Skip to content
5 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Dünya
  • “Cundul Şam”a qoşulan Bəxtiyar və ailəsi necə kriminallaşdı?
  • Dünya

“Cundul Şam”a qoşulan Bəxtiyar və ailəsi necə kriminallaşdı?

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilən Bəxtiyar Şıxıyev və ailəsi haqqında bir sıra maraqlı məqamlar üzə çıxıb.“Qafqazinfo”nun əldə
Cavidan 13 May, 2022
WhatsApp_Image_2022-05-13_at_09.12.07

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilən Bəxtiyar Şıxıyev və ailəsi haqqında bir sıra maraqlı məqamlar üzə çıxıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu, bir ailənin faciəsi və bir çox vətəndaşlarımız üçün nəticə çıxarılası hekayədir.
Tez-tez yayılan rəsmi informasiyalardan göründüyü kimi dini düşmənçilik, dini radikalizm və dini fanatizm zəminində ölkə hüdudlarından kənarda Birləşmiş Millətlər Təşkilatı tərəfindən terror təşkilatı kimi tanınmış “İraq Şam İslam Dövləti” (“İŞİD”) və digər terror təşkilatlarının tərkibinə daxil olan qanunsuz silahlı qruplarda iştirak edən çoxsaylı vətəndaşlarımız müxtəlif vaxtlarda cinayət məsuliyyətinə cəlb olunub. Onlardan biri də Şıxıyev Bəxtiyar Səttərxan oğludur. 
Fərdi qaydada usta fəaliyyəti ilə məşğul olaraq qazanc əldə edən 1989-cu il təvəllüdlü Bəxtiyar Şıxıyev 2012-ci ildən ibadətlə məşğul olmağa başlamış, din pərdəsi altında insanları cinayətə sövq edən radikal düşüncəli şəxslərin söhbətlərindən təsir dairəsinə düşmüş, 2013-cü ildə dini nikahla ailə həyatı qurduğu hələ 15 yaşı tamam olmamış Əsgərzadə Səadət Nazim qızı ilə birlikdə Suriyada davam edən silahlı münaqişələrdə iştirak etmək məqsədilə həmin torpaqlara üz tutmuş, yetkinlik yaşına çatmayan “arvad”ı ilə qızğın döyüşlərin getdiyi bölgələrdə məskunlaşıb. Yetkinlik yaşına çatmayan Səadət Əsgərovanın ölkədən necə çıxarılması, ailəsinin buna necə icazə verməsi hələ özü ayrı bir sualdır…
Bəxtiyar Suriyada yaşadığı müddətdə digər bir azərbaycanlının rəhbərlik etdiyi “Cundul Şam” adlı silahlı qrupun tərkibində başqaları ilə birlikdə təlimlərdə iştirak edərək müxtəlif növ silahlardan və döyüş sursatlarından istifadə qaydalarını mənimsəmiş, eləcə də ona təhkim edilmiş silahla “ribat”a (təşkilat üzvləri ərazinin mühafizəsini belə adlandırır) çıxıb. Bu hərəkətləri ilə yanaşı o, hələ uşaq yaşında silah-sursat söküb-yığmağı öyrətdiyi arvadının da əllərinin cinayət ləkələri ilə kirlənməsinə zəmin yaratmışdı… 
2014-cü ildə Suriya Ərəb Respublikasından Türkiyəyə qayıdaraq orada yaşamağa başladıqdan sonra, yenicə dünyaya gələn övladını və ərini atan həmin “ana”, 2017-ci ildə Azərbaycan Respublikasına geri qayıdaraq kriminal aləmə qoşulmuş, gənc yaşlarında kriminal dəstənin tərkibində Bakı şəhəri ərazisində 65 yaşlı qadının evinə soxulub, həyat və sağlamlığı üçün təhlükəli olan zorakılıqla basqın edərək, əmlakını ələ keçirmək məqsədilə onun əllərini kəndirlə bağlayıb, yerdə sürüyüb, ağzını dəsmal ilə tıxayıb yaşlı qadını köməksiz vəziyyətdə qoymaqla ona qarşı quldurluq cinayət əməllərini törədib. Səadət Əsgərova Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən 2020-ci ildə 8 il müddətinə azadlıqdan məhrum edilib. 
Bəxtiyar özü isə ana sevgisindən məhrum qalmış azyaşlı övladı ilə birlikdə bir müddət gizlənsə də, Azərbaycan qanunlarının sərt üzü ilə üzləşməkdən yayına bilməyib… 
Kriminal ailədən geriyə valideynlərini dini düşmənçilik, dini radikalizm və dini fanatizm uğrunda “itirmiş” tək oğul övlad qalıb.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Rusiya ordusu Ukraynada neft emalı zavodunu VURDU
Next: 17 yaşlı qızı xilas edərkən yaralanan gömrükçü evə buraxıldı

Bölmənin digər xəbərləri

Ekran şəkli 2026-07-04 124159
  • Dünya

Ukrayna Rusiya paytaxtına kütləvi dron hücumu edib

Cavidan 4 İyul, 2026
6a3cb1706cada6a v
  • Dünya

Neftin qiyməti 72 dolları ötüb

Cavidan 4 İyul, 2026
Screenshot 2026-07-02 173056
  • Dünya

Suriya və Livan arasında razılaşma imzalanıb

Cavidan 2 İyul, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 690)
  • Dünya (3. 434)
  • Gündəm (11. 924)
  • İdman (671)
  • İqtisadiyyat (603)
  • Kateqoriyasızlar (520)
  • Kriminal (1. 407)
  • Mədəniyyət (355)
  • Siyasət (3. 009)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Ağdamda ata və iki azyaşlı övladı su anbarında boğulub Ekran şəkli 2026-07-04 160124 1
  • Kriminal

Ağdamda ata və iki azyaşlı övladı su anbarında boğulub

4 İyul, 2026
Kibertəhlükəsizlik dövlət siyasətinin prioritetinə çevrilir – TƏHLİL Ekran şəkli 2026-07-04 152001 2
  • Siyasət

Kibertəhlükəsizlik dövlət siyasətinin prioritetinə çevrilir – TƏHLİL

4 İyul, 2026
İmişlidə zəlzələ olub Ekran şəkli 2026-07-04 145221 3
  • Cəmiyyət

İmişlidə zəlzələ olub

4 İyul, 2026
Kənd Təsərrüfatı Nazirliyi: Abşeronda çəyirtkələrlə bağlı vəziyyət iqlim dəyişiklikləri ilə əlaqəlidir Ekran şəkli 2026-07-04 131113 4
  • Cəmiyyət

Kənd Təsərrüfatı Nazirliyi: Abşeronda çəyirtkələrlə bağlı vəziyyət iqlim dəyişiklikləri ilə əlaqəlidir

4 İyul, 2026
Ukrayna Rusiya paytaxtına kütləvi dron hücumu edib Ekran şəkli 2026-07-04 124159 5
  • Dünya

Ukrayna Rusiya paytaxtına kütləvi dron hücumu edib

4 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9690) Dünya (3434) Gündəm (11924) Kateqoriyasızlar (520) Kriminal (1407) Mədəniyyət (355) Siyasət (3009) Texnologiya (15) İdman (671) İqtisadiyyat (603)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.