Skip to content
21 Oktyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Ana Səhifə
  • Kateqoriyasızlar
  • Bir kəndin taleyi, bir xalqın yaddaşı: Qərbi Azərbaycanın Almalıq kəndi
  • Kateqoriyasızlar

Bir kəndin taleyi, bir xalqın yaddaşı: Qərbi Azərbaycanın Almalıq kəndi

“Qərbi Azərbaycanın yaddaş yerləri” layihəsi çərçivəsində indiki Ermənistanda 1980-ci illərin sonlarına qədər azərbaycanlıların yaşadığı Almalıq kəndinin tarixi haqqında
Cavidan 21 Oktyabr, 2026
Ekran şəkli 2026-10-21 121006

“Qərbi Azərbaycanın yaddaş yerləri” layihəsi çərçivəsində indiki Ermənistanda 1980-ci illərin sonlarına qədər azərbaycanlıların yaşadığı Almalıq kəndinin tarixi haqqında araşdırma dərc olunub.

Bu barədə məqalə “Perished civilization”da yayımlanıb.

Məlumata görə, kənd tarixən azərbaycanlıların əcdadlarının yaşadığı və qərb hissəsinin bolşeviklər tərəfindən Ermənistana verildiyi Zəngəzurda yerləşib. Çar dövründə Almalıq, Almaluq, Almalux, sovet dövründə Almaluq adlanan kəndin adı XIX əsrin ikinci yarısında Rusiya imperiyasının mənbələrində qeyd edilir. Çar dövründə kənd Yelizavetpol quberniyasının Zəngəzur qəzasının tərkibində olub.

Erməni mənbələrinin də istinad etdiyi həmin dövrə aid statistik məlumatlara görə, 1914-cü ilə qədər müxtəlif dövrlərdə kənddə yalnız və ya, əsasən, azərbaycanlıların əcdadları yaşayıblar.

1886-cı ilə aid mənbədə Almalıq nümayəndələri, əsasən, Zəngəzur qəzasında yaşamış sarallı türk tayfasının qışlağı kimi göstərilib. Orada qeyd olunur ki, kənddə hamısı azərbaycanlıların əcdadları olmaqla 51 nəfər yaşayıb. 1914-cü ildə kənddə 465 nəfər, əsasən, azərbaycanlılar yaşayıblar.

Bir kəndin taleyi, bir xalqın yaddaşı: Qərbi Azərbaycanın Almalıq kəndi

1918-1920-ci illərdə müstəqil erməni silahlı quldur dəstələri və Birinci Ermənistan Respublikasının qoşunları Yelizavetpol quberniyasında, o cümlədən Zəngəzurda türk əhaliyə qarşı etnik təmizləmə keçiriblər. Etnik təmizləmə İrəvan quberniyasında da, eləcə də digər bölgələrdə, xüsusən də Qarabağ və Naxçıvanda həyata keçirilib. Arxiv sənədlərinə əsasən, artıq 1917-ci ildə Almalıq kəndi ermənilər tərəfindən dağıdılıb. Etnik təmizləmənin nəticələri 1919 və 1922-ci illərin statistik məlumatlarında öz əksini tapıb, burada Almalıq kəndi dağılmış kimi qeyd olunub.

1920-ci illərin ortalarında azərbaycanlı əhali kəndə qayıtmağa başlayıb. Sovet dövründə kənd 1930-cu ildə yaradılmış Qafan rayonunun tərkibində olub. Erməni mənbələrinə əsasən, 1940-cı illərin sonlarınadək kəndin ərazisində azərbaycanlılar yaşayıblar.

Məlumat üçün bildirək ki, 2021-2024-cü illərdə “Yoxa çıxmış sivilizasiya” kitabının hazırlanması çərçivəsində Ermənistan ərazisində, o cümlədən ucqar dağlıq bölgələrdə Azərbaycan irsinin müəyyən edilməsi və sənədləşdirilməsi üçün geniş sahə işləri aparılıb. Bu işlər zamanı kəndin ərazisində bir neçə məzar daşının qaldığı azərbaycanlı qəbiristanlığı aşkar edilib.

Qeyd edək ki, “Qərbi Azərbaycanın yaddaş yerləri” nadir elmi-tədqiqat işidir. Müasir Ermənistan ərazisində aparılan sahə tədqiqatları zamanı ilk dəfə olaraq, müasir azərbaycanlıların əcdadlarının vaxtilə məskunlaşdığı 600-ə yaxın kənd haqqında məlumat toplanıb və sistemləşdirilib. Onların bəzilərində türk mədəni-tarixi irsinin fraqmentləri – qəbiristanlıqlar, pirlər, məscidlər qalıb.

Xəbəri paylaş
Bəyəndinizsə dostlarınızla paylaşın:
WhatsApp WhatsApp ilə paylaş Telegram Telegram ilə paylaş Facebook Facebook-da paylaş LinkedIn LinkedIn-də paylaş Instagram Instagram üçün linki kopyala Kopyala Xəbərin linkini kopyala

Post navigation

Əvvəlki: Yəməndə husilərin hücumları zamanı 8 nəfər ölüb
Sonrakı: Sabah rayonlarda yağış yağacaq

Bölmənin digər xəbərləri

4a7984d6-93 v
  • Kateqoriyasızlar

Zabit, gizir, miçman və MAXE-nin məsuliyyəti artırılır

Cavidan 20 Oktyabr, 2026
Screenshot_20261017_160409_com_android_chrome_ChromeTabbedActivity
  • Kateqoriyasızlar

Valeh Ələsgərov “Şərəf” ordeni ilə təltif edilib

Cavidan 17 Oktyabr, 2026
  • Kateqoriyasızlar

Ceyhun Bayramov banqladeşli həmkarı ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

Cavidan 17 Oktyabr, 2026

Teqlər

Aktivlərin idarə edilməsi Aktiv yaddaş Android Anime ani çap AnTuTu Apple AzInTelecom Bank infrastrukturu bazar Bee Birbank Business Counterpoint Research Edgerunners fotoaparat Fujifilm geympad Instax Square 2 iPad Pro iPhone 18 Pro JBOD Meta Microsoft Muse Wonder Netflix Newsbeat oyun Oyunlar Planşetlər Pul köçürmələri QNAP Reytinq Roadster Rəqəmsal İmza Samsung Science smartfon spacex Süni intellekt SİMA İmza Texnologiya World Xbox Xbox Nano Controller

Bölmələr

  • Cəmiyyət (3. 319)
  • Dünya (1. 087)
  • Gündəm (3. 469)
  • İdman (252)
  • İqtisadiyyat (170)
  • Kateqoriyasızlar (240)
  • Kriminal (302)
  • Mədəniyyət (97)
  • Siyasət (442)
  • Texnologiya (23)

Xəbər Trendi

Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb cMIBWynjoaCN5TuV 1
  • Cəmiyyət

Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb

21 Oktyabr, 2026
Apple App Store-da oyun bazarını böyütmək istəyir Apple App Store-da oyun bazarını böyütmək istəyir 2
  • Texnologiya

Apple App Store-da oyun bazarını böyütmək istəyir

21 Oktyabr, 2026
QNAP masaüstü və stend tipli yerləşdirmə üçün USB 4 Type-C interfeysli yüksək tutumlu JBOD sistemlərini təqdim edir QNAP masaüstü və stend tipli yerləşdirmə üçün USB 4 Type-C interfeysli yüksək tutumlu JBOD sistemlərini təqdim edir 3
  • Texnologiya

QNAP masaüstü və stend tipli yerləşdirmə üçün USB 4 Type-C interfeysli yüksək tutumlu JBOD sistemlərini təqdim edir

21 Oktyabr, 2026
Aİİ hesabatı: Ermənistanın geosiyasi seçimi, daralan imkanları b86SiaX3ck9FqzFS0UOujv 4
  • Siyasət

Aİİ hesabatı: Ermənistanın geosiyasi seçimi, daralan imkanları

21 Oktyabr, 2026
Sabah rayonlarda yağış yağacaq bDMKw8eEq6OhRqRq2 v 5
  • Cəmiyyət

Sabah rayonlarda yağış yağacaq

21 Oktyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3319) Dünya (1087) Gündəm (3469) Kateqoriyasızlar (240) Kriminal (302) Mədəniyyət (97) Siyasət (442) Texnologiya (23) İdman (252) İqtisadiyyat (170)

Sayt üzrə statistika

  • 3
  • 332
  • 222
  • 5. 127

«Addim.az günün 24 saatı ərzində ölkədə və dünyada baş verən ən mühüm və aktual hadisələri operativ şəkildə işıqlandırır, cəmiyyəti maraqlandıran suallara cavab axtarır, dərin analitik təhlillər, foto və videohesabatlarla oxucularına informasiya dünyasında hər addımda bələdçilik edir.»

  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.