Ukrayna prezidenti Volodimir Zelenski bəyan edib ki, ölkəsi Rusiyanın silahı yerə qoyaraq, diplomatiyaya keçməli olacağı nöqtəyə yaxınlaşır.
Bu barədə o, videomüraciətində bildirib.
“Xerson vilayəti uğrunda mübarizə davam edir. Addım-addım torpağımızı işğaldan azad edirik və tədricən Rusiyanın silahlarını yerə qoymalı, bütün ölülərini saymalı və diplomatiyaya keçməyə məcbur qalacağı nöqtəyə yaxınlaşırıq”, – deyə dövlət başçısı qeyd edib.
Mənbə: unian.net