşü”?.. – NƏ BAŞ VERİR?
  • Dünya

Markedonov: Pelosi gəldi deyə, Bakıya “səlib yürüşü”?.. – NƏ BAŞ VERİR?

Real vaxt rejimində Nensi Pelosinin İrəvan səfərini izləyirəm. Mən nə deyə bilərəm? Bəzi Teleqram kanalları (hətta ABŞ-a şübhə
Cavidan 19 Sentyabr, 2022
1663565466_888

Real vaxt rejimində Nensi Pelosinin İrəvan səfərini izləyirəm. Mən nə deyə bilərəm? Bəzi Teleqram kanalları (hətta ABŞ-a şübhə ilə yanaşanlar da) Vaşinqtonun nəhayət Ermənistanın tərəfini tutduğunu yazır (bu, guya Pelosinin Azərbaycanın “ölümcül hücumlarını” pisləməklə bağlı bəyanatlarından irəli gəlir). Amma bu, belə deyil və tezliklə bu qənaətimin doğruluğu təsdiqlənəcək.

Addim.az axar.az-a istinadla xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markedonov Feysbuk səhifəsində yazıb.

“1. ABŞ Türkiyə ilə əməkdaşlıqdan imtina etməyəcək (NATO üzvü, blokun özündən sonra ikinci hərbi qüvvəsi ilə).

  1. ABŞ AB-də enerji problemləri fonunda Azərbaycan və Ermənistan arasında seçim etməyəcək. Və təbii ki, Bakının ən mühüm tərəfdaşı olan İsraili tək buraxmayacaq. Onlar üçün İranı cilovlamaq, Türkiyəni geosiyasi ekzotizmdə saxlamaq və Rusiyanı Qafqazdan sıxışdırmaq üç əsas məqsəddir. Əsas vəzifələri isə ümumilikdə kimisə, konkret olaraq da Moskva, Ankara və Tehranın Avrasiya ittifaqına mane olmaqdır.
  2. Ermənistan sürətlə NATO-ya qəbul edilməyəcək, (ora hətta Gürcüstan və Ukraynanı qəbul etmirlər), onlar da Rusiyanın yerinə sülhməramlılar göndərməyəcəklər.
  3. Aleksandropiya – 1920-ci ildən bəri Rusiya-Ermənistan münasibətlərində Moskvanın kifayət qədər səy göstərməməsi və bu qəbildən olan digər arqumentlər mövzusu vaxtaşırı gündəmə gətirilir. Və demək olmaz ki, Rusiyanı tənqid edənlər həmişə və birmənalı olaraq yanılırlar. Bir nüans: Qərb bundan yaxşısını təklif etmir və etməyəcək də. Qarabağın qayıdışı, Bakıya və ya Ankaraya qarşı səlib yürüşü olmayacaq! Nöqtə və beş nida!
  4. Və sonuncu: Əgər Moskvanın bugünkü mövqeləri daha dəqiq olsaydı, bütün bu gözləntilərin, “Amerikanofiliya” partlayışlarının qarşısını almaq olardı, rəsmi olaraq. Paşinyanı günahlandırmağı dayandırın. Onunla yanaşı, bizim regionda maraqlarımız var və onlar haqqında danışmaq lazımdır. Bəli, biz sırf erməni maraqlarının operatoru ola bilmərik. Bəli, Azərbaycan və Türkiyə ilə münasibətlər saxlamalıyıq. İtirəcəyimiz şeylər var. Amma Bakı və Ankaranın Rusiyanın himayəsi altında güzəştə getmədən İrəvan üzərində dağıdıcı hesabla qalib gəlməsi bunlardan deyil. Paşinyan nə qədər pis və zəif iradəli olsa da. Ona və ümumiyyətlə, erməni siyasətçilərinə çoxlu suallar var. Amma indi söhbət onlardan deyil, bizdən gedir. 2020-ci ilin noyabrında İrəvana güzəşt olunmalı idi.

Amma bu gün Ermənistanı susqunluğumuzla bitirmək (hətta 2022-ci ilin sentyabrında silahlı eskalasiyanın dayandırılmasında Moskvanın real vasitəçiliyi belə media sferasından irəli getmirdi) şübhəsiz ki, pis ssenaridir. Yüz, hətta minincə dəfə təkrar edirəm. Böhran vəziyyətinə cavab vermək bivecliklə sinonim deyil. Amma bu, olmalıdır və mənalı sükutla əvəzlənməməlidir”, – rusiyalı politoloq bildirib.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Tələbələrin yataqxana dərdinin səbəbi nədir? – ARAŞDIRMA + FOTO
Next: Azərbaycanda DƏHŞƏT: 14 yaşlı qız həşərat dərmanı içərək öldü

Bölmənin digər xəbərləri

6a427bb62db0e6a v
  • Dünya

Ukrayna ordusu üç körpünü, sursat anbarını və idarəetmə məntəqələrini vurub

Cavidan 29 İyun, 2026
6a427200e36e46av
  • Dünya

KİV: İsrail və Livan arasında sülh danışıqlarının yeni raundu sabah keçiriləcək

Cavidan 29 İyun, 2026
6a426a830e8966a426 v
  • Dünya

Qaluzin: TRIPP-in perspektivləri birmənalı deyil

Cavidan 29 İyun, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 660)
  • Dünya (3. 427)
  • Gündəm (11. 908)
  • İdman (669)
  • İqtisadiyyat (603)
  • Kateqoriyasızlar (518)
  • Kriminal (1. 406)
  • Mədəniyyət (355)
  • Siyasət (3. 007)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Ukrayna ordusu üç körpünü, sursat anbarını və idarəetmə məntəqələrini vurub 6a427bb62db0e6a v 1
  • Dünya

Ukrayna ordusu üç körpünü, sursat anbarını və idarəetmə məntəqələrini vurub

29 İyun, 2026
KİV: İsrail və Livan arasında sülh danışıqlarının yeni raundu sabah keçiriləcək 6a427200e36e46av 2
  • Dünya

KİV: İsrail və Livan arasında sülh danışıqlarının yeni raundu sabah keçiriləcək

29 İyun, 2026
Sabahdan bəzi rayonlarda yağış yağacaq, külək güclənəcək – XƏBƏRDARLIQ – YENİLƏNİB JlUrdPT2xgmb3zqys0E v 3
  • Cəmiyyət

Sabahdan bəzi rayonlarda yağış yağacaq, külək güclənəcək – XƏBƏRDARLIQ – YENİLƏNİB

29 İyun, 2026
Qaluzin: TRIPP-in perspektivləri birmənalı deyil 6a426a830e8966a426 v 4
  • Dünya

Qaluzin: TRIPP-in perspektivləri birmənalı deyil

29 İyun, 2026
Sepah zəifləyərsə, İran güclənər – ABŞ-İslam Respublikası savaşı bitər – ŞƏRH oqMb8BaqfPh v 5
  • Cəmiyyət

Sepah zəifləyərsə, İran güclənər – ABŞ-İslam Respublikası savaşı bitər – ŞƏRH

29 İyun, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9660) Dünya (3427) Gündəm (11908) Kateqoriyasızlar (518) Kriminal (1406) Mədəniyyət (355) Siyasət (3007) Texnologiya (15) İdman (669) İqtisadiyyat (603)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.