Türkiyənin paytaxtı Ankarada baş verən sel fəlakəti nəticəsində 3 nəfər həyatını itirib.
Addim.az Türkiyə mediasına istinadən xəbər verir ki, iki nəfər Akyurt, digər biri isə Altındağ ilçəsində təbii fəlakətin qurbanı olub.
Qeyd edək ki, ötən gündən etibarən aramsız leysan və sel daşqınları paytaxtda ciddi fəsadlara yol açıb.
Daxili işlər naziri Süleyman Soylu fəlakət bölgəsinə gəlib.