Skip to content
6 Aprel, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 174)
  • Dünya (3. 302)
  • Gündəm (11. 521)
  • İdman (639)
  • İqtisadiyyat (581)
  • Kateqoriyasızlar (476)
  • Kriminal (1. 364)
  • Mədəniyyət (344)
  • Siyasət (2. 976)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930  
« Mar    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Dünya
  • Dünya

Lavrovun təklif etdiyi xəritələr Bakını qane edəcəkmı? – GƏLİŞMƏ

“Rusiya sərhədlərin delimitasiyası prosesində istifadə üçün Ermənistan və Azərbaycana kartoqrafik material (xəritələr – red.) verməyə hazırdır”. Bunu Rusiyanın
Cavidan 11 İyun, 2022

“Rusiya sərhədlərin delimitasiyası prosesində istifadə üçün Ermənistan və Azərbaycana kartoqrafik material (xəritələr – red.) verməyə hazırdır”.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov srağagün İrəvanda keçirdiyi mətbuat konfransında deyib.

Söhbət hansı xəritələrdən gedir? Bu xəritələr yetərli olacaqmı, Bakını qane edəcəkmi?

Xatırladaq ki, Azərbaycan tərəfi bildirib ki, 1918-ci ilin legitim xəritələridən də istifadə olunacaq. Onu da qeyd edək ki, hələ ötən ilin sonlarında Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko da bəyan etmişdi ki, Rusiya bu işə öz köməyini təklif edib, Sovet dövrü xəritələri ancaq Rusiya Müdafiə Nazirliyində saxlanır. Onlar yoxlanıb, dəqiqdir və Azərbaycanla Ermənistan arasında dəqiq sərhədləri müəyyən edir. Danışıqları ancaq bu xəritələr əsasında inamla aparmaq olar. DİA.AZ-ın məlumatına görə, politoloq Xəyal Bəşirov “Yeni Müsavat”a bildirdi ki, artıq sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı proses davam edir: “Rusiya tərəfi xəritələrlə bağlı ötən ildən başlayaraq mövqeyini ortaya qoyub xəritə məsələsində köməyini təklif edib. Rusiya Prezidenti Vladimir Putin də xəritələrlə bağlı bildirmişdi ki, sərhədlərin müəyyənləşməsi üçün xəritələr Rusiyanın baş qərargahında mövcuddur. Azərbaycan və Ermənistan SSRİ-nin tərkibində uzun illər olduğu üçün sözügedən xəritələrin də Rusiya arxivlərində, baş qərargahında saxlanması təbiidir.

Ermənistan xəritələr məsələsində də mümkün olduğu qədər manipulyasiya etməyə çalışır. Bu yolla da prosesi mümkün qədər uzatmaq istəyirlər. Müxtəlif dövrlərin xəritələrinə istinad olunması və sonra isə heç birinin üzərində dayanmamaq yolu ilə bunu edirlər. Azərbaycanın xəritələr məsələsində rəsmi mövqeyi isə Prezident İlham Əliyevin çıxışlarında ortaya qoyulub. Prezident bəyan edib ki, biz burada vahid xəritəyə deyil, bir neçə xəritəyə istinad edə bilərik və hətta sovetləşmədən öncəki dövrdəki xəritələrə də istinad olunması mümkündür. Sovetləşmədən öncə Azərbaycan Xalq Cümhuriyyəti mövcud olub və həmin dövrdə Azərbaycanın Ermənistanla da dünya tərəfindən də qəbul edilən dövlət sərhədləri mövcud olub. O dövrün də xəritələri mövcuddur. Xalq Cümhuriyyətindən əvvəlki dövrə də nəzər saldıqda Azərbaycanın ərazilərinin əks olunduğu rəsmi xəritələr var. Azərbaycan Rusiyanın təklif etdiyi xəritələrdən də imtina etməyib bu günədək.

Yəni Azərbaycan sərhədlərin delmitasiya və demarkasiyasının mümkün qədər tezliklə həll edilməsinin tərəfdarı olduğunu nümayiş etdirib və etdirir. İşin uzanmasına Ermənistanın davranışları səbəb olur. Halbuki Ermənistan prosesi uzatmağa deyil, prosesin mümkün qədər tezliklə həllinə çalışmalıdır. Çünki Azərbaycan tərəfi Ermənistanın yenə də siyasi oyunbazlıqla prosesi uzatmağa çalışdığını gördükcə mümkün qədər qəti və prinsipial mövqeyini artıracaq və sovet dövründəki xəritələrə deyil, daha qədimi xəritələrə istinad olunmaqla məsələnin həlli variantını ciddi şəkildə önə çıxaracaq. Azərbaycan Mehri, Qərbi Zəngəzur və digər tarixi Azərbaycan torpaqlarımızın məsələsini qaldıra, bu torpaqların Azərbaycan ərazisi olduğunu təsdiq edən xəritələri və digər sənədlərini gündəmə gətirə bilər”.

X.Bəşirov qeyd etdi ki, Azərbaycan ona görə haqlı olaraq bir deyil, bir neçə xəritələrə istinad edilməsinin tərəfdarıdır ki, Sovet dövründə sərhədlərin dəyişdirilməsi, xüsusilə Azərbaycan-Ermənistan sərhədlərində tez-tez torpaqdan pay edilməsi – Azərbaycan torpaqlarının ermənilərə pay verilməsi prosesi tez-tez və daha sürətlə həyata keçirilib: “1922-ci il dekabrın 30-dan, yəni SSRİ yaranandan sonra 1984-cü ilə qədər Kremlin qəbul etdiyi qərarlar əsasında Azərbaycan torpaqları kəsilərək Ermənistan deyilən respublikanın inzibati ərazisinə qatılıb. Aramızda ərazi inzibati sərhədləri mövcud olmasına baxmayaraq, dəfələrlə bu sərhədlər Ermənistanın xeyrinə dəyişdirilib və Ermənistan ərazisi genişləndirilib. Ona görə də bu gün təkcə 1975-ci ildən sonrakı xəritələr deyil, iyirminci əsrin əvvəllərindən indiyə qədər olan xəritələr dəqiq analiz edilməlidir. Biz SSRİ-nin tərkibinə 114 min kvadrat kilometrlik sahə ilə daxil edilmişik. Bunu təsdiq eləyən sənədlər, xəritələr var. SSRİ-nin tərkibindən çıxanda isə Azərbaycan ərazisi 86,6 min kvadrat kilometr olub. Yəni təxminən 28 min kvadrat kilometr torpaqlarımızı SSRİ dövründə itirmişik. İtirdiyimiz ərazilər Zəngəzurdadır, Dərələyəzdədir, Göyçə mahalındadır. Bu ərazilərimiz kəsilib ”proletar beynəlmiləlçiliyi” adı altında Ermənistana verilib.

Hərbi topoqrafik xəritələr məsələsinə gəlincə, sovet dövründə bu sahədə inhisarçılıq məhz sovet ordusuna məxsus olub: “Ona görə də həmin xəritələr sovet ordusunun Baş Qərargahında idi. Hər il həmin xəritələr ölçülüb-biçilirdi. Lakin bu, daha çox SSRİ-nin digər ölkələrlə sərhədlərinə aid idi. SSRİ-nin daxilindəki inzibati sərhədlərin xəritələri isə o qədər ciddiyyəti ilə aparılmırdı. Amma bu xəritələr, müxtəlif dövrlərdə olan xəritələrin hamısı ilə uzlaşdırılaraq ölç-biç edilərək müxtəlif illərdə Azərbaycan torpaqlarının Ermənistana qatılması prosesi dəqiqliklə aşkara çıxarılmaqla istinad edilməli sənəd olaraq qəbul oluna bilər. Bu məsələdə Rusiya tərəfsiz və ədalətli olmalıdır. Rusiyanın obyektiv olması birdəfəlik bu bölgədə sərhəd münaqişələrinə, hətta isti müharibələrə son qoya bilər. Rusiya öz rolunu dürüstlüklə oynamalıdır. Xəritələrdən tutmuş, digər amillərə qədər sərhədlərin müəyyənləşməsi və təsdiqlənməsi prosesində Moskva ədalətli iştirak etməlidir. Biz əsas diqqətimizi ərazi bütövlüyümüzə və sərhədlərin tarixi sənədlərə əsasən dəqiqləşdirilməsinə yönəltməliyik”.

Continue Reading

Previous: “Polşalı siyasətçilərə tarix öyrənməyi tövsiyə edirəm” – Lavrov
Next: Xəbərdarlıq etdim, Zelenski eşitmədi – Bayden

Bölmənin digər xəbərləri

Ukrayna Luqanskda kömür şaxtasına zərbə endirib, 41 mədənçi yerin altında qalıb
  • Dünya

Ukrayna Luqanskda kömür şaxtasına zərbə endirib, 41 mədənçi yerin altında qalıb

6 Aprel, 2026
Odessanın atəşə tutulması nəticəsində üç nəfər həlak olub
  • Dünya

Odessanın atəşə tutulması nəticəsində üç nəfər həlak olub

6 Aprel, 2026
SEPAH: İran səfirliklərinə hücum olarsa, bölgədəki İsrail səfirlikləri qanuni hədəf olacaq
  • Dünya

SEPAH: İran səfirliklərinə hücum olarsa, bölgədəki İsrail səfirlikləri qanuni hədəf olacaq

4 Aprel, 2026

Top 7 Xəbər

Sabah arabir yağış yağacaq 1

Sabah arabir yağış yağacaq

6 Aprel, 2026
TBMM komissiyası 15 yaşdan aşağı şəxslərin sosial mediaya giriş qadağasını təsdiqləyib 2

TBMM komissiyası 15 yaşdan aşağı şəxslərin sosial mediaya giriş qadağasını təsdiqləyib

6 Aprel, 2026
Prezidentin Tbilisidə rəsmi qarşılanma mərasimi keçirilir  3

Prezidentin Tbilisidə rəsmi qarşılanma mərasimi keçirilir 

6 Aprel, 2026
Ukrayna Luqanskda kömür şaxtasına zərbə endirib, 41 mədənçi yerin altında qalıb 4

Ukrayna Luqanskda kömür şaxtasına zərbə endirib, 41 mədənçi yerin altında qalıb

6 Aprel, 2026
İlham Əliyev Gürcüstanda dövlət səfərindədir 5

İlham Əliyev Gürcüstanda dövlət səfərindədir

6 Aprel, 2026
NİİM: Yağışa görə bəzi ərazilərdə nəqliyyatın hərəkəti çətinləşib, sıxlıq yaranıb 6

NİİM: Yağışa görə bəzi ərazilərdə nəqliyyatın hərəkəti çətinləşib, sıxlıq yaranıb

6 Aprel, 2026
Dünya bazarlarında “Brent” nefti bahalaşıb 7

Dünya bazarlarında “Brent” nefti bahalaşıb

6 Aprel, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 174)
  • Dünya (3. 302)
  • Gündəm (11. 521)
  • İdman (639)
  • İqtisadiyyat (581)
  • Kateqoriyasızlar (476)
  • Kriminal (1. 364)
  • Mədəniyyət (344)
  • Siyasət (2. 976)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9174) Dünya (3302) Gündəm (11521) Kateqoriyasızlar (476) Kriminal (1364) Mədəniyyət (344) Siyasət (2976) Texnologiya (14) İdman (639) İqtisadiyyat (581)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Sabah arabir yağış yağacaq 6 Aprel, 2026
  • TBMM komissiyası 15 yaşdan aşağı şəxslərin sosial mediaya giriş qadağasını təsdiqləyib 6 Aprel, 2026
  • Prezidentin Tbilisidə rəsmi qarşılanma mərasimi keçirilir  6 Aprel, 2026
  • Ukrayna Luqanskda kömür şaxtasına zərbə endirib, 41 mədənçi yerin altında qalıb 6 Aprel, 2026
  • İlham Əliyev Gürcüstanda dövlət səfərindədir 6 Aprel, 2026
© Addim.az | MoreNews by AF themes.