Rusiyanın maliyyə naziri Anton Siluanov məmurların “Lada”ya köçürülməsini təklif edib.
Kremlin mətbuat katibi Dmitri Peskov da bir məmur kimi hər şeyə, o cümlədən yerli avtomobil sürməyə hazır olduğunun açıqlayıb.
“AvtoVAZ” Siluanovun çağırışından sonra məmurları xüsusi “Lada” ilə təmin edəcəyinə söz verib.
“Biz əmin olmalıyıq ki, biznesin yaratdığı bəzi risklər dövlət tərəfindən götürülür. Bir şəraitdə ki, biz öz mallarımızı, əvvəllər xaricdən gətirilən məhsulları daha çox istehsal etməliyik və bu malların satışı ilə bağlı müəyyən riskləri öz üzərimizə götürməliyik”.
Bundan əlavə, “AvtoVAZ”da onlar məmurlara sanksiyalara görə ölkəyə tədarük olunmayan xarici avtomobilləri əvəz edəcək xüsusi avtomobillər verməyə hazır olduqlarını bildiriblər.
Şirkətin rəsmi nümayəndəsi Sergey İlyinski “Gazeta.ru”ya bildirib ki, (hakimiyyət tərəfindən) belə bir qərar qəbul edilərsə, biz hazır olacağıq.