Skip to content
6 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Dünya
  • İrəvanda mitinqlərin hədəfi: yeni taktika tətbiq edilir
  • Dünya
  • Gündəm

İrəvanda mitinqlərin hədəfi: yeni taktika tətbiq edilir

İrəvanda keçirilən mitinqlərin məqsədini yaxın, orta və uzaq hədəfli olmaqla bir neçə qrupa ayırmaq mümkündür. Bu sözləri Axar.az-a İrəvanda
Cavidan 7 May, 2022
yerevan-aksiya

İrəvanda keçirilən mitinqlərin məqsədini yaxın, orta və uzaq hədəfli olmaqla bir neçə qrupa ayırmaq mümkündür.

Bu sözləri Axar.az-a İrəvanda keçirilən hökumət əleyhinə mitinqləri şərh edən QAFSAM-ın sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Nazim Cəfərsoy deyib.

Alimin sözlərinə görə, bütün mərhələlərdə mitinqlərin əsas məqsədi bölgədə sülhün əldə edilməsini əngəlləməkdir:

“Həm Qərbin siyasi mərkəzlərinin, həm Azərbaycanın, Türkiyənin, Ermənistanın, həm də Rusiyanın istifadə etdiyi diplomatik ritorikada artıq sülh danışıqlarından, sülh müqaviləsindən daha çox bəhs edilməyə başlanılıb. Bu o deməkdir ki, real danışıqlar mövcud diplomatik ritorikadan daha irəlidədir. Diplomatik proseslərin təbiəti belədir. Bir söz diplomatik müzakirələrdə bişirilir, sonra isə yekun mərhələdə o söz ictimai müzakirəyə çıxarılır. Görünən odur ki, sülhlə bağlı altı doldurulan məsələlər var. Düşünürəm ki, müxalifətə artıq prosesin çox ciddi məcraya girməsi haqqında ölkənin bir sıra önəmli dairələrindən informasiya da daxil olub. Ona görə keçirilən mitinqlərin birinci məqsədi yekun sülh müqaviləsinin imzalanmasına gedən prosesi dayandırmaqdır. Orta hədəf Paşinyanı və komandasını hörmətdən salmaq, uzaq hədəf isə onu qovmaqdır. Hətta orta və uzaq hədəflər bir-birinə o qədər yaxındır ki, artıq daşnakların nümayəndəsi İşxan Saqatelyan Paşinyan hökumətinin yıxılmasından, çevrilişin vacibliyindən danışır, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəisi Artur Vanetsyan isə hökumət çevrilişinin bir-iki günlük iş olduğundan bəhs edir”.

Nazim Cəfərsoy İrəvanda keçirilən mitinqlərdə istifadə olunan yeni metod və taktikalardan bəhs edib:

“Mitinqlərin taktikasına gəldikdə isə burada üç əsas məqam diqqəti çəkir. Bunlardan birincisi odur ki, Köçəryanın və Sərkisyanın simasında ənənəvi revanşist müxalifət hörmətdən düşdüyü üçün geri planda qalıb. Ortaya çıxan iki qrup var. İlk olaraq Saqatelyan müxalifətin yeni gənc simasıdır, Vanetsyan isə önəmli dövlət vəzifələrində olmuş şəxsdir. Digər qrup isə siyasi intriqalara qarışmamış, yaxud az qarışmış universitet tələbələridir, Köçəryan kimi şəxslərin övladlarıdır. Ənənəvi revanşist müxalifət də Köçəryan və Sərkisyan kimi simalar ilə Paşinyanı müqayisə edən xalqın nəzərində uduzduqlarının fərqindədirlər.

Müxalifətin taktikasının ikinci hissəsi isə odur ki, artıq etirazçı kəsimin hamısını bir yerə toplayıb prosesi oradan idarə etmirlər. Müxalifət mitinqləri 2018-ci ildə Paşinyana uğur gətirən taktika ilə aparır. Onlar sürpriz amili də nəzərə alınmaqla mitinqləri paytaxt daxil olmaqla, ölkənin hər tərəfinə yaymaq istəyirlər. Gah parlamentin, gah prokurorluğun və s. dövlət qurumlarının önünə yığışmaqla hökuməti həm əsas hədəfdən yayındırırlar, həm də onu həmişə təzyiq altında saxlamağa çalışırlar. Sonuncusu isə odur ki, yeni taktikalardan istifadə olunur. Etirazçılarla bir yerə toplaşmaq əvəzinə, mobil qruplarla eyni anda müxtəlif qurumların qarşısında etirazlar edirlər. Beləliklə, eyni vaxta öz sayları ilə bağlı gerçək məlumatın hökumətin əlinə keçməsini əngəlləyirlər, digər tərəfdən fərqli-fərqli yerlərdə görünən say az olduğu üçün dövlət qurumları arxayınlaşır, ancaq keçiriləcək mitinqlərin yerini təyin edə bilmədikləri üçün çaş-baş qalırlar. Yəni say az olsa belə, etirazların coğrafiyası genişləndiyi zaman onun təsir gücü də artır. Ümumi məqsəd əsas zərbəni nə vaxt və hara endirəcəklərini gizlətməklə yanaşı, xalqı, bürokratik sistemi və ordunu prosesə cəlb etməkdir. Hətta yaxın gələcəkdə biz belə mitinqlər zamanı silsilə sui-qəsdlərin şahidi ola bilərik”.

Alim hazırki proseslər fonunda Azərbaycan dövlətinin hərtərəfli şəkildə gözlənilməz hadisələrə hazır olmasının vacibliyindən bəhs edib:

“Qənaətim və təklifim odur ki, dövlətimiz, Silahlı Qüvvələrimiz və diplomatiyamız Ermənistanda baş verə biləcək ən fövqəladə hadisələrə hazırlıqlı olmalıdır. Proseslərin ölkəmizin milli maraqlarına uyğun şəkildə inkişafı üçün dövlət rəsmilərimiz, ictimai xadimlər müxtəlif mesajlarla hadisələrin inkişaf istiqamətini dəyişə bilər. Nədir bu mesajlar? Köçəryan, Sərkisyan kimi oradakı müqavimət hərəkatının əsas qüvvələrinin keçmişdə bölgəyə vurduğu ziyan, törətdikləri cinayətlər, Şuşadan, Xankəndidən qaçmaları və s. haqlı olduğumuz məsələlər yenidən qabardılmalıdır. Erməni xalqı bilməlidir ki, revanşistlərin yenidən hakimiyyətə gəlməsinin onlara yalnız zərəri var. Çünki bu qruplar ancaq müharibə, qanla bəslənirlər. Sözügedən klan yenidən çevriliş yolu ilə hakimiyyətə gəlib müharibəyə başlayarsa, bu dəfə Azərbaycan Ermənistana daha öldürücü və kəskin zərbə endirəcək. Beləliklə Ermənistan indi əldə etdiyi Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırma şanslarını itirəcək və sülh qapısı bağlanacaq”.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: “Azərbaycanda belə elmi mərkəzlər heç vaxt fəaliyyət göstərməyib” – DTX
Next: Ujqorod Universitetinin professoru səngərdən tələbələri üçün mühazirələr deyir

Bölmənin digər xəbərləri

Screenshot 2026-07-06 122743
  • Dünya

Zelenski: “Patriot” üçün raketlərin Ukraynaya verilməməsi Rusiyanı yeni hücumlara həvəsləndirir

Cavidan 6 İyul, 2026
Screenshot 2026-07-06 095348
  • Dünya

Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var

Cavidan 6 İyul, 2026
Ekran şəkli 2026-07-04 124159
  • Dünya

Ukrayna Rusiya paytaxtına kütləvi dron hücumu edib

Cavidan 4 İyul, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 692)
  • Dünya (3. 436)
  • Gündəm (11. 925)
  • İdman (672)
  • İqtisadiyyat (603)
  • Kateqoriyasızlar (520)
  • Kriminal (1. 408)
  • Mədəniyyət (356)
  • Siyasət (3. 009)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Bakının mərkəzi piyada zonalarında ödənişsiz şatllar fəaliyyətə başlayıb Screenshot 2026-07-06 125223 1
  • Cəmiyyət

Bakının mərkəzi piyada zonalarında ödənişsiz şatllar fəaliyyətə başlayıb

6 İyul, 2026
Zelenski: “Patriot” üçün raketlərin Ukraynaya verilməməsi Rusiyanı yeni hücumlara həvəsləndirir Screenshot 2026-07-06 122743 2
  • Dünya

Zelenski: “Patriot” üçün raketlərin Ukraynaya verilməməsi Rusiyanı yeni hücumlara həvəsləndirir

6 İyul, 2026
Şuşada çərkəz musiqiləri ifa edilib Screenshot 2026-07-06 115014 3
  • Mədəniyyət

Şuşada çərkəz musiqiləri ifa edilib

6 İyul, 2026
“Neftçi” bu gün yoxlama oyununda “Partizan”la üz-üzə gələcək Screenshot 2026-07-06 105623 4
  • İdman

“Neftçi” bu gün yoxlama oyununda “Partizan”la üz-üzə gələcək

6 İyul, 2026
Şərurda bir ailənin üç üzvünün öldüyü qəza ilə bağlı cinayət işi başlanılıb Screenshot 2026-07-06 102423 5
  • Kriminal

Şərurda bir ailənin üç üzvünün öldüyü qəza ilə bağlı cinayət işi başlanılıb

6 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9692) Dünya (3436) Gündəm (11925) Kateqoriyasızlar (520) Kriminal (1408) Mədəniyyət (356) Siyasət (3009) Texnologiya (15) İdman (672) İqtisadiyyat (603)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.