Skip to content
30 Yanvar, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 781)
  • Dünya (3. 159)
  • Gündəm (10. 987)
  • İdman (612)
  • İqtisadiyyat (566)
  • Kateqoriyasızlar (456)
  • Kriminal (1. 323)
  • Mədəniyyət (331)
  • Siyasət (2. 930)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Yanvar 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Dek    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Kateqoriyasızlar
  • Kateqoriyasızlar

“Bu, həqiqətən tamamilə dəhşətli mənzərədir” – Mehriban Əliyeva

“Bizim Moskvaya səfərimiz ərəfəsində Azərbaycan televiziyasında bir sənədli film göstərilirdi. Film bir ahıl qadın haqqında idi. Onun 79
Cavidan 24 Fevral, 2022

“Bizim Moskvaya səfərimiz ərəfəsində Azərbaycan televiziyasında bir sənədli film göstərilirdi. Film bir ahıl qadın haqqında idi. Onun 79 yaşı var, Ağdama, işğaldan azad edilmiş Ağdama gəlib, öz evini axtarır. Qadın həqiqətən çox qoca idi, çətinliklə yeriyirdi və 30 dəqiqə ərzində o, praktiki olaraq göz yaşları tökə-tökə öz emosiyaları barədə, təbii ki, heç nə tapmaması barədə danışmağa çalışırdı. O, hətta evinin xarabalığını da tapmadı, yəni o, heç olmasa həmin sahəni tapmağa çalışırdı. Bu, həqiqətən tamamilə dəhşətli mənzərədir”.

Addim.az xəbər verir ki, bu fikirləri Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva fevralın 23-də TASS agentliyində Rusiyanın aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşdə deyib.

“Düşünürəm, indi imkan yaranıb, mən sizin hamınızı dəvət etmək istəyirəm. Ona görə ki, cənab Prezident kitab barədə də danışdı, lakin bunları öz gözünüzlə görmək lazımdır. Nə üçün indi bu barədə danışıram, – o qadın öz sərgüzəştini danışdı və paralel olaraq müharibədən əvvəl, birinci müharibədən əvvəl çəkilmiş kadrlar qalıb. O vaxt o qadının ailəsində toy olub, – onlar bu toyu həyətdə necə qeyd ediblər, gənc gəlini qəbul ediblər və indiki, bugünkü kadrlar. Onun gözlərindən sevinc yaşı axır: nəhayət ki, bu torpağa qovuşub. O deyirdi: “Mən bu günü gördüm. Xoşbəxtəm ki, bu günə qədər yaşadım”. Sonda həmin qadın bir ovuc torpağı götürüb öpür. İndi mən bunu ona görə danışıram ki, bunları çatdırmaq çətindir, yəqin bunu görmək, hiss etmək lazımdır ki, belə insanlar çoxdur. Birinci müharibə illərində bizdə 1 milyona yaxın qaçqın olub. Bu günü görmək arzusu ilə yaşayanların çoxu dünyasını dəyişib, sağ qalanlar üçün indi, əlbəttə, xoşbəxt günlərdir. Təbii ki, bu insanların ailələri var, tanışları var. Belə vəziyyətlər yarananda, həqiqətən Prezidentin vurğuladığı kimi, ilk növbədə, onları qorumaq lazımdır. Ona görə ki, çox vaxt biz böyük problemlərdən söz açanda ümumi şəkildə danışırıq və ayrıca insanı görmürük, – bu, bəlkə də təbiidir. Hər bir problemin arxasında yəqin ki, konkret insan dayanır, onun həyat tarixçəsi, emosiyaları dayanır və təəssüf ki, insanlar da, onların emosional fonu da fərqlidir. Məhz bu səbəbdən dövlət, – indiki halda Prezident Azərbaycan dövlətinin adından danışır, – Azərbaycana gələn hər kəsi qorumalıdır. Lakin dövlət insanların hansı emosiyalarla yaşadığını da bilir. Mən məktəbdə oxuyanda bizim sinif çoxmillətli idi – ermənilər, ruslar, yəhudilər, azərbaycanlılar… Hətta deyə bilmərəm ki, mənim sinfimdə azərbaycanlılar əksəriyyət təşkil edirdi, – yadınızdadırsa o vaxt bir sinifdə 45 şagird olurdu. Biz hamımız dostluq edirdik, əlbir idik, heç bir pislik gözləmirdik. Hesab edirəm ki, bu məziyyət Azərbaycan xalqının ən yaxşı cəhətlərindən biridir və o, yox ola bilməz. Bu gün belə olması tamamilə izah edilə biləndir və təəssüf ki, bunun baş verməsinin tarixi səbəbləri var”.

Continue Reading

Previous: Azərbaycan sərhədində atəş açıldı: xəsarət alanlar var – RƏSMİ
Next: Bakıdan Həştərxana növbəti reys ləğv edildi

Bölmənin digər xəbərləri

ABŞ səfirliyi “Qarabağ”ı təbrik edib
  • Kateqoriyasızlar

ABŞ səfirliyi “Qarabağ”ı təbrik edib

29 Yanvar, 2026
Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək – Sərəncam
  • Kateqoriyasızlar

Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək – Sərəncam

28 Yanvar, 2026
İşğaldan azad edilmiş ərazilərdə ötən il 1079 döyüş silahı aşkar edilib
  • Kateqoriyasızlar

İşğaldan azad edilmiş ərazilərdə ötən il 1079 döyüş silahı aşkar edilib

23 Yanvar, 2026

Top 7 Xəbər

Rəsmi Moskva 2025-ci ildə Ukrayna ilə müharibədə ölən rusiyalı dinc sakinlərin sayını açıqlayıb 1

Rəsmi Moskva 2025-ci ildə Ukrayna ilə müharibədə ölən rusiyalı dinc sakinlərin sayını açıqlayıb

30 Yanvar, 2026
Dövlət başçısı İndoneziya Prezidentini Azərbaycana səfərə dəvət edib 2

Dövlət başçısı İndoneziya Prezidentini Azərbaycana səfərə dəvət edib

30 Yanvar, 2026
Zelenski: Rusiya ilə növbəti görüş İranda baş verənlərə görə təxirə salına bilər 3

Zelenski: Rusiya ilə növbəti görüş İranda baş verənlərə görə təxirə salına bilər

30 Yanvar, 2026
Prezident İlham Əliyev Yunanıstanın yeni səfirinin etimadnaməsini qəbul edib 4

Prezident İlham Əliyev Yunanıstanın yeni səfirinin etimadnaməsini qəbul edib

30 Yanvar, 2026
Tramp Britaniya və Kanadaya xəbərdarlıq edib: Çinlə ticarət çox təhlükəlidir 5

Tramp Britaniya və Kanadaya xəbərdarlıq edib: Çinlə ticarət çox təhlükəlidir

30 Yanvar, 2026
Azərbaycanın qızıl ixracından gəlirləri ötən il kəskin artıb 6

Azərbaycanın qızıl ixracından gəlirləri ötən il kəskin artıb

30 Yanvar, 2026
“Nərgiz” Ticarət Mərkəzində təlim keçirilib – VİDEO 7

“Nərgiz” Ticarət Mərkəzində təlim keçirilib – VİDEO

30 Yanvar, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 781)
  • Dünya (3. 159)
  • Gündəm (10. 987)
  • İdman (612)
  • İqtisadiyyat (566)
  • Kateqoriyasızlar (456)
  • Kriminal (1. 323)
  • Mədəniyyət (331)
  • Siyasət (2. 930)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8781) Dünya (3159) Gündəm (10987) Kateqoriyasızlar (456) Kriminal (1323) Mədəniyyət (331) Siyasət (2930) Texnologiya (14) İdman (612) İqtisadiyyat (566)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Rəsmi Moskva 2025-ci ildə Ukrayna ilə müharibədə ölən rusiyalı dinc sakinlərin sayını açıqlayıb 30 Yanvar, 2026
  • Dövlət başçısı İndoneziya Prezidentini Azərbaycana səfərə dəvət edib 30 Yanvar, 2026
  • Zelenski: Rusiya ilə növbəti görüş İranda baş verənlərə görə təxirə salına bilər 30 Yanvar, 2026
  • Prezident İlham Əliyev Yunanıstanın yeni səfirinin etimadnaməsini qəbul edib 30 Yanvar, 2026
  • Tramp Britaniya və Kanadaya xəbərdarlıq edib: Çinlə ticarət çox təhlükəlidir 30 Yanvar, 2026
© Addim.az | MoreNews by AF themes.