Skip to content
6 Aprel, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 174)
  • Dünya (3. 302)
  • Gündəm (11. 521)
  • İdman (639)
  • İqtisadiyyat (581)
  • Kateqoriyasızlar (476)
  • Kriminal (1. 364)
  • Mədəniyyət (344)
  • Siyasət (2. 976)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930  
« Mar    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Dünya
  • Dünya

Mühafizəçilər Putindən sonra tualetə niyə girir? – O, necə qorunur, inanılmaz detallar…

Addim.az Rusiya mediasına istinadən Rusiya Federasiyasının prezidenti Vladimir Putinin mühafizəsi ilə bağlı olduqca maraqlı faktları oxucularına təqdim edir.Gəlin,
Cavidan 14 İyun, 2022

Addim.az Rusiya mediasına istinadən Rusiya Federasiyasının prezidenti Vladimir Putinin mühafizəsi ilə bağlı olduqca maraqlı faktları oxucularına təqdim edir.

Gəlin, faktlara nəzər salaq. O, necə qorunur?

Rusiya prezidenti Vladimir Putinin mühafizəsi ilə Rusiya Federal Xidmətinin xüsusi qrupu məşğuldur. Mühafizə işinə 50 000 nəfər cəlb olunub: Yeltsinin zamanındakından 3 dəfə çox. Bu insanlar dövlət başçısının keçəcəyi bütün küçələri, onun kontaktda olacağı bütün şəxsləri araşdırırlar.

Putinin regionlara səfərindən 30-45 gün əvvəl Mühafizə Xidmətinin işi başlayır. Onlar səfər olunacaq regionda demək olar ki, hər şeyə nəzarət edirlər. Regionda kriminal vəziyyətin səviyyəsi ilə maraqlanır, kriminal şəxslərlə görüşür, onları müxtəlif metodlarla tamamilə təhlükəsizləşdirirlər. Müşhafizəçilər regiondakı dini qruplşamalar, ekoloji vəziyyət, hətta seysmoloji durumla da maraqlanırlar. Araşdırmaların nəticəsi hesabat şəklində Moskvaya göndərilir.

Prezidentin səfərindən 3-4 həftə öncə regiona kəşfiyyatçılar göndərilir. Onlar prezidentin səfər proqramı əsasında addım atacağı hər yeri diqqətlə öyrənir, mühafizəyə dair təfərrüatları yerli mühafizə orqanları ilə razılaşdırırlar. Yerli mühafizə orqanları yerlərdəki kriminal aləmin nümayəndələrinə “dinc oturmaq” tapşırığı verir. Kəşfiyyatçılar ali qonağın qalacağı oteli ən xırda detalına qədər araşdırıb, nəzarətə alırlar.

Kəşfiyyatçıların arxasınca xüsusi cihazlarla təmin edilmiş əməkdaşlar gəlir, otelin texniki təhlükəsizliyini təmin edirlər. Burada radiodalğaları “kar və kor” edən xüsusi cihazlar quraşdırılır. Həmçinin oteldə havanın radioaktivliyi, yeməyin keyfiyyəti yüksək nəzarət altına alınır.

Səfər zamanı prezidenti əhatə edən mühafizəçilər 4 qrupa bölünürlər.

Birinci dəstə prezidentin ən yaxınında olan “şkaf kimi” möhkəm oğlanlar, qara eynəkli, qara qulaqcıqlı və əllərində qara diplomatlar olan mühafizəçilərdən ibarətdir. Onların əllərindəki diplomatlarda prezidentin qorunması üçün zirehli “qalxanlar” olur.

İkinci dəstə mülki geyimdə olan və kütlənin işində gizlənmiş “gözəgörünməz” adamlardır. Onlar ətrafda hamıya nəzarət edir, nəzərə çarpmır və məşhur cibgirlər kimi elə işləyirlər ki, şübhəli şəxslər heç nə hiss etməsinlər.

Üçüncü dəstə prezidenti əhatə eləmiş kütləni əhatə edirlər. Onlar hansısa hadisə baş verərsə, sui-qəsdçini tutmaq, zərərsizləşdirmək öhdəliyi daşıyırlar.

Dördüncü dəstə isə prezidentin olduğu ərazini nişan alan snayperlərdən ibarətdir.

Putinin sağlıq durumu ilə bağlı hər zaman müxtəlif söz-söhbətlər dolaşıb. Bir neçə ildir onun xərçəngə yoluxduğu və prezidentin yaxın ətrafının bunu ciddi- cəhdlə gizlətdiyi barədə söhbətlər gəzir. Son zamanlar yayılan məlumata görə, Putin orqanizmi, xəstəlikləri haqda heç bir informasiya verməmək üçün hətta xaricə səfərlər zamanı belə, tualetə 6 nəfər mühafizəçi ilə gedir. Həmin mühafizəçilər prezidentin arxasınca onun sidik və nəcisini xüsusi qablarda toplayıb Moskvaya qaytarırlar. Heç kim analiz nümunələri götürə bilməsin deyə.

Continue Reading

Previous: Nazirin “Son zəng”ə getdiyi məktəbin adının yazılışında SƏHV – FOTO
Next: Hindistan siyasətçilərinin Məhəmməd peyğəmbərlə bağlı açıqlamaları ərəb ölkələrində hiddətlə qarşılanıb

Bölmənin digər xəbərləri

Ukrayna Luqanskda kömür şaxtasına zərbə endirib, 41 mədənçi yerin altında qalıb
  • Dünya

Ukrayna Luqanskda kömür şaxtasına zərbə endirib, 41 mədənçi yerin altında qalıb

6 Aprel, 2026
Odessanın atəşə tutulması nəticəsində üç nəfər həlak olub
  • Dünya

Odessanın atəşə tutulması nəticəsində üç nəfər həlak olub

6 Aprel, 2026
SEPAH: İran səfirliklərinə hücum olarsa, bölgədəki İsrail səfirlikləri qanuni hədəf olacaq
  • Dünya

SEPAH: İran səfirliklərinə hücum olarsa, bölgədəki İsrail səfirlikləri qanuni hədəf olacaq

4 Aprel, 2026

Top 7 Xəbər

Sabah arabir yağış yağacaq 1

Sabah arabir yağış yağacaq

6 Aprel, 2026
TBMM komissiyası 15 yaşdan aşağı şəxslərin sosial mediaya giriş qadağasını təsdiqləyib 2

TBMM komissiyası 15 yaşdan aşağı şəxslərin sosial mediaya giriş qadağasını təsdiqləyib

6 Aprel, 2026
Prezidentin Tbilisidə rəsmi qarşılanma mərasimi keçirilir  3

Prezidentin Tbilisidə rəsmi qarşılanma mərasimi keçirilir 

6 Aprel, 2026
Ukrayna Luqanskda kömür şaxtasına zərbə endirib, 41 mədənçi yerin altında qalıb 4

Ukrayna Luqanskda kömür şaxtasına zərbə endirib, 41 mədənçi yerin altında qalıb

6 Aprel, 2026
İlham Əliyev Gürcüstanda dövlət səfərindədir 5

İlham Əliyev Gürcüstanda dövlət səfərindədir

6 Aprel, 2026
NİİM: Yağışa görə bəzi ərazilərdə nəqliyyatın hərəkəti çətinləşib, sıxlıq yaranıb 6

NİİM: Yağışa görə bəzi ərazilərdə nəqliyyatın hərəkəti çətinləşib, sıxlıq yaranıb

6 Aprel, 2026
Dünya bazarlarında “Brent” nefti bahalaşıb 7

Dünya bazarlarında “Brent” nefti bahalaşıb

6 Aprel, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 174)
  • Dünya (3. 302)
  • Gündəm (11. 521)
  • İdman (639)
  • İqtisadiyyat (581)
  • Kateqoriyasızlar (476)
  • Kriminal (1. 364)
  • Mədəniyyət (344)
  • Siyasət (2. 976)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9174) Dünya (3302) Gündəm (11521) Kateqoriyasızlar (476) Kriminal (1364) Mədəniyyət (344) Siyasət (2976) Texnologiya (14) İdman (639) İqtisadiyyat (581)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Sabah arabir yağış yağacaq 6 Aprel, 2026
  • TBMM komissiyası 15 yaşdan aşağı şəxslərin sosial mediaya giriş qadağasını təsdiqləyib 6 Aprel, 2026
  • Prezidentin Tbilisidə rəsmi qarşılanma mərasimi keçirilir  6 Aprel, 2026
  • Ukrayna Luqanskda kömür şaxtasına zərbə endirib, 41 mədənçi yerin altında qalıb 6 Aprel, 2026
  • İlham Əliyev Gürcüstanda dövlət səfərindədir 6 Aprel, 2026
© Addim.az | MoreNews by AF themes.