Skip to content
6 Aprel, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 174)
  • Dünya (3. 303)
  • Gündəm (11. 523)
  • İdman (639)
  • İqtisadiyyat (581)
  • Kateqoriyasızlar (476)
  • Kriminal (1. 364)
  • Mədəniyyət (344)
  • Siyasət (2. 978)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930  
« Mar    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Dünya
  • Dünya

Rəisinin erməni spikerlə görüşündəki bəyanatı: İranın klassik yanaşması niyə özünü doğrultmur? – TƏHLİL

Ermənistan parlamentinin sədri Alen Robert Simonyan İrana səfər etdi, o, Prezident İbrahim Rəisi də daxil olmaqla bir sıra yüksək
Cavidan 18 İyun, 2022

Ermənistan parlamentinin sədri Alen Robert Simonyan İrana səfər etdi, o, Prezident İbrahim Rəisi də daxil olmaqla bir sıra yüksək vəzifəli şəxslərlə görüş keçirdi.

İbrahim Rəisi Simonyanla görüşündə belə bir ifadə işlətdi:

“İran Hind okeanı və Fars körfəzi, Qara dənizdən Avropaya qədər uzanan regionda yerləşən bölgə xalqları arasında yaxınlaşmanın gücləndirilməsini, sülh və rifahın təməllərini formalaşdıran yüksək geopolitik potensiala malikdir”.

Cənab Rəisi burada Fars körfəzi-Qara dəniz nəqliyyat koridoru mövzusuna işarə edir və bu dəhlizlə özünün proseslərdəki rolunu artırmağa çalışan təşəbbüsləri ortaya qoyur.

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian erməni spikerlə görüşündə isə həmin məsələni daha aydın ifadə edib.

İran Azərbaycan və Türkiyənin başlatdığı Zəngəzur dəhlizinin texniki-iqtisadi tərəflərinə qarşı dirəniş göstərməyib, onun həzm etmədiyi – bu dəhlizin sərhəd dəyişikliyi kontekstində reallaşma imkanlarıdır.

Buna görə də İran bir ara Fars körfəzi-Qara dəniz nəqliyyat dəhlizi layihəsini Ermənistanla əl-ələ verərək ayaqda saxlamağa çalışdı, ancaq bunun üçün lazım olan təminatı toplaya bilmədi.

Hind okeanı və Şərqi Asiyanı Avropa ilə birləşdirmək üçün İranın təqdim etdiyi bu layihənin ilkin marşrutu belə seçilmişdi: Tehran Fars körfəzindən Ermənistan və Gürcüstana, oradan isə Bolqarıstana və Yunanıstana uzanan nəqliyyat dəhlizi yaratmaq istəyirdi.  

Ancaq zaman keçdikcə Azərbaycanın regionda sürətlə böyüyən gücü İranın planlarını dəyişdirməyə vadar etdi və indi İslam Respublikasının həmin dəhliz ideyası Zəngəzur dəhlizinə inteqrasiya oluna bilər.

Bunun nişanələrini nədə görə bilərik? Bir neçə məqam:

1. 2021-ci ilin dekabrında İran, Azərbaycan və Gürcüstan Fars körfəzini Qara dənizlə birləşdirən tranzit marşrutunun işə salınacağı bildirildi. Razılaşmaya əsasən, İran Astarasından Azərbaycana və daha sonra Gürcüstan limanlarına, oradan isə Bolqarıstana və Şərqi Avropanın digər ölkələrinə sınaq tranzit həyata keçiriləcək;

2. 2022-ci ilin martında Azərbaycanla İran arasında Şərqi Zəngəzurla Naxçıvanı birləşdirən nəqliyyat xəttinin çəkilməsi üçün razılıq əldə edildi;

3. Zəngəzur dəhlizinə beynəlxalq marağın artması və Çinin də burada maraqlarının olması həmin layihəni daha cəlbedici edir, orta dəhliz imkanlarını artırır və onu böyük investisiyalara hazır vəziyyətə gətirir.

İranın layihəni öz istədiyi kimi alındıra bilməməsinin səbəblərini də izah etməyə çalışaq.

Nəzərə almaq lazımdır ki, İranın layihəsinin ilkin nüsxəsində yer alan Ermənistan, Gürcüstan, Bolqarıstan və Yunanıstan bu marşrut üçün pul xərcləməkdə xəsislik edəcəkdilər. Sanksiyaların tətbiq edildiyi İran isə digər ölkələrin də yerinə vəsait ayırmaq gücündə deyildi.

Yəni layihənin təşəbbüskarının geosiyasi vəziyyəti, maliyyə problemləri həmin nəqliyyat dəhlizinin gerçəkləşməsinə imkan vermədi.

İran Türkiyəni də prosesə cəlb etmək istəyirdi, lakin iki ölkə arasındakı rəqabət və maraq toqquşmaları Ankara-Tehran müştərək marağını yarada bilmədi.

İslam Respublikası özünün dəhlizə klassik yanaşmasının perspektivsiz və risklərlə zəngin olduğunu dərk edə-edə nisbətən yumşaldı.

Rəisinin Simonyana həmin dəhlizi xatırlatması, düşünürük ki, Zəngəzur dəhlizinə inteqrasiya kontekstində dəyərləndirilməlidir.

Çünki klassik yanaşma ilə İran özünün arzuları ilə nəticələr doğrultmadı, hərçənd ki, bundan sonra da Tehran Zəngəzur dəhlizinə rəqib kimi Fars körfəzi-Qara dəniz xəttini tezis kimi ortalığa atacaq.

Rəisi açıqlaması ilə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında İranın iştirak payına da toxunur, düzü, İranın sülhyaratma təşəbbüsündə effektiv iştirakını gözləməyə dəyməz.

İran yalnız Zəngəzur dəhlizi məntiqində iqtisadi fəallığını artırmaqla özünə fayda götürə bilər.

PROQNOZLAR:

1. İranla Ermənistan Azərbaycana qarşı kollektiv maraq yarada bilməyəcəklər;

2. Fars körfəzi-Qara dəniz layihəsi Zəngəzur dəhlizinin məntiqində əriyib gedəcək. Amma İran həmin layihənin aktuallığından imtina etməyəcək;

3. Azərbaycanla İran iqtisadi prioritetlərini təkmilləşdirəcəklər.

Oxu.az

Continue Reading

Previous: Bakıdan Saratova uçan təyyarə Xəzərə düşüb – 33 nəfərin öldüyü qəzanın təfərrüatı
Next: Türkiyə Balkan ölkələri arasında da vasitəçilik edə bilər

Bölmənin digər xəbərləri

SEPAH İsrailin konteyner gəmisini vurub
  • Dünya

SEPAH İsrailin konteyner gəmisini vurub

6 Aprel, 2026
Ukrayna Luqanskda kömür şaxtasına zərbə endirib, 41 mədənçi yerin altında qalıb
  • Dünya

Ukrayna Luqanskda kömür şaxtasına zərbə endirib, 41 mədənçi yerin altında qalıb

6 Aprel, 2026
Odessanın atəşə tutulması nəticəsində üç nəfər həlak olub
  • Dünya

Odessanın atəşə tutulması nəticəsində üç nəfər həlak olub

6 Aprel, 2026

Top 7 Xəbər

SEPAH İsrailin konteyner gəmisini vurub 1

SEPAH İsrailin konteyner gəmisini vurub

6 Aprel, 2026
Mürsəl İbrahimov Sabirabadda vətəndaşları qəbul edəcək 2

Mürsəl İbrahimov Sabirabadda vətəndaşları qəbul edəcək

6 Aprel, 2026
Mixail Kavelaşvili: Azərbaycanla strateji tərəfdaşlığın çoxtərəfli inkişafı Gürcüstan üçün prioritetdir 3

Mixail Kavelaşvili: Azərbaycanla strateji tərəfdaşlığın çoxtərəfli inkişafı Gürcüstan üçün prioritetdir

6 Aprel, 2026
Sabah arabir yağış yağacaq 4

Sabah arabir yağış yağacaq

6 Aprel, 2026
TBMM komissiyası 15 yaşdan aşağı şəxslərin sosial mediaya giriş qadağasını təsdiqləyib 5

TBMM komissiyası 15 yaşdan aşağı şəxslərin sosial mediaya giriş qadağasını təsdiqləyib

6 Aprel, 2026
Prezidentin Tbilisidə rəsmi qarşılanma mərasimi keçirilir  6

Prezidentin Tbilisidə rəsmi qarşılanma mərasimi keçirilir 

6 Aprel, 2026
Ukrayna Luqanskda kömür şaxtasına zərbə endirib, 41 mədənçi yerin altında qalıb 7

Ukrayna Luqanskda kömür şaxtasına zərbə endirib, 41 mədənçi yerin altında qalıb

6 Aprel, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 174)
  • Dünya (3. 303)
  • Gündəm (11. 523)
  • İdman (639)
  • İqtisadiyyat (581)
  • Kateqoriyasızlar (476)
  • Kriminal (1. 364)
  • Mədəniyyət (344)
  • Siyasət (2. 978)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9174) Dünya (3303) Gündəm (11523) Kateqoriyasızlar (476) Kriminal (1364) Mədəniyyət (344) Siyasət (2978) Texnologiya (14) İdman (639) İqtisadiyyat (581)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • SEPAH İsrailin konteyner gəmisini vurub 6 Aprel, 2026
  • Mürsəl İbrahimov Sabirabadda vətəndaşları qəbul edəcək 6 Aprel, 2026
  • Mixail Kavelaşvili: Azərbaycanla strateji tərəfdaşlığın çoxtərəfli inkişafı Gürcüstan üçün prioritetdir 6 Aprel, 2026
  • Sabah arabir yağış yağacaq 6 Aprel, 2026
  • TBMM komissiyası 15 yaşdan aşağı şəxslərin sosial mediaya giriş qadağasını təsdiqləyib 6 Aprel, 2026
© Addim.az | MoreNews by AF themes.