“İl-76” hərbi-nəqliyyat təyyarəsi mühərrik nasazlığı səbəbindən Rusiyanın Ryazan vilayəti yaxınlığında sərt eniş edib, qismən yerdə dağılıb, zərərçəkənlər tibb müəssisələrinə aparılıb.
Bu barədə Rusiya Müdafiə Nazirliyi bildirib.
“İyunun 24-də “İl-76″ hərbi-nəqliyyat təyyarəsi Ryazan vilayətində sərt eniş edib. Yüksüz təlim uçuşu zamanı müəyyən edilmiş mühərrik nasazlığı səbəbindən ekipaj yerə enmək qərarına gəlib”, – deyə Nazirlik qeyd edib.
Məlumata əsasən, xəsarət alan ekipaj üzvləri tibb müəssisələrinə yerləşdirilib.
Daha əvvəl mənbədən verilən məlumata görə, Ryazan yaxınlığında “İl-76” təyyarəsinin qəzaya uğraması nəticəsində 6 nəfərin yaralanıb, daha 3 nəfərin ölüb.
Mənbə: “İnterfaks”