Skip to content
11 Dekabr, 2025
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 478)
  • Dünya (3. 046)
  • Gündəm (10. 594)
  • İdman (593)
  • İqtisadiyyat (550)
  • Kateqoriyasızlar (437)
  • Kriminal (1. 294)
  • Mədəniyyət (322)
  • Siyasət (2. 909)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Dekabr 2025
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031  
« Noy    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Dünya
  • Dünya

Bakıdan İrəvan və müttəfiqinə barıt qoxulu xəbərdarlıq – GƏLİŞMƏ

Qarabağdan qanunsuz erməni silahlılarının çıxarılması məsələsi heç vaxt olmadığı qədər, bütün ciddiliyi ilə gündəmə gəlib. Ötən həftə, 2022-ci
Cavidan 19 İyul, 2022

Qarabağdan qanunsuz erməni silahlılarının çıxarılması məsələsi heç vaxt olmadığı qədər, bütün ciddiliyi ilə gündəmə gəlib. Ötən həftə, 2022-ci ilin 6 ayın yekununa həsr olunmuş müşavirədə Azərbaycan Prezidenti İlham Əliyev bu məsələyə məxsusi toxundu. Azərbaycanın öz imzasına sadiq qaldığı halda, erməni tərəfi və Rusiya liderindən 10 noyabr kapitulyasiya aktına münasibətdə eyni münasibət görmədiyini təəssüflə vurğuladı.

Ən önəmlisi, İlham Əliyev sənədin bu haqda olan müvafiq 4-cü bəndinin indiyədək icrasız qalmasının məsuliyyətini açıq şəkildə və haqlı olaraq, əsasən Rusiyanın üzərinə qoydu. Həm də yetərincə sərt formada. Ona görə ki, Ermənistanın şəriksiz yiyəsi hələ ki, Rusiyadır. Prezidentin sözlərindən o da məlum oldu ki, Rusiya tərəfi hətta vəd veribmiş ki, uzağı bu ilin iyun ayınadək erməni hərbi hissələri Qarabağdan çıxarılacaq. Amma vəd yerinə yetirilməyib.

Prezidentin məlum fikirlərini əlbəttə ki, sadəcə, giley-güzar saymaq yanlış olardı. Bu, həm də konkret narazılıq və Bakının səbir kasasının dolmaq üzrə olması barədə Kremlə bəlkə də axırıncı xəbərdarlıq idi. Yəni “nəyi, nə zaman edəcəyini yaxşı bilən” Azərbaycan lideri bununla həm Moskvaya, həm də onun satellitinə aydın bir mesaj göndərdi ki, mövcud vəziyyətə – Rusiya və Ermənistanın xüsusən də 4-cü bəndə laqeyd yanaşmasına Azərbaycan uzun müddət seyrçi qalmayacaq. Qalması mümkünsüz.

*****

Başqa sözlə, Rusiya qanunsuz silahlı dəstələri ərazimizdən çıxarmasa, bu işi Azərbaycan Ordusu görəcək. Daha doğrusu, onu kiçik bir hissəsi. Ola bilsin heç xüsusi təyinatlılara, komanda qüvvələrinə ehtiyac da olmasın.

“Qarabağdakı bütün qanunsuz erməni silahlı dəstələrin dislokasiya yerləri məlumdur. Azərbaycanın Ermənistan silahlı qüvvələrinin ərazimizdəki qalıqlarına hətta birbaşa təmas olmadan, pilotsuz təyyarələr və ya digər hərbi vasitələrlə dəqiq və çox ağrılı zərbələr endirmək imkanı var”.

DİA.AZ-ın məlumatına görə, bunu Minval.az-a müsahibəsində politoloq, Milli Məclisin deputatı Rasim Musabəyov deyib.

Politoloqun qənaətincə, Prezident Əliyevin sözləri publik xəbərdarlıq kimi qəbul edilməlidir. Onun əminliyinə görə, bu, həm Ermənistana, həm də Qarabağdakı Rusiya sülhməramlılarının komandanlığına ünvanlanıb.

“Üçtərəfli bəyanat var, həmin sənədə görə Ermənistan silahlı qüvvələri Azərbaycan ərazisində qala bilməz. Fərqi yoxdur, ora çağırışla göndərilən ermənilər olsun, ya da Ermənistan Müdafiə Nazirliyinin vəsaiti hesabına əraziyə cəlb edilmiş müqaviləli hərbçilər. Ermənistandan olsun, ya da yerli Qarabağ erməniləri arasından. Bunun da fərqi yoxdur. Bütün hallarda bu, Ermənistan silahlı dəstələrinin ərazimizdə qanunsuz mövcudluğu anlamındadır”, – deyə ekspert qeyd edib.

Musabəyov bir daha Prezidentin xəbərdarlığının publik xarakterli olmasına diqqət yönəldib: “Bu o deməkdir ki, əgər xəbərdarlıq eşidilməzsə və yaxud lazımınca qəbul olunmazsa, Azərbaycanın Ermənistan qüvvələrinin ərazimizdə mövcudluğunun qəbuledilməzliyini göstərmək imkanına, həm də güc tətbiqi ilə göstərmək imkanına malikdir. Onların bütün dislokasiya yerləri məlumdur. Azərbaycanın Ermənistan silahlı dəstələrinin ərazimizdəki qalıqlarına hətta birbaşa təmas olmadan, PUA-lar və ya digər hərbi vasitələrlə dəqiq və çox ağrılı zərbələr endirmək imkanındadır. Çətin ki, bu, regionda sülhü və uzunmüddətli sabitliyi yaxınlaşdırsın. Ona görə də inanmaq istərdim ki, həm Rusiya hərbi komandanlığı, həm də Ermənistanın siyasi-hərbi rəhbərliyi özləri üçün müvafiq nəticələr çıxaracaqlar”.

*****

Ən əvvəl isə erməni tərəfi, Paşinyan komandası ağlını başına yığmalı və unutmamalıdır ki, 10 noyabr sənədi hansısa “JEK arayışı” deyil, Ermənistanın konkret hüququ öhdəliklərinin əks olunduğu kapitulyasiya aktıdır. Könül məsələsi deyil, məcburi sənəddir. Yəni onun hansısa bəndindən imtina, yaxud bəndlərin təftiş edilməsi avtomatik şəkildə müharibənin qaldığı yerdən davam eləməsi anlamına gələcək.

Bu gerçəyi Nikol Paşinyanın Azərbaycanla imzaladığı bütün sənədlərin qeyri-legitim elan eləməyə hazırlaşan Ermənistandakı Rusiyaya bağlı radikal-revanşist müxalifət də qulağında sırğa eləsə, yaxşı olar. Köhnə əyyamlara şəkləri getməsin.

Amma diqqət edin, az öncə Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini Saak Saakyan bəyanat verdi ki, Qarabağa çağırışçılar əvəzinə muzdlu hərbçilər göndərəcək. Bugünlərdə isə Paşinyan məhz qarabağlı Edvard Asryanı Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi təyin edib. Nə demək bu? Ermənistan Azərbaycana əlcəkmi atır?..

*****

İrəvanın sülhdən qaçdığı və əslində altdan-altdan müharibəyə hazırlaşdığına dair daha dəlil-sübut.

İyulun 16-da Tiflisdə Azərbaycan və Ermənistan xarici işlər nazirləri – Ceyhun Bayramov və Ararat Mirzoyan arasında ilk dəfə birbaşa görüş olub. Lakin Mirzoyan bu görüşdə də köhnə havanı çalıb. Ermənistan XİN-in yaydığı məlumata görə, o, görüşdə “Qarabağ konfliktinin həlli zəruriliyi”ndən danışıb və üstəlik, “Dağlıq Qarabağ probleminin həllində Minsk Qrupu həmsədrliyi institutunun təcrübəsindən istifadənin vacibliyini” vurğulayıb.

Hansı “Dağlıq Qarabağ problemi”, hansı “Minsk Qrupu”? Aydındır ki, bu, təkcə Mirzoyanın yox, ümumən Paşinyan komandasının mövqeyidir.

Yaxud belə bir fakt: “Past” erməni qəzeti “artsax”dakı mənbələrinə istinadən yazıb ki, separatçılar dekabrda “konstitusiya”ya dəyişikliklərlə bağlı “referendum” keçirməyi planlaşdırır. Məlumata görə, dəyişikliyə məruz qalan əsas məsələlərdən biri “prezident seçkiləri”nin proseduru ilə bağlıdır. Yəni yenə seçki şousu, Azərbaycan dövlətinə, onun suverenliyi və ərazi bütövlüyünə qarşı de-marş.

Beləcə, rəsmi İrəvan Azərbaycana ərazi iddiasını hər addımda həyasızcasına büruzə verir. Əlbəttə ki, Rusiya “sülhməramlı” kontingentə güvənərək. Demək ki, “dəmir qapaz” üçün darıxıblar.

*****

Bu yerdə yada salaq: XİN başçılarının görüş anonsunu verən İlham Əliyev Tiflis danışıqlarından bir gün qabaq belə bir fikir söyləmişdi ki, nazirlərin görüşündən sonra Azərbaycanın hansı addımlar atacağı məlum olacaq.

Yəqin ki, bu addımları çox gözləmək lazım gəlməyəcək. Ermənistanın məğlub tərəf olduğunu ona əyani xatırlamağın vaxtı çatıb. Özü də təkcə bəyanatla yox. Azərbaycan artıq bir daha əmin olmaqdadlr ki, “dua ilə donuz darıdan çıxmayacaq…”

“Yeni Müsavat”

Continue Reading

Previous: Lavrov Qərbə ÇAĞIRIŞ ETDİ
Next: Ermənistan müxalifəti müzakirə iclasına gəlməkdən imtina etdi

Bölmənin digər xəbərləri

Mərakeşdə iki bina uçub, 19 nəfər ölüb
  • Dünya

Mərakeşdə iki bina uçub, 19 nəfər ölüb

10 Dekabr, 2025
Almaniya 52 milyard avroluq müdafiə sifarişlərini təsdiqləyəcək
  • Dünya

Almaniya 52 milyard avroluq müdafiə sifarişlərini təsdiqləyəcək

9 Dekabr, 2025
Gürcüstanın keçmiş müdafiə naziri həbsdə saxlanılıb
  • Dünya

Gürcüstanın keçmiş müdafiə naziri həbsdə saxlanılıb

8 Dekabr, 2025

Top 7 Xəbər

Bakıda Qətərin Milli Günü münasibətilə rəsmi qəbul keçirilib 1

Bakıda Qətərin Milli Günü münasibətilə rəsmi qəbul keçirilib

11 Dekabr, 2025
Yaponiya ilə ABŞ Çin və Rusiya təyyarələrinin uçuşlarına cavab olaraq birgə təlim keçirib 2

Yaponiya ilə ABŞ Çin və Rusiya təyyarələrinin uçuşlarına cavab olaraq birgə təlim keçirib

11 Dekabr, 2025
Azərbaycanda məhkəmə ekspertizasının inkişafına dair Konsepsiya təsdiq edilib 3

Azərbaycanda məhkəmə ekspertizasının inkişafına dair Konsepsiya təsdiq edilib

11 Dekabr, 2025
XİN: Rusiya ilə ABŞ arasında anlaşılmazlıqlar aradan qaldırılıb 4

XİN: Rusiya ilə ABŞ arasında anlaşılmazlıqlar aradan qaldırılıb

11 Dekabr, 2025
Sabah hava yağmursuz olacaq 5

Sabah hava yağmursuz olacaq

11 Dekabr, 2025
Qazaxıstan XİN: Ukrayna Xəzər boru kəməri ilə bağlı anlayış göstərib 6

Qazaxıstan XİN: Ukrayna Xəzər boru kəməri ilə bağlı anlayış göstərib

11 Dekabr, 2025
Paşinyanın təyyarəsi Ukrayna dronlarının hücumu səbəbindən Moskvaya enə bilməyib 7

Paşinyanın təyyarəsi Ukrayna dronlarının hücumu səbəbindən Moskvaya enə bilməyib

11 Dekabr, 2025

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 478)
  • Dünya (3. 046)
  • Gündəm (10. 594)
  • İdman (593)
  • İqtisadiyyat (550)
  • Kateqoriyasızlar (437)
  • Kriminal (1. 294)
  • Mədəniyyət (322)
  • Siyasət (2. 909)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8478) Dünya (3046) Gündəm (10594) Kateqoriyasızlar (437) Kriminal (1294) Mədəniyyət (322) Siyasət (2909) Texnologiya (14) İdman (593) İqtisadiyyat (550)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Bakıda Qətərin Milli Günü münasibətilə rəsmi qəbul keçirilib 11 Dekabr, 2025
  • Yaponiya ilə ABŞ Çin və Rusiya təyyarələrinin uçuşlarına cavab olaraq birgə təlim keçirib 11 Dekabr, 2025
  • Azərbaycanda məhkəmə ekspertizasının inkişafına dair Konsepsiya təsdiq edilib 11 Dekabr, 2025
  • XİN: Rusiya ilə ABŞ arasında anlaşılmazlıqlar aradan qaldırılıb 11 Dekabr, 2025
  • Sabah hava yağmursuz olacaq 11 Dekabr, 2025
© Addim.az | MoreNews by AF themes.