Skip to content
6 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Dünya
  • Taxıl əkini sahələrinin 50,6 faizində yay şumu aparılıb
  • Dünya
  • Gündəm

Taxıl əkini sahələrinin 50,6 faizində yay şumu aparılıb

Bölgələrdə taxıl biçini başa çatmış sahələrdə yay şumunun aparılması davam edir. İyunun 26-dək ölkə üzrə 456556 hektar sahədə
Cavidan 26 İyul, 2022
1658814796__Z2I8441

Bölgələrdə taxıl biçini başa çatmış sahələrdə yay şumunun aparılması davam edir. İyunun 26-dək ölkə üzrə 456556 hektar sahədə yay şumu aparılıb.

Yay şumu aparılan sahələr növbəti il üçün proqnozlaşdırılan taxıl əkini sahələrinin 50.6 faizini təşkil edir.

Biçilmiş sahələrdə ən şox yay şumu Sabirabad (87.1%), Hacıqabul (84.9%), Neftçala (84.4%), Bərdə (84.4%), Yevlax (83.2%) və Ucar (81.5%) rayonlarında aparılıb.

Qeyd edək ki, mineral gübrələrin elmi əsaslarla verilməsi taxılın qida maddələrinə olan tələbatını ödəyir və buna görə də, müasir dövrdə taxıllar eyni tarlada 2-3 il fasiləsiz əkilir. Belə hallarda taxıldan sonra yenə taxıl əkiləcək sahənin hazırlanmasına kövşənliyin üzlənməsindən başlanmalıdır. Bu əməliyyat adətən torpaqda olan nəmliyin saxlanması və alaq cücərtilərinin məhv edilməsi məqsədilə aparılır. Lakin Azərbaycanda suvarılan bölgələrdə taxılın vegetasiyasının sonunda torpaq o dərəcədə quru olur ki, burada aparılan üzləmə nəmlik toplamaq və onu saxlamaqda bir tədbir kimi özünü doğrultmur. Əksinə, quru torpaqda aparılan üzləmə onu bir daha da qurudur və strukturunu pozur, nəticədə əsas şumun aparılması da gecikir. Gec aparılmış şumda sahə kəltənli olur və onu səpinqabağı ən azı 4-5 dəfə ağır mala və başqa alətlərlə yenidən becərmək lazım gəlir. Ona görə də taxıldan sonra sahənin taxıl üçün hazırlanması zəmi biçilən kimi torpağı dərhal laydırlı kotanla 25-30 sm dərinlikdə şumlamaq məsləhətdir.

Dəmyə şəraitdə isə 6-8 sm dərinlikdə üzləmə yaxşı nəticə verir.

Yay şumundan sonra növbəti taxıl səpininə üç-dörd ay vaxt qalır. Bu müddətdə yay şumunu bir neçə dəfə diskli alətlə becərməklə onu normal hala gətirmək olur. Belə ki, bu müddət ərzində torpaq hamarlanır, yumşaq səpin qatı yaranır ki, buna bir növ torpağın yarımherik üsulu ilə becərilməsi deyilir.

Payızda qaldırılmış şumda isə becərməyə vaxt az qaldığından keyfiyyətli becərmə aparmaq müəyyən qədər çətin olur. Ona görə də payız şumuna nisbətən yay şumu böyük üstünlüyə malikdir.

Yay şumu davam edir.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: “İşçilərin yaşından başqa heç nə dəyişməyib” – AzTV-dən AMEA-ya sərt tənqid
Next: Xaçmazda OLAY: Kişi arvadını və ailə üzvlərini bıçaqladı

Bölmənin digər xəbərləri

Screenshot 2026-07-06 095348
  • Dünya

Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var

Cavidan 6 İyul, 2026
Ekran şəkli 2026-07-04 124159
  • Dünya

Ukrayna Rusiya paytaxtına kütləvi dron hücumu edib

Cavidan 4 İyul, 2026
6a3cb1706cada6a v
  • Dünya

Neftin qiyməti 72 dolları ötüb

Cavidan 4 İyul, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 691)
  • Dünya (3. 435)
  • Gündəm (11. 925)
  • İdman (672)
  • İqtisadiyyat (603)
  • Kateqoriyasızlar (520)
  • Kriminal (1. 408)
  • Mədəniyyət (355)
  • Siyasət (3. 009)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

“Neftçi” bu gün yoxlama oyununda “Partizan”la üz-üzə gələcək Screenshot 2026-07-06 105623 1
  • İdman

“Neftçi” bu gün yoxlama oyununda “Partizan”la üz-üzə gələcək

6 İyul, 2026
Şərurda bir ailənin üç üzvünün öldüyü qəza ilə bağlı cinayət işi başlanılıb Screenshot 2026-07-06 102423 2
  • Kriminal

Şərurda bir ailənin üç üzvünün öldüyü qəza ilə bağlı cinayət işi başlanılıb

6 İyul, 2026
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var Screenshot 2026-07-06 095348 3
  • Dünya

Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var

6 İyul, 2026
Günün qoroskopu: Maliyyə mövzuları bu gün gündəminizdə olacaq Screenshot 2026-07-06 090951 4
  • Cəmiyyət

Günün qoroskopu: Maliyyə mövzuları bu gün gündəminizdə olacaq

6 İyul, 2026
Ağdamda ata və iki azyaşlı övladı su anbarında boğulub Ekran şəkli 2026-07-04 160124 5
  • Kriminal

Ağdamda ata və iki azyaşlı övladı su anbarında boğulub

4 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9691) Dünya (3435) Gündəm (11925) Kateqoriyasızlar (520) Kriminal (1408) Mədəniyyət (355) Siyasət (3009) Texnologiya (15) İdman (672) İqtisadiyyat (603)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.